Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6373/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)9630/2019 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 300 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)9630/2019 nömrəli qərardadı ilə iddiaçının Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)-6930/2019 nömrəli qərardadının ləğv e dilərək işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi 06.05.2019-cu il tarixdə rəsmi qaydada əldə edilmişdir. Qətnamədən şikayət verilməsi üçün müddətin son günü, yəni 06.06.2019-cu il tarix qeyri-iş gününə (ramazan bayramı ilə əlaqədar) düşdüyü üçün apellyasiya şikayəti 07.06.2019-cu il tarixdə “xxxx” MMC-nin 6 saylı poçt filialının 75 saylı poçt şöbəsinə verilmişdir. Lakin şəbəkədə texniki nasazlıq olduğu üçün sözügedən poçt göndərişinin həmin gün sistemə işlənilməsi mümkün olmamış və məktub 08.06.2019-cu il tarixdə sistemə işlənilmişdir. Bu isə “xxxx” MMC-nin 6 saylı poçt filialının 09.07.2019-cu il tarixli, 6 PF13/203 nömrəli məktubu ilə öz təsdiqini tapır. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamənin surəti İddiaçı poçt vasitəsilə göndərilmiş, işin 66-cı səhifəsində olan xəbərnaməyə əsasən 06 may 2019-cu il tarixdə ona çatdırılmış, 08 iyun 2019-cu il tarixdə isə o, qətnamədən verdiyi apellyasiya şikayətini poçt xidmətinə təqdim etmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün hesab edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhk əmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; - 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. - 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. - 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(005)-1251/2019 saylı qətnaməsi 06.05.2019-cu il tarixdə İddiaçı tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin iddiaçı apellyasiya şikayətini 08.06.2019-cu il tarixdə (şikayət vermə müddəti bitdikdən 2 gün sonra) rabitə orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 19.12.2018-ci il tarixli sərəncamından görünür ki, 2019-cu ilin 5-6-sı iyun Ramazan bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş “xxxx” MMC-nin 6 saylı Poçt filialının 09.072019-cu il tarixli 6PF13/203 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən göndərilən SS ********* AZ saylı qeydiyyatlı poçt göndərişi 07.06.2019-cu il tarixdə 75 saylı poçt şöbəsinə qəbul edilməsinə baxmayaraq şəbəkədə texniki nasazlıq olduğu üçün təyinatı üzrə 08 iyun tarixində göndərilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən prossesual müddət buraxılmamış, o vaxtında 07.06.2019-cu il tarixdə apellyasiya şikayətini rabitə orqanına təhvil vermiş, ondan asılı olmayan səbəblərdən rabitə orqanı həmin göndərişi 08.06.2019-cu il tarixdə sistemə işləmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəm əsinin qərardadı ləğv edilərək, iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(103)9630/2019 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6373/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6373/2019
30.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver