Məhkəmə qərarları › İş №2(102)-638/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-638/2019

28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-638/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının vəkili, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9475/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-2884/2018) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri avtomobil barəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin cavabdehin mülkiyyətinə qaytarılması və bərabər paylar üzrə 1/2 hissələr olmaqla onların arasında bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim S.F.Hacıyev, hakimlər R.Ə.Eyvazov və F.Ş.Talışinski, iş № 2(103)9475/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2884/2018 saylı, 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti ve rmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X7 cəlb olunmaqla) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə mrüaciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri “X12 Prado” markalı **-XD-*** dövlət nömrə nişanlı minik avtomobil barəsində X7 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin cavabdehin mülkiyyətinə qaytarılması və bərabər paylar üzrə 1/2 hissələr olmaqla onların arasında bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 oktyabr 2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, cavabdehin və valideynlərinin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. Birgə nikahdan 28.07.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə aralarında yaranmış ziddiyyət nəticəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun himayəsində qalmışdır. Boşanmadan sonra o, anasına məxsus evdə yaşayır. Onlar birgə nikah dövründə ümümi təsərrüfat aparmaqla yanaşı “X12” (Prado) markalı **-XD-*** dövlət nömrə nişanlı minik avtomobilləri almışlar. Lakin 27 dekabr 2013-cü il tarixdə alqı-satqı yolu ilə (əvvəlki d.n.nişanı **-SZ-***) ünvan 1-da yaşayan Cavabdeh satılmışdır. Həmin maşın Baş Dövlət Yol Polisi İdarəsində bağlanmış 25.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə X-də yaşayan X4 adına keçirilmiş və həmin gün də həm cavabdehə, həm də onun atası Məmməd Hüseynovun adına etibarnamə verilmişdir. Qeyd etd iyi kimi, o cavabdehlə 07 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, cavabdehin və valideynlərinin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş, nikahları 08.02.2018-ci il tarixdə pozulmuşdur. Yəni avtomobilin birgə nikahları dövründə alınmasına və birgə mülkiyyətləri olmasına baxmayaraq onun xəbəri və notarial qaydada razılığı olmadan formal alqı-satqı yolu ilə tanışı X4 adına keçirmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)-9475/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 37.1-ci, Mülki Məcəllənin 223.2, 223.3, 225.1, 331, 650-ci, MPM-nin 8.1, 9.1, 9.3, 14.2, 77.1, 217-ci, "Notariat haqqında" qanunun 46-cı maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə görə, birgə nikah dövründə əldə edilmiş avtomobil iddiaçının xəbəri və notarial razılığı olmadan formal alqı-satqı yolu ilə cavabdehin tanışı X4 adına keçirilmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)-9475/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında iştirak etməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət olunmamış və bununla əlaqədar qəbul olunmuş qətnamə ləğv edilməlidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublik ası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı Cavabdeh ilə 07 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Mübahisələndirilən «X12 Prado» markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş və Cavabdeh mülkiyyətində olmuş, tərəflərin birgə nikah dövründə də X1. Tərəflərin nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(005)-334/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiasının əsası kimi iddiaçı ona istinad etmişdir ki, avtomobilin birgə nikahları dövründə alınmasına və birgə mülkiyyətləri olmasına baxmayaraq cavabdeh onun xəbəri və notarial qaydada razılığı olmadan formal alqı-satqı yolu ilə tanışı X4 adına keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 389.1, 567-ci maddələrinə istinad edib qeyd etmişdir ki, “X12 Prado” markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilsə də, həmin avtomobil tərəflə rin birgə nikahı dövründə 25.01.2017-ci il tarixində X3 üçün əmlakın satışından əldə edilmiş pul vəsaiti ailənin birgə büdcəsinə daxil olaraq istifadə edilmişdir. Həmçinin avtomobil daşınar əşya olduğundan güman edilir ki, avtomobil İddiaçı razılığı ilə satılmış, mübahisəli avtomobilin alqı-satqı müqaviləsi bağlanan zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Sözügedən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Göründüyü kimi "X12 Prado" markalı **-XD-*** dövlət nömrə nişanlı minik avtomobil barəsində X7 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, işə tərəflərin bərabərlik h üququ prinsipindən çıxış edərək baxmamış, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır (MPM-nin 14.1-ci maddəsinin pozuntusu). Belə ki, birgə nikah dövründə əldə edildiyi mübahisəsiz olan sözügedən avtomobilin iddiaçının razılığı ilə satıldığı iş materiallarından görünmür. Bu halı apellyasiya instansiyası məhkəməsi yalnız ehtimal etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinin tələbinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və y a bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məcəllənin 650-ci maddəsinin tələbinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların” (Əlavə 2) siyahısının 2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdə n artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak hesab olunur. Digər tərəfdən, iş materiallarına görə avtomobil X2 dərhal sonra (eyni gündə) etibarnamə əsasında cavabdehin və onun atasının istifadəsinə verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi məhz bu halı əsas götürüb həmin alqı-satqı müqaviləsinin tərəflərin həqiqi iradə ifadəsinə uyğun olub-olmamasını araşdırmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir edir ki, apellyasiya instansiyası məhkəməsi həmin avtomobilin tərəflərin birgə nikahı dövründə satıldığı üçün əldə edilmiş vəsaitin ailənin birgə büdcəsinə daxil olaraq istifadə edildiyi qənaətinə də ehtimal əsasında gəlmiş, hər hansı sübuta istina d etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33-cü maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Mübahisənin xarakterini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar işə yenidən baxan məhkəmə tərəfindən yoxlanılmalı, bu zaman Ailə Məcəlləsinin 32 və 33-cü maddələrinin, Mülki Məcəllənin 225.6-cı maddəsinin müddəaları nəzərə alınmalıdır, çünki əks halda iddiaçının mülkiyyət hüquqları əhəmiyyətli dərəcədə pozula bilər. Beləliklə, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunm aması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki hazırki iş üzrə yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra q anunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9475/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar