Məhkəmə qərarları › İş №2(102)-6367/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6367/2019

20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6367/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Ələsgər Əliabbas oğlu Əliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili Şıxıyeva Aynur Vaqif qızı, cavabdehlər Cavabdeh1 vəkili və eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Ağalar Avtandil oğlunun iştirakı ilə, Cavabdehlər Cavabdeh1, onun vəkili və eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Ağalar Avtandil oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1492/201 9 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin (A.R.Tağıyev) 2(009)-1613/2016 nömrəli, 11 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 Mirzalı oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” barədə iddia tələbinə “cavabdehlərin ipotekaya qoyulmuş mənzilə rəsmi pasport qeydiyyatının ləğv edilməsi” hissəsində xitam verilməsi nəzərə alınmaqla, iddianın qismən təmin edilməsi, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 11.05.2016-cı il tarixə olan 98 435,95 manat məbləğində əsas, 14.933,25 manat məbləğində faiz borcunun, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş 600 ma nat cərimənin, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manatın və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 114 009,20 manat məbləğində pul vəsaitinin tutularaq bankın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait hesabına borcun banka ödənilməsi, mənzilin hərracdan satışından əldə olunacaq pul vəsaiti tutulmalı olan məbləğdən artıq olarsa qalan hissənin Cavabdeh2 qaytarılması, mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellya siya Məhkəməsinin MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov) 2(103)-834/2018 nömrəli, 02 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsinin Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas və faiz borcların məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xxx saylı 11.12.2009-cu il tarixli “Kredit xətti müqaviləsinə” əsasən yaranmış və tutulmalı olan əsas kredit borcunun məbləğinin 40 812 (qırx min səkkiz yüz on iki) manat 38 (otuz səkkiz) qəpik, kredit məbləğinə hesablanmış faiz borcunun məbləği nin 5691 (beş min altı yüz doxsan bir) manat 06 (altı) qəpik müəyyən olunması, qətnamənin “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul olunaraq iddianın “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması” hissəsinin təmin edilməməsi, qətnamənin qalan hissədə, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 353 saylı, 11.12.2009-cu il tarixli müqaviləyə əsasən yaranmış və əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) əvəzi olaraq 600 (altı yüz) manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin döv lət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov) 2(102)-5769/2018 nömrəli iş üzrə 07 sentyabr 2018-ci il tarixli tarixli qərarı ilə İddiaçı-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-834/2018 nömrəli, 02 mart 2018-ci il tarixli qətnaməsinin qismən - “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan sa tılması, satıldığı halda mənzilin boşaldılması” tələbinin rədd olunması hissəsində ləğv olunması, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və R.M.Abdulov) 2(103)-1492/2019 nömrəli, 08 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1613/2016 saylı iş üzrə 11 may 2016-cı il tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən xxx saylı mənzilə tutma yönəldilməsi, mənzilin hərracdan satılması, onun satışınd an əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaitinin ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 Mirzalı oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılması” hissələrində dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 111 saylı mənzilin ilkin satış qiyməti 230 000 (iki yüz otuz min) manat müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorlara aid edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) manatın isə Cavabdeh1 İsmayıl oğlundan alınaraq “xxxx” MMC-nin hesabına(VÖEN:**********, hesab №: AZ30GUNA********************, Bank: “xxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********00000479, KOD: xxxxxxx, SWİFT: GUNAAZ22) keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Mirzalı oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və sair” tələblərinə dair iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 353 saylı, 11.12.2009-cu il tarixli “Kredit xətti müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 200.000 manat və yaxud ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xətti açı lmış, daha sonra həmin kredit xəttinə edilmiş 13.06.2012-ci il tarixli xxx №-li “Kredit razılaşmasına” əsasən Cavabdeh1 546 gün müddətinə, illik 20% hesabı ilə, 106.139 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Bundan sonra 003 №li “Kredit razılaşmasına” dəyişiklik edilməsi haqqında 13.12.2013-cü il tarixli 1 №-li əlavə “Sazişə” əsasən Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə (13.12.2016-cı il tarixə) 106.139 manat bərpaolunmayan kredit xətti açılmışdır. 13.06.2012-ci il tarixli xxx/xxx №-li razılaşmaya dəyişiklik edilməsi haqqında 12.05.2015-ci il tarixli xx №-li “Sazişə” əsasən Bank borcalan Cavabdeh1 kredit müqaviləsinin müddətini əlavə 5 ay da artıraraq krediti restruktizasiya etmiş, ona 109.911,64 manat birdəfəlik kredit vermiş və kredit üzrə vaxtı keçmiş əsas borc qa lığına gündəlik 0,15 faiz cərimə hesablamışdır. Eyni zamanda 11.12.2009cu il tarixli, xxxx №-li “Kredit xətti müqaviləsinə” də 08.05.2015-ci il tarixli, 03 №-li əlavə “Sazişə” əsasən, müqavilənin müddəti 08.05.2017-ci il tarixinədək uzadılmışdır. 14.03.2015-ci il tarixli xx №-li “Sazişə” əsasən Cavabdeh2 məxsus mənzil 08.05.2017-ci il tarixə qədər 200.000 manat və ona ekvivalent olan digər valyuta məbləğində kredit xəttinin açılması barədə kredit müqaviləsinin təminatı qismində yüklü edilmişdir. İpoteka ilə yüklülük notarial qaydada təsdiq olunmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş, nəticədə onun Banka iddia ərizəsində göstərilən məblə ğdə borcu yaranmışdır. Göstərilənlərə əsasən, onunla Cavabdeh1 arasında bağlanmış müqavilələr üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 98.435,95 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 14.933,25 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6.775,44 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pulun borcalan Cavabdeh1 tutularaq ona ödənilməsi, tələbin Cavabdeh2 məxsus ipoteka predmetinə - ünvan1 küçəsində yerləşən 37/43 №-li evin 111 №-li mənzilinə yönəldilməsi; mənzilin aç ıq hərracdan satılması; mənzilin satılmasından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; mənzil satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılması, yəni mənzildə yaşayan şəxslərin mənzildən çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatının ləğv edilmələri) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1, onun vəkili və eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Ağalar Avtandil oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1492/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin “tutmanın ipoteka predmeti olan mənzilə yönəldil məsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması” hissəsində rədd olunması barədə qərar qəbul etməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 vəkili və eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Ağalar Avtandil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı-nin nümayəndəsi və vəkili Şıxıyeva Aynur Vaqif qızı kassasiya ş ikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1492/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququn un pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu qanunun 11.3-cü və müvafiq hallarda 1 1.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 14.1-ci maddəsində göstərilir ki, ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1.İpoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2.Əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.3.İpoteka predmeti dəyişdirildikdə; 14.1.4.İpoteka predmeti özgəninkiləşdirildikdə; Məzmunundan göründüyü kimi bu maddənin müddəaları konkret kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş əmlakı başqa bir kredit müqaviləsinin təminatı kimi əvvəlki ipoteka müqaviləsinə əlavə razılaşma bağlamaqla ipotekanın əlavə qeydiyyatı qaydasında yenidən ipotekaya qoyulmasını istisna edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, “İpoteka haqqında” Qanunun 9-cu maddəsi ipoteka qoyana digər öhdəliyini təmin etmək üçün əvvəldən ipotekaya qoyulmuş əşyanı sonrakı ipoteka qaydasında yenidən girov qoymaq hüququ verir. “İpoteka haqqında” Qanunun 9-cu maddəsinə görə qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). İşin müəyyən olunan halı ondan ibarətdir ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 111 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq 14.03.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq bildirilmişdir ki, mənzilin ipoteka yüklülüyü 14.03.2008-ci il tarixli ipoteka müqaviləsinə 1 və 2 saylı əlavələr əsasında da həyata keçirilmişdir və mənzil hazırda ipoteka predmetidir. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Q anununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə isə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyul muş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqd a hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kol legiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1492/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1, onun vəkili və eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Ağalar Avtandil oğlunun kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1492/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar