Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-637/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 yanvar 2019-cu il № 2(102)-637/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-xx/17) İd diaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına qarşı “bank depozitinin qaytarılması”tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanılmış xx xx 2015-ci il tarixli XXX********** saylı "xxxx" Depozit Müqaviləsinə əsasən QSC Cavabdeh-yə yerləşdirilmiş 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Əmanətlərin Sığortalanması Fondundan tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2017-ci il tarixli qərardadı ilə (hakimlər X.Məhərrəmova-sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş № 2(103)-xx/17) cavabdeh "xxxx" QSC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun un apelyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı cavabdeh "xxxx" QSC-nin Kommersiya Bankına münasibətdə “bank depozitinin qaytarılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xx2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Rüstəmov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Nurməmmədov, iş № 2(102)-xx/17) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qərardadı ilə (hakimlər F.Talışinski-sədrlik edən və mə ruzəçi, R.Eyvazov və S.Hacıyev, iş № 2(103)-xx/18) cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına münasibətdə “bank depozitinin qaytarılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazov və S.Hacıyev, iş № 2(103)-xx/18) cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Əmanətlərin Sığortalanması Fonduna münasibətdə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ca vabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank depozitinin qaytarılması”tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev vəT.Qoldman, iş № 2(102)-xx/17) təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, İddiaçı ilə cavabdeh QSC "xxxx" Kommersiya Bankı arasında bağlanılmış xx xx 2015-ci il tarixli XXX********** saylı "xxxx" Depozit Müqaviləsinə əsasən QSC Cavabdeh-yə yerləşdirilmiş 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Əmanətlərin Sığortalanması Fondundan tutulub İddiaçı ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank depozitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillə ri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili A.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil A.Məmmədovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, QSC "xxxx" Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx xx 2015-ci il tarixli XXX ********** №-li "xxxx" depozit müqaviləsinə əsasən Bank Əmanətçidən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx xx 2015-ci il tarixdən xx xx 2016-cı il tarixinədək 12 ay müddətinə illik 9.5 %-lə qoyulmuşdur. Həmin vaxt əmanətin tam sığortalı hesab edilməsi üçün Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi 12% həddində olmuşdur. X2 xx xx2016-cı il tarixli növbədən kənar iclasında qəbul olunmuş qərara (protokol № 66) əsasən xx xx2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi isə 12 fazi müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04. 10.2016-cı il tarixli qərarı ilə QSC "xxxx" Kommersiya Bankı müslif elan edilmiş və iflas proseduru başlanılaraq Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. İddiaçı əmanətin qaytarılması ilə bağlı müraciəti Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 17.01.2017-ci il tarixdə İddiaçı 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul depozitinin qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Əmanətlərin Sığortalanması Fondundan tutulub İddiaçı ödənilməsini qət etsə də, apellyasiya instans iyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnaməni ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4-cü maddələrini işin hallarına tətbiq edərək bu qənaətə gəlmişdir ki, əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqaviləsində müvafiq dəyişikliklər edilməklə 20000 (iyirmi min) ABŞ dolları məbləğində əmanət tam sığortalanmadığından və sığorta hadisəsi baş vermədiyindən Fonda münasibətdə iddia tələbi təmin edilə bilməz. Həmin Qanuna görə: ”Qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəç ilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır (4.1) Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir (4.2).” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarını düzgün tətbiq (şərh) etmədiyindən həmin hallar üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, QSC "xxxx" Kommersiya Bankı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə müslif elan edildiyindən “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi baş vermişdir və işin bu halı mübahisəsizdi r. Adı çəkilən maddədə qeyd olunmuşdur ki, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxsl ərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 i yun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Göründüyü kimi, X3 tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif faiz dərəcələri nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsi nə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Yuxarıda qeyd olunduğu kimi, xx xx 2015-ci il tarixdə QSC «Bank Standart» KB iddiaçıdan (əmanətçidən) 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini 9,5 faizlə hesaba qəbul edərkən illik faiz dərəcəsinin yuxarı dəddi 12 faiz olmuşdur. Deməli, iddiaçının xx xx 2015-ci il tarixdə banka qoyduğu 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti qorunan əmanət statusuna malik olmuşdur və həmin əmanətin qaytarılması barədə tələb əsaslı olduğundan təmin edilməlidir. 20000 (iyirmi min) ABŞ dolları məbləğində əmanətin qorunan əmanət hesab edilməməsi barədə cavabdehin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarına da uyğun sayır. Həmin qərarda qeyd olunmuşdur ki, ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1 -ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Beləliklə, bank əmanəti müqaviləsində faizlərin miqdarı göstərilmədiyi halda belə, faizlər Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi əsasında təyin edilir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını, kassasiya şikayətinin dəlillərini və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsi maddi hüquq normaları düzgün tətbiq olunmadığından ləğv olunmalı, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə 417.1.4-cü maddədə nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cina yət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Krçmarın Çex Respublikasına qarşı işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlve rişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qərar qəbul edilsin. İ ddia təmin olunaraq İddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanılmış xx xx 2015-ci il tarixli XXX********** saylı "xxxx" Depozit Müqaviləsinə əsasən QSC Cavabdeh-yə yerləşdirilmiş 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Əmanətlərin Sığortalanması Fondundan tutulub İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov
Məhkəmə qərarları › İş №2(102)-637/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-637/2019
15.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver