Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6369/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6241/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 24, 128 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1329 nömrəli reyestr kitabının 121405 nömrəli vərəqində 18.03.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. “Elektron məhkəmə sistemi”ndən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 24, 132 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdi r. 16 saylı MKİS-in rəisi V.Əliyev, mühəndis F.Mirimov və sahə nəzarətçisi F.Hüseynov tərəfindən imzalanaraq tərtib edilmiş 22.05.2020-ci il tarixli aktdan görünür ki, Nəsimi rayonu, X3 küçəsi, ev 24, mənzil 128 ünvanda yaşayan İddiaçı şikayət ərizəsi ilə müraciət etmişdir ki, 132 saylı mənzildə yaşayan Cavabdeh evindən onun mətbəxinə və yataq otağına su axıdılmışdır. 16 saylı MKİS tərəfindən İddiaçı evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, mətbəxin dam örtüyünün bir hissəsinə və yataq otağının dam örtüyünün bir hissəsinə su buraxılmışdır. Nəticədə divarlarda (Yataq otağında dam örtüyünün bir hissəsi qopub tökülüb) bütün bunlara görə Cavabdeh bildirilmişdir ki, göstərilən evin su buraxan yerləri təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı m əxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 24, 128 saylı mənzilə su axıdılması nəticəsində mənzilin tavanı qoparaq tökülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzi tutulmasını, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 600 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 700 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını, Cavabdeh ödəmiş olduğu 30 manat (otuz manat) dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhə ri, saylı mənzilin mülkiyyətçisidir. 2020-ci ilin mart-aprel aylarında onun mənzilinə bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Su basma nəticəsində onun yataq otağına və mətbəxinə böyük ziyan dəymişdir. Bu hal dəfələrlə olub və hər dəfə də Nəsimi rayonu 16 saylı Mənzil İstismar Sahəsinin mühəndisi, sahə müvəkkili tərəfindən aktlaşdırılıb. Mətbəxdə divar tökülüb və yararsız hala gətirilib. Yataq otağının isə iki divarı sudan qaralıb və aboylar yerindən qopub. Divarların üstü göbələk və mikrob ilə örtülüb. 10.05.2020-ci il tarixdə yataq otağında damın böyük hissəsi yerindən qopdu və şifonerin üstünə düşdü. Nəticədə onun şifoneri və trümosu zədələnmişdir. Onun mənzilindən yuxarıda 132 saylı mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi su təmini sistem inin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması, cavabdehin məsuliyyətsizliyi nəticəsində olmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. Korlanmış əşyalar onun tərəfindən saxlanılıb və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın dəyəri 600 manat, təmir dəyəri 700 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Bütün bunlardan əlavə, cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Sağlamlığı pozulmuş, tibbi müalicələr almışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə 31.08.2020-ci il tarixli, 2(006)-3379/2020 saylı qərardadla iş üzrə məhkəmə tikinti-texniki eksp ertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2020-ci il tarixli, 10/2772 saylı ekspertiza rəyi ilə iddiaçının və cavabdehin mənzillərinin bir-birinin üstündə yerləşməsini, iddiaçının 128 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu və mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq iddiaçının 128 saylı mənzilinə üst mərtəbədə yerləşən 132 saylı mənzildən suyun sızmasının baş verə bilməsi müəyyən edilir. Lakin, cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığına görə, iddiaçının mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Suyun sızması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 24 saylı evin, 128 saylı mən zilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1662 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(006)-378/2021 saylı mülki iş üzrə Cavabdeh mülkiyyətində olan YYY saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş maddi ziyana görə 1662 manat, mənəvi zərərə görə isə 300 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 10 fevral 2021-ci il tarixli, 2(006)-378/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, maddi zərərə görə 1662 manat, mənəvi zərərə görə 300 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1992 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin 132 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsinin qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən ax ıdılması müəyyən edilmişdir. Məhkəmə, iddiaçının evinə cavabdehin evindən su sızması nəticəsində ona dəymiş mənəvi zərəri 300 manat məbləğində qiymətləndirmişdir. 08.12.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə YYY saylı mənzilindən su sızmasının baş verməsi müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində YYY saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(006)-378/2021 saylı ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, ekspertizanın ona məxsus mənzilə baxış keçirilmədən aparılması, iddiaçının ondan əsassız olaraq pul qazanmaq məqsədilə hazırki iddianı qaldırması və s. ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Fuad Talışinski) 22 iyul 2021-ci il tarixli 2(103)6241/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmə yərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(006)-378/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallar və tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyi ilə razılaşmamasını qeyd edərək etirazının əsası kimi onun mənzilinə baxış keçirilməməsini göstərmişdir. Lakin işdə olan sübutlarla (akt, ekspertiza rəyi və s.) suyun məhz cavabdehə məxsus yaşayış sahəsin dən axması müəyyən olunmuş, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir. Həmçinin cavabdehin təqsiri üzündən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində dəymiş ziyanın məbləği mötəbər sübutlarla müəyyən olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6241/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi kifayət qədər tam və aydın deyildir. Belə ki, ekspertiza keçirilən zaman Cavabdeh evinə baxış keçirilməmiş və bu barədə ona ümumiyyətlə heç bir məlumat verilməmişdir. Nəticədə ekspertiza yarımçıq keçirilmiş və su sızmanın texniki detalları göz ardı edilərək doğru olmayan rəy tərtib edilmişdir. İddiaçının yataq otağı da su sızmaya məruz qalmışdır. Qeyd olunan su sızma cavabdehin mənzilinin yataq otağından baş verməsi məntiq və tikinti normaları ilə ziddiyyət təşkil etməsinə baxmayaraq ekspert belə bir rəy tərtib etmişdir. Belə ki, evlərdəki mətbəx və yataq otaqları xeyli aralı olduğundan iddiaçının yataq otağının məhz cavabdehin yataq otağından axan su ilə yararsız vəziyyətə düşməsi mümkün deyil. Eyni zamanda apelyasiya instansiya sında cavabdeh əlavə ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə şifahi vəsatət ilə müraciət etsə də məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma apararaq qanuni qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etm ək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Del ikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələ nmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, a raşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdeh ekspertiza zamanı mənzilinə baxış keçirilməməsini göstərsə də, ekspertizanın keçirilməsinin vaxtı və yeri barədə hər iki tərəf ə müvafiq bildiriş göndərilmiş, ekspertiza zamanı cavabdehin mənzilinin qapısı bağlı olmuşdur. İşdə olan sübutlarla (akt, ekspertiza rəyi və s.) suyun məhz cavabdehə məxsus yaşayış sahəsindən axması müəyyən olunmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Əksinə o apellyasiya şikayətində və məhkəmə iclasında iddiaçının evinin təmir etməyə razı olduğunu, lakin iddiaçının pul istədiyini bildirmişdir. Həmçinin, işdə olan ekspertiza rəyi, fotoşəkillər və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına və s. zərər dəyməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin normanın tələbinə əsasən cavabdeh onun mənzilinin altında yerləşən iddiaşnın mənzilinə su axıdılmasına görə məsuliyyətdən azad olunması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Məhkəmə kollegiyası qeyd edilənlər əsasən hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6241/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.