Məhkəmə qərarları › İş №2(102)-6366/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6366/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6366/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkilləri Vəkil və Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3399/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabeh) 2018-ci ilin yaz aylarında ünvan 1 ünvanı ilə üzbəüz yerləşən “Meduza” kafesini icarəyə götürərək qısa müddətdə şərikli işlətmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9800 manat pulun və iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər dostluq etdiyi cavabdehlə birlikdə 2018-ci ilin yaz aylarında Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Medu za” adlanan kafeni icarəyə götürmüş, kafenin mülkiyyətçisi ilə Cavabdeh arasında sadə formada yazılı icarə müqaviləsi bağlanmış, aylıq icarə haqqının 700 manat olması müəyyən edilmişdir. Kafeni təyinatı üzrə işlətmək üçün zəruri olan inventarların, əşyaların və digər avadanlıqların alınması üçün xeyli miqdarda pul tələb olunurdu. Bu məqsədlə bankdan kredit götürmək məcburiyyətində qalmışlar. Cavabdehlə razılaşmalarına əsasən tələb olunan bütün xərcləri bərabər qoyulmalı və qazancı da bərabər bölməli idilər. Buna uyğun olaraq iddiaçı, öz adına kredit almaq üçün 2018-ci ilin aprel ayının əvvəlində "xxxx" ASCyə müraciət etmiş və 09.04.2018-ci il tarixdə iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən bankdan 3820 manat məbləğində borc götürmüşdür. Cavabdeh rəsmi olaraq işləmədi yindən öz adına kredit ala bilməmişdir. Bu səbəbdən iddiaçı tanışı olan (iş üzrə tərəf olmayan) Toğrul Əliyevə müraciət etmiş və Cavabdeh 11.05.2018-ci il tarixdə bankla kredit müqaviləsi bağlayaraq cavabdeh üçün 4200 manat məbləğində borc götürmüş, həmin pulu cavabdehə vermişdir. Bu minvalla bankdan cəmi 8000 manatdan bir qədər çox məbləğdə pul borc götürülsə də, faizlərlə birlikdə borcun məbləği 12000 manat təşkil edir. Kafeni 3 ay işlətdikdən sonra əldə edilən qazancın kreditin ödnilməsi üçün yetərli olmaması səbəbindən qərara gəlmişlər ki, cavabdeh kafeni işlətməyə davam etsin və banka olan hər iki kreditləri aylıq ödəsin. Cavabdeh bir neçə ay bir kredit üzrə ödəniş etsə də, sonradan ödəniş etməni dayandarımışdırdır. Cavabdehin atası Bahadur Əliyev kredit borcundan xəbər tutduqdan sonr a iddiaçı və iddiaçının atası ilə görüşmüş, onlar ilə mübahisə etmiş, dalaşmış, iddiaçının atasına xəsarət yetirmişdir. Cavabdeh krediti ödəmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq Cavabdeh adına olan kredit borcunu da ödəmişdir. Bundan başqa cavabdeh, bankdan götürülmüş pul hesabına kafe üçün alınmış əşyaları sataraq satışdan əldə olunmuş pul vəsaitini mənimsəmişdir. Bununla da, cavabdehin iddiaçıya 9800 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli hökmün surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasında məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadəsi alınmış X1 ifadəsində hər iki tərəfi tanıdığını, həmin kafenin onun tərəfindən tərəflərə icarəyə verildiyini, bunun müqabilində ilkin ödəniş kimi 1000 manat pul aldığını, daha sonra 500 manat aldığını, əşyaları aldıqlarını bildiyini, ancaq onlara kimin nə qədər vəsait xərcləməsi barədə heç bir məlumatının olmadığını göstərmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Gülnar Əhmədova, iş No2(002)1667/20 saylı mülki iş) 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları, yəni müvafiq xərclərin çəkilməsi m üqabilində qeyd olunan məbləğdə pul vəsaitini cavabdehə verməsi, cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıdan alınması və həmin pul vəsaitinin qaytarılmaması hallarını sübut edə bilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mövqeyi ondan ibarətdir ki, cavabdeh onunla aralarına olan razılaşma üzrə üzərinə götürd üyü öhdəliyi yerinə yetirməmiş, onun payına düşən xərcləri ödəməmiş, bununla da ona ziyan vurmuşdur. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, bankdan götürülmüş kreditlərin onunla iddiaçının razılığına aidiyyatı yoxdur və iddiaçı, kafeyə və avadanlıqların alınması üçün xərc çəkməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin onun qarşısında üzərinə hər hansı bir öhdəlik götürməsini təsdiq edə biləcək sübutlara malik deyil (iddiaçı, bu kimi sübutları məhkəmələrə təqdim edə bilməmişdir). Öhdəliyin götürülməsi sübuta yetmədiyi halda isə onun icrasının tələb edilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şik ayətinin dəlilləri əsassızdır. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kafe üçün 7527 manat dəyərində alınmış avadanlıq cavabdeh tərəfindən özbaşına, heç bir razılaşma o lmadan Balaxan Mənsimov adlı şəxsə satılmışdır. Göstərilən faktı həmin vaxtı kafedə işləmiş Tapdıq Orucov, X3. Əhmədov Nəsib ibrahim oğlu, X2, X4 və kafenin əsl sahibi Əli adlı şəxs təsdiq edə bilər. Məhkəmə iclasında bütün bunları bildirməklə həmin şəxslərin dindirilməsi üçün vəsatət verilsə də, məhkəmə hansı səbəbdənsə bütün bunları tam araşdırmaq istəməmişdir. İş üzrə heç bir araşdırma aparılmadan iddianın əsassız olması qənaətinə gəlmişdir. Cavabdeh etibardan sui-istifadə edərək əsassız varlanmış şəxsidr. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(002)-297/2019 sayl hökmünə əsasən hazırki, iş üzrə cavabdeh, hökm üzrə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında özünü ona elan olunmuş, ittihamda təqsirli bilərək göstərmişdir ki, "...kafeni icarəyə götürəndə həmin kafenin işləməsi üçün, Pərvin özünün adına bankdan 3800 manat kredit götürmüş və həmin pulun hamısını kafeyə xərcləmişdir. Kafeyə işləməyə başlayanda kafenin bütün pul məsələlərini İddiaçı həll etmişdir. İşə başladıqları vaxtlarda kafedə alver yaxşı getmiş, Pərvinlə birlikdə işləyəndə hər biri banka 450 manat pul ödəmişlər. Təxminən 3 ay işlədikdən sonra Pərvin valideynlərinin razılığı ilə kafedə işdən çıxıb. Son zamanlar kafedə alver zəiflədiyi üçün bankın ödənişlərində zəiflik olmuş." Göründüyü kkimi hökmlə cavabdehin ona borcunun olması sübuta yetirilir. Məhkəmələr həmin hökmlə müəyyən edilmiş hallara qiymət verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları İddiaçının vəkilləri məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid (mübahisəli ünvanda yerləşən kafenin sahibi kimi ifadə vermiş şəxs) iddiaçının tələbini təsdiq edəcək hər hansı bir ifadə verməmiş, kafeyə əşya alındığını göstərsə də, həmin əşyaların kimin tərəfindən alınması, əşyalara görə kimin nə qədər pul verməsini bil mədiyini göstərmişdir. Digər şəxslərin şahid kimi dindirilməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi vəsatətdə həmin şəxslərin kim olması, ünvanları, şahidləri barədə digər məlumatları məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin şəxslərin şahid kimi məhkəməyə dəvət edilməsi mümkün olmamışdır. Cavabdehin Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmasına dair hökmdə göstərilənlərə məhkəmələr tərəfindən qiymət verilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hökmdən də cavabdehin iddiaçıya pul verməsi barədə öhdəlik götürməsi müəyyən edilmir. Həmin hökmdə əks olunan cavabdehin təqsirləndirilən şəxs kimi verdiyi ifadəyə görə o, iddiaçının 3800 manat kredit götürdüyünü və həmin pulun hamısını kafe yə xərclədiyini göstərmişdir. Cavabdeh iddiaçıya 9800 manat pul verməli olması göstərilməmişdir. İddiaçı kredit aldığı və kafeyə xərclədiyi məbləğin cavabdehin ona verməli olmasını sübut edə bilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3399/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar