Məhkəmə qərarları › İş №2(102)-6379/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6379/2019

09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6379/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli, 2(103)4521/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Ə.Hüseynov) 14 yanvar 2019cu il tarixli qətna məsi ilə iddianın qismən təmin edilməsi, “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.329,58 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.470,67 manat, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 200 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 6.030,25 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) 12.04.2018-ci il tarixli, 2(103)-4521/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şi kayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan, yəni Cavabdeh2 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının Cavabdeh2 aid olan hissəsi təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 ara sında 22.11.2013-cü il tarixində bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədilə 3.329,58 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.470,67 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.446,82 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh2 birgə qaydada tutularaq Banka ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında 22.11.2013-cü il tarixində bağlanmış 100/05/49138/13 saylı “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən is tifadəyə görə illik 25% dərəcəsi ilə, 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuş və bununla əlaqədar olaraq cavabdehlər ilə Bank arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdehlər qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə, onların Banka 3.329,58 manat məbləğində əsas və 2.470,67 manat məbləğində faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehlərə müqavilələrin şərtlərinə əsasən 1.4 46,82 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank, tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq onlar borcu ödəməmişlər və bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, madd i və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli “Kredit müqaviləsi” əsasında Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 25% dərəcəsi ilə, 24 ay müddətinə, 5.000 manat məbləğində kredit verilmiş, iş üzrə digər (apellyasiya şikayəti vermiş) Cavabdeh2, borcalan Cavabdeh1 həmin müqavilə üzrə götürdüyü öhdəliklərinin icrasına zamin durmuş, bununla bağlı cavabdehlər ilə Bank arasında eyni tarixli “Zaminlik müqaviləsi” bağlanmışdır. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh tərəf qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Cavabdehlər ilə Bank arasında 22.11.2013-cü il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, bu müqavilədə Cavabdeh2 zaminliyinin müddəti “Kredit müqaviləsinin” qüvvədə olma, yəni öhdəliyin icra edilməsi müddətinə bağlanmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013-cü il tarixli “Kredit müqaviləsindən” isə görünür ki, həmin müddət 22.11.2015-ci il tarix ilə müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliy in icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Cavabdeh1 ilə Bank arasında 22.11.2013-cü il tarixdə 24 ay müddətinə bağlanmış “Kredit müqaviləsi” üzrə kredit öhdəliyinin icrası vaxtı 22.11.2015-cı il tarixində başa çatmışdır, hazırkı iddia isə bu tarixdən 2 il, 09 ay 28 gündən sonra – 25.10.2018-ci il tarixdə irəli sürülmüşdür. Zaminliyə xitam verildiyindən zamin Cavabdeh2 iddiaçı Bank qarşısında məsuliyyət daşımır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi düzgün olara q hesab etmişdir ki, iddiaçı Bank tərəfindən Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət ötürüldüyündən iddia Cavabdeh2 aid hissədə təmin edilə bilməzdi. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır; müzakirə edilən bu hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi hüquq normasının pozulması ilə qəbul edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli, 2(103)-4521/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar