Məhkəmə qərarları › İş №2(102)-6367/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-6367/2018

17.09.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6367/2018 17.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 17 sentyabr 2018-ci il İş № 2(102)-6367/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X3-ün iştirakı ilə, İddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-933/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin 03 oktyabr 2017-ci il tari xli, 2(033)-1509/2017 saylı qətnaməsi ilə (hakim Arif İsmayılov) iddiaçılar İddiaçı1, X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5-ə qarşı onların paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən qanunsuz və əsassız olaraq 15 il ərzində sahiblik və istifadə edilməsi nəticəsində onlara vurulmuş 20000 manat məbləğində maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaç ı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(033)-1509/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, X6 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5-ə qarşı paylı mülkiyyətdə olan yaşayış evinə uzun müddət ərzində qanunsuz sahiblik və istifadə etmələri nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin müştərək qaydada ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən qanunsuz və əsassız olaraq 15 il ərzində sahiblik və istifadə edilməsi nəticəsində onlara vurulmuş 20000 manat məbləğində maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-933/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulm ası ilə çıxarılmışdır. Tərəflərin izahatları: İddiaçı1 və onun vəkili X7 məhkəmə kollegiyası iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kolleg iyası məruzəçini, İddiaçı1 və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-933/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-933/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsindən yalnız İddiaçı1 kassasiya şikayəti verdiyindən qətnamə yalnız onun kassasiya şikayətinə əsasən ona münasibətdə kassasiya qaydasında yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvan 1 ün vanında yerləşən 0,00653 ha istifadədə olan bələdiyyəyə məxsus torpaq sahəsi üzərində ümumi sahəsi 41,8 kvadrat metr fərdi yaşayış evi X1 mülkiyyətində olmuş, sonuncu həmin fərdi yaşayış evini 18.01.1996-cı il tarixdə Cavabdeh5 vəsiyyət etmişdir. Mülkiyyətçi X4 14.03.1996-cı il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evə özbaşına deyil, vəsiyyət üzrə vərəsə olan Cavabdeh5 tərəfindən 1996-cı ildə köçürülmüşlər. Barəsində mübahisə gedən fərdi yaşayış evində üç nəfər iddiaçının hər birinə 1/6 hissə pay olmaqla mülkiyyət hüququ isə 10.09.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmışdır. Cəmi 3/6 hissədə payları olan mülkiyyətçilər yəni, iddiaçılar barəsində mübahisə gedən ünvan 1 ünvanda yerləşən evdən cavabdehlə rin çıxarılmaları barədə məhkəmədə iddia qaldırmış, onların iddiaları Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(107)-1558/2016 nömrəli qətnaməsi ilə təmin edilərək, iş üzrə Zaqatala rayon məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 2(033)-33/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən evdən çıxarılmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin adıçəkilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2017-ci il tarixli 2(102)-2982/2017 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Artıq qanuni qüvvəyə minmiş kassasiya instansiyası məhkəməsinin qərarını aldıqdan dərhal sonra iddiaçı lar 27.07.2017-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Bundan əlavə mülkiyyətçi X4 14.03.1996-cı il tarixdə vəfat edəndən sonra Cavabdeh5 ona vəsiyyət edilmiş ünvan 1 ünvanda yerləşən evə 1996-cı ildə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 köçürəndə iddiaçıların həmin ev üzərində hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdı. Bundan başqa, iddiaçılar mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə barəsində mübahisə gedən evdə 3/6 pay hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı 10.09.2013-cü il tarixdə deyil, yalnız 2016-cı ildə müraciət etmişlər. Bununla da təsdiq edilir ki, iddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 barəsində mübahisə gedən evdən istifadə etmələrinə etiraz et məmişlər və ya etiraz etmişlərsə, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli o lduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçıların barəsində müb ahisəsi gedən evdən cavabdehlərin çıxarılmaları barədə məhkəmə qərarı 06 iyun 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi isə qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti yaradır. Ona görə cavabdehlərin onların mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılmalarına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda onların bu gün də müxtəlif yollara əl atmaqla evdən çıxmayaraq, onların mülkiyyət hüququnu pozmaqda davam etmələrinə dair iddia ərizəsinin dəlilləri əsaslı sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, barəsində mübahisə edilən evin 3/6 hissəsinə 08.09.2017-ci il tarixdə Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və o, hazırda iddiaçılarla bərabər pay hüququ na malikdir. Ona görə də şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və izti rab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqedilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun14.05.1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə görə iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalananlara əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, iddiaçılar tərəfindən onlara hər hansı maddi və mənəvi ziyan vurulması ilə bağlı qanunvericiliklə dairəsi müəyyən edilmiş mötəbər sübutlarını apellyasiya şikayətində əsaslandırmamaqla əlavə etməmişlər və həmçinin işə baxılarkəndə məhkəmə kollegiyasına təqdim etməmişlər. Bu səbəbdən də iddiaçıların cavabdehlərdən zərər məbləğinin alınaraq onlara ödənilməsini tələb etmələri əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməklə haqlı nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1-in kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-933/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qətnaməsi İddiaçı1-ə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar