Məhkəmə qərarları › İş №2(102)-637/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-637/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-637/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh XXXXXXX XXXXxar oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh xxxxxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı və ya Bank) ilə Cavabdeh xxxxxxxoğlu (bundan sonra – cavabdeh və ya Borcalan) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 07/5525/DİK nömrəli kredit xətti müqaviləsinə və 01, 02, 03 saylı kredit sazişlərinə əsasən Bank Borcalana 36 ay müddətinə, illik 25% faiz ödəmək şərti ilə müvafiq olaraq 10000 ABŞ dolları, 6000 ABŞ dolları və 2500 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Borcalan arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 07/5525/OBK nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəli klərin təminatı olaraq Borcalan mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 saylı evin 40 saylı mənzilini (bundan sonra - ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, 07/5525/OBK saylı kredit xətti muqaviləsinin ləğv edilməsi, cavabdehdən 7530,15 ABŞ dolları məbləğində əsas borc və kredit muqaviləsinin 4.2-ci bəndinə əsasən 4254,79 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 11784,94 ABŞ dolları məbləğində kredit borcunun, 60,40 manat məhkəmə xərcinin tutulub Banka ödən ilməsi, tutmanın cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yonəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin muəyyən edilməsi, açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin gostərilən pul tələblərinin təmin edilməsi üçün Banka ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay muddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Borcalan Bank tərəfindən ona verilmiş cəmi 18500 ABŞ dolları üzrə ödənişləri muqavilələrin bağlandığı tarixdən xx xxxxxx 2018ci il tarixə qədər həyata kecirsə də, ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəniş həyata keçirməmiş və gecikmələrə yol verərək kredit müqaviləsinin şərtlərini pozmuşdur. Hazırda cavabdehin Banka kredit xətti müqaviləsi üzrə 7730,15 ABŞ dolla rı əsas borcu və kredit muqaviləsinin 4.2-ci bəndinə əsasən 3892,12 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11622,27 ABŞ dolları borcu qalmışdır. İş üzrə “xxxx” MMC-nin Ç-688 nomrəli, xx.xx.2018-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatı ilə mübahisəli mənzilin bazar qiymətinin 85000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-3970/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia qismən təmin edilmiş, cavabdehdən 7530,15 ABŞ dolları əsas borc və 4254,79 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11784,94 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu gunə olan Azərbaycan manatı məzənnəsi ilə, 30,40 manat odənilmiş dovlət rüsumunun və 30 manat ipoteka predmetinə tu tmanın yonəldilməsinə dair bildirişin daşınmaz əmlakın dovlət reyestrində qeydə alınması üçün dovlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində qiymətləndirilməsi, açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Banka olan cəmi 11784,94 ABŞ dolları kredit borcunun və digər qeyd edilən xərclərin ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Borcalan Bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olsa da müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, nəticədə onun Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra olunmamasına görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə eyni zamanda tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracdan satılması və ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 319.1, 319.6, 425.1, 448.1, 448.2, 739, 741, 742.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.3, 39.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək, qət namənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 1382 saylı rəyi ilə hesabdan çıxarış, maliyyə arayışı məlumatları xx.xx.2015-ci il tarixli, 07/5525/OBK saylı kredit muqaviləsi (kredit xəttinin açılması barədə muqavilə) və həmin muqaviləyə dair bağlanmış 01 saylı, 02 saylı və 03 saylı kredit sazişlərinin şərtləri, cavabdeh tərəfindən edilən bütün odənişlər nəzərə alınmaqla illik 25 faiz dərəcəsi ilə hesablanmaqla cavabdehin xx xxxx 2018-ci il tarixə Banka olan borcu 11925,18 ABŞ dolları, o cumlədən əsas borcu 7630,15 ABŞ dolları, faiz borcu 4295,03 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-389/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və A.Abbasov) birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissələrində qanuni və əsaslı hesab edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil Qiyas oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcuna aid hissələrdə ləğv edilməsi və işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, Bankın arayışını sübut kimi qəbul etməkdə səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3- cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın t əmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən yalnız əsas və faiz borcuna aid hissədə mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcunun tutu lması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili kredit borcunun Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilməsi ilə bağlıdır. Halbuki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, həmin ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - əsas və faiz borcunun tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bafadar oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar