Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-638/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxxna qarşı “təbii X1 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, abonent borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1816/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh xxx arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx xxxx 2013-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş Təbii X1nın pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxxx 2018-ci il tarixli ******* sa ylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxx 2019-cu il tarixli 02154714 saylı, xx xxx 2019cu il tarixli ******* saylı, xx xxxx 2019-cu il tarixli ******* saylı, xx xxxx 2019-cu il tarixli ******* saylı və xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, ünvan 1 qəsəbəsində (abonent kodu: **********02720) yaşayan istehlakçı Cavabdeh xxxnun sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Həmin aktların hər biri istehlakçı Cavabdeh xxxnun adının qarşısında “imtina etdi” qeydi edilmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2409,40 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 2439,40 manat pulun məcburi qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xxx xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 694 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx xxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 man at, xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat, xx xxxxxx 2018ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxxxx 2019-cu il tarixli 02154714 saylı akt əsasında 133,20 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli ******* sa ylı akt əsasında 32,40 manat olmaqla, ümumilikdə 2409,40 manat İddiaçınə ziyan vurmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-349/2020 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, Cavabdeh xxxndan təbii qazdan istifadəyə görə yaranmış 694 manat əsas borcun və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh xxxnun yaşadığı (abonent kodu: **********02720) ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X1”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, bununla bərabər iddiaçı özü də hərəkətsizlik edərək sayğacdan kənar x ətlə təbii qazdan qeyriqanuni istifadəyə qanuni qaydada nəzarət etmədiyindən, bununla da cərimə məbləğinin artmasına şarait yaratdığından iddia tələbi qismən təmin edilməli, ilk xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt üzrə hesablanan 694 manat məbləğində pul cavabdehdən alınıb iddiaçının hesabına ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(012)-349/2020 nömrəli qətnaməsinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1816/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevın sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)349/2020 nömrəli qətnaməsi İddiaçınə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı əməkdaşları cavabdeh tərəfindən X1nın pozuntusuna yol verilməsi aşkar olunduqdan sonra qanunsuz xətt dərhal qaz paylayıcısı şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış, dəymiş zərərin ödənilməsini təmin etmək üçün dərhal heç bir tədbirlər görülməmiş və cavabdeh tərəfindən öz hərəkətlərinin davam etdirilməsinin qarşısını alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1816/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə mülki iş materiallarına iddianın mübahisələndirilən hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, həmçinin kassasiya şikayətinin verilməsi üçün İddiaçı İB-nın ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və 15 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma faktının ilk akt üzrə əsaslı hesab edib, digər aktlar üzrə isə əsassız hesab edərkən, mövqeyini hər hansı bir maddi hüquq norması ilə əsaslandırılmamışdır. Həmçinin məhkəmə cavabdehin son 7 il ərzində cəmi 58,10 manat məbləğində ödəniş etdiyini, barəsində aktlar tərtib olunduğu 2018-ci il fevral ayından 2019-cu il avqust ayınadək ümumiyyətlə iddiaçının hesabına ödəniş etmədiyini nəzərə almamışdır. İkinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdı r. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olu nan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi təmin olunmayan hissəndə iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən haz ırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasın ı həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərə findən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ol an başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsi nə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən tərtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzg ün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1816/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-638/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-638/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver