Məhkəmə qərarları › İş №2(102)-6364/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6364/2021

27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6364/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı2 və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)254/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Cavabdeh həmin fərdi yaşayış evini 01 sentyabr 2016-cı il tarixdə icarə müqaviləsinə əsasən İddiaçı1 icarəsinə vermiş və sonuncu həmin sahəni 2017-ci ilin fevral ayına kimi uşaq bağçası kimi istifadə etmişdir. Sonradan tərəflər arasında mübahisə yarandığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və ü çüncü şəxs X4 qarşı “icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi - ilkin iddianın rədd edilməsi hi ssəsində qismən ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək, uşaq bağçasında istifadə olunan təyinatlı əşyaların – uşaq kravatların, stol-stul və digər mebel əşyalarının, pərdələrin, pərdələrə tutacaqlarının, yastıqların, telefonun, döşəkcələrin, nakleykaların, soyuducunun, pakrıvalların, tavaların, plastmas təmizlik üçün və mətbəx üçün mebellərin, şotkaların, müxtəlif xırdavatların, kitabların Cavabdeh alınaraq ilkin iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İcra məmuru tərəfindən tərtib olunmuş 03 sentyabr 2019-cu il tarixli akta əsasən Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinin icrası üçün ünvan 1 ünvanında yerləşən evdə olduqları zaman həmin evdə Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədində göstərilən əmlakdan yalnız 1 ədəd stol və 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olunmuş, aşkar olunmuş əmlakların götürülməsi tələbkar şəxslərə təklif olunmuşdur. Lakin tələbkar şəxslər həmin əmlakların borclu tərəfindən işlədilməsi, əvvəlki vəziyyətdə olmaması səbəbindən götürməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçılara təhvil verməkdən imtina etdiyi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2019-cu il tarixli qətnaməsində göstərilən əşyalar ın qiyməti olan 42656 manat pulun, ödənilən 30 manat məbləğində dövlət rüsumunun və iddiaçıların hüquqşünaslara ödədikləri 1000 manat məbləğindəki xidmət haqqının cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar X11 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs X3 qarşı “icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsi, icarə müqaviləsinin əsassız ləğv edilməsi səbəbi ilə dəyən maddi və mənəvi zərərin ödənilməsi” tələbinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxarkən iddiaçıların tələbi əsasında cavabdehin icarəyə vermiş olduğu evə yerləşdirdikləri uşaq bağçasında istifadə təyinatlı əşyaların siyahıya alınması və həmin əşyalar üzərind ə həbs qoyulması barədə iddianın təmin tədbirinə dair qərardad qəbul edilmiş, qərardad Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən icra olunaraq qeyd edilən əşyalar siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru xxx 03 sentyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən evdə olduqları zaman həmin evdə Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədində göstərilən əmlakdan yalnız 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olunmuş və bu durum icra sənədi üzrə tələbkarlar İddiaçı2, X6, hal şahidləri X8, X12 və icra məmuru xxx tərtib edib təsdiqlədiyi Akt ilə təsbit edilmişd ir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2019-cu il tarixli icra sənədində olan aşağıdakı əşyaları “uşaq krovatları, stol-stul, və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, pakrıvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitabları” iddiaçılara verməkdən boyun qaçırdır, bununla qanunvericiliyi kobud şəkildə pozaraq iddiaçıya külli miqdarda zərər vurur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)4597/2019 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan əşyaların iddiaçıya q aytarılması qət edilmişdir. Məhkəmə baxışında dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən iddia ərizəsində göstərilmiş əşyalar cavabdehə məxsus evdən aparılmışdır. Bundan əlavə, iddiaçı həmin əşyaların qiymətlərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(005)-4597/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-254/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, ha kimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-ci il tarixli, 2(005)-4597/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)-1583/2019 nömrəli qətnaməsində göstərilən əşyaların qiyməti olan 1187 manat məbləğində pulun və 0,90 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən bağçada olan əşyaların aparıldığını qeyd etsə də, məhkəmə kollegiyası həmin əşyaların aparılmadığı qənaətinə gələrək, əşyaların Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə alınmasını qət etmişdir. Qüvvədə olan həmin qətnamə icraya yönəldilmiş, əmlaklardan yalnız 1 ədəd stol və 2 ədəd stul, 1 ədəd soyuducu aşkar olunmuş, aşkar olunmuş əmlakların götürülməsi tələbkar şəxslərə təklif olunmuşdur. Lakin tələbkar şəxslər həmin əmlakların borclu tərəfindən işlədilməsi, əvvəlki vəziyyətdə olmaması səbəbindən götürməkdən imtina etmişlər. Göründüyü kimi, əmlakların hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən aparılmamasına qüvvədə ola n məhkəmə qətnaməsi ilə qiymət verildiyi halda, rayon məhkəməsi hazırkı iş üzrə preyudisial olan məsələyə şahidləri dindirməklə, yenidən qiymət verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə uşaq bağçasında istifadə təyinatlı əşyalar uşaq krovatları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkcələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel şotkalar, müxtəlif xırdavatlar, kitablar Cavabdeh alınaraq ilkin İddiaçı2 və X9 verilməsini qət olunarkən, həmin əmlakların dəqiq sayları, modeli, hansı dövlət tərəfindən istehsal olunması, dəyəri qeyd olunma mışdır. Buna görə də, qüvvədə olan yuxarı instansiya məhkəməsinin qətnaməsində əmlaklarla bağlı dəqiq məlumatlar və dəyərinin qeyd olunmaması, hazırkı işə baxılmasında çətinliklər yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2020-ci il tarixli məktubuna əsasən tərəflərin və mütəxəssisin iştirakı ilə baxış zamanı qeyd edilən əşyaların yerində olmadığı müəyyən olunmuşdur. Buna görə də, ekspertizanın keçirilməsi barədə 04 mart 2020-ci il tarixli qərardad “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qa nununun 12-ci maddəsinin və Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimatın tələblərinə müvafiq olaraq icrasız saxlanılmaqla mülki iş qaytarılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə yenidən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli rəyinə əsasən ekspertiza keçirilməsi barədə 21 oktyabr 2020-ci il tarixli qərardad “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspe rtizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq icrasız Mərkəzdə saxlanılmışdır. Bundan sonra apellyasiya məhkəməsi "xxxx" MMC-nin mütəxəssisin işə cəlb etmiş, həmin MMC-nin mütəxəssisi xxx yazılı məsləhəti üzrə izahat verərək qeyd etmişdir ki, iddiaçıların iddia tələbində qeyd etdiyi əşyaların sahəsi bağçanın mövcud sahəsi nəzərə alınmaqla verilmiş, bağçanın mövcud sahəsinə uyğun olaraq, əşyaların sayı müəyyən olunmuşdur. Həmin əşyalar 1 ədədi 65 manat olmaqla, 5 ədəd uşaq krovatları cəmi 325 manat, 1 ədədi 10 manat olmaqla 3 ədəd sadə qara stul cəmi 30 manat, 1 ədəd 40 manata sadə stol, 1 ədədi 50 manat olmaqla, 5 ədəd 2 mərtəbəli paltar üçün uşaq şkafı cəmi 250 manat, 1 ədədi 35 manat olmaqla, 4 ədəd dairəvi uşaq stolları cəmi 140 manat, 1 ədədi 10 manat olmaqla, 16 ədəd rəngli uşaq stulları cəmi 160 manat, 1 ədədi 10 manat olmaqla, 3 ədəd rəngli uşaq skamyaları (120x60) cəmi 30 manat, 1 ədədi 15 manat olmaqla 2 ədəd 3 gözlü tumba cəmi 30 manat, 1 ədəd 80 manata (180x120) rəngli oyuncaq şkafı, 1 ədəd 100 manata (170x90) dərs ləvazimatları şkafı, 1 ədəd 120 manata pianino, 1 ədəd 30 manata şəkilli pərdələr, 1 ədəd 5 manata pərdə tutacaqları, 1 ədədi 5 manata 5 ədəd rəngli yun yastıqları, cəmi 25 manat, 1 ədədi 5 manata 5 ədəd rəngli yun döşəkcələr cəmi 25 manata, 1 ədəd telefon - faks (Panasonic) 80 manata, 1 ədəd 100 manata soyuducu, 1 ədəd tava 15 manata, 1 ədədi 8 manata 7 ədəd pakrıvallar cəmi 56 manat, 1 ədəd 250 manata mətbəx mebeli, 1 ədəd 50 manata aspirator, 1 ədəd 130 manata elektrik mətbəx peçi, 1 ədədi 6 mana ta təmizlik dəsti, 1 ədədi 20 manata olan 6 ədəd kamera-hikvison cəmi 120 manat, 1 ədəd DVR (hikvison) 16 portlu 80 manata, 1 ədəd 65 manata Monitor LG 19inch LED, 1 ədəd 50 manata HDD Toshiba 2TB, 1 ədəd 50 manata (5x4) xalça, 1 ədədi 9 manata (12x60) 6 ədəd xalça, cəmi 54 manat, cəmi 2496 manat təşkil edir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin mütəxəssisi xxxtərəfindən verilmiş yazılı məsləhət məhz bağçanın ərazisinə baxış keçirilməklə verildiyindən, həmin məsləhətdə qeyd olunan 1 ədədi 65 manat olmaqla, 5 ədəd uşaq krovatları cəmi 325 manat, 1 ədədi 10 manat olmaqla 3 ədəd sadə qara stul cəmi 30 manat, 1 ədəd 40 manata sadə stol, 1 ədədi 35 manat olmaqla, 4 ədəd dairəvi uşaq stolları cəmi 140 manat, 1 ədədi 10 manat olmaqla, 16 ədəd rəngli uşaq stulları cəmi 160 manat, 1 ədəd 30 manata şəkilli pərdələr, 1 ədəd 5 manata pərdə tutacaqları, 1 ədədi 5 manata 5 ədəd rəngli yun yastıqları, cəmi 25 manat, 1 ədədi 5 manata 5 ədəd rəngli yun döşəkcələr cəmi 25 manata, 1 ədəd telefon - faks (Panasonic) 80 manata, 1 ədəd tava 15 manata, 1 ədədi 8 manata 7 ədəd pakrıvallar cəmi 56 manat, 1 ədəd 250 manata mətbəx mebeli, 1 ədədi 6 manata təmizlik dəstinin cəmi qiyməti olan 1187 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, iddia tələbində qeyd edilən digər əmlaklar məhkəmə qərarında müəyyən edilmədiyindən, iddia tələbi həmin əmlaklarla bağlı hissədə təmin edilməməlidir. Həmçinin 1 ədəd soyuducu icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən yerində olduğundan, iddia tələbi həmin əmlaka görə təmin edilməməlidir. Apellyasiya məhkəməsi iddiaçılar tərəfindən təqd im olunmuş "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab etmişdir ki, həmin rəy bağçanın mövcud sahəsinə baxış keçirilmədən verildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-254/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərə findən alınmış mütəxəssis rəyi əsassız olmuş, iş üzrə təkrar qiymətləndirmə aparılması barədə vəsatət prosessual normalarının pozulması ilə təmin edilməmiş, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-254/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam araşdırılmamış, iddiaçıların cavabdeh tərəfindən icarəyə ve rilmiş evə gətirdikləri bütün əşyaların evi tərk edərkən özləri ilə aparmaları, həmin əşyaların işlədilmiş, köhnə vəziyyətdə olması nəzərə alınmamış, əsassız mütəxəssis rəyinə və icra məmurun qeyri- obyektiv 29 iyun 2017-ci il tarixli aktına əsaslanmışdır. İddiaçılar tələb etdikləri əşyaların istehsalçısı, markası, qiyməti barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 və vəkili Vəkil iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh in nümayəndəsi X7 və vəkili X5 cavabdehin kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müva fiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcm də ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə mü əyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konsti tusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbləri qismən əsaslıdır. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrini n köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Tələb olunan əşyaların iddiaçılar tərəfindən götürülməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, həmin məsələyə artıq tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qətnaməsində hüquqi qiymət verilmiş və preyudisial əhəmiyyətə malik Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçıların tələb etdikləri əşyaların bir qismi onlara qaytarılmamışdır. Həmçinin apellyasiya məhkəməsi əsaslı olaraq Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsində cavabdehdən iddiaçıların xeyrinə alınmalı olan əşyaların tam siyahısı və onların dəyəri göstərilmədiyi üçün hazırki iddia üzrə əlavə araşdırma aparmış və iddiaçıların təqdim etdikləri sübutlar, habelə məhkəmə tərəfindən alınan mütəxəssis rəyinə əsasən qətnamə qəbul etmişdir. Sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının araşdırılmaması ilə bağlı hər iki kassasiya şikayətinin dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan madd i və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-254/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar