Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6380/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6380/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Əzizov Rauf Nəriman oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh XXXna qarşı “borcun tutulması” tələbinə dair B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5526/2021 nömrəli, 22.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.06.2012-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı1 ASC borcalan Cavabdeh XXXna 12 ay müddətinə illik 14 % ödənilməsi şərtilə 300.000 manat kredit vermişdir. Sonradan 27.06.2012-ci il tarixli kredit müqaviləsinin müddəti 24.06.2013-cü il tarixdə 24.06.2015-ci il tarixə kimi, 24.06.2015-ci il tarixdə isə 24.06.2017-ci il tarixə kimi uzadılmışdır. Borclu müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi əsası ilə iddiaçı həmin mübahisəni başlatmışdır. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh XXXna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 28.10.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh XXXndan 27.06.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə 30.08.2019-cu il tarixə yaranmış 132.466,51 manat əsas borc, 18.723,34 manat faiz (27.06.2013-cü il tarixə), 39.923,87 manat dəbbə, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla 40.899,03 manat (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği olmaqla, c əmi 232.012,75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı1 ASC borcalan Cavabdeh XXXna 12 ay müddətinə illik 14 % ödənilməsi şərtilə 300.000 manat kredit vermişdir. Sonradan 27.06.2012-ci il tarixli kredit müqaviləsinin müddəti 24.06.2013-cü il tarixdə 24.06.2015-ci ilə kimi, 24.06.2015-ci il tarixdə isə 24.06.2017-ci il tarixə kimi uzadılmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, borcu vaxtında ödəməmişdir. 16.09.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh XXXnun 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 30.08.2019-cu il tarix ə 132.466,51 manat əsas borcu, 18.723,34 manat faiz borcu (27.06.2013-cü il tarixə), 39.923,87 manat dəbbə pulu, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla hesablanmış 40.899,03 manat faiz məbləği olmaqla, cəmi 232.012,75 manat borcu yaranmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim. V.Hacıyev) iddia qismən təmin ediləрəк Cavabdeh XXXndan 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 69.434,50 manat əsas borc, 14.311,22 manat faiz, 500 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 84.275,72 (səksən dörd min iki yüz yetmiş beş manat yetmiş iki qəpik) manat pulun tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, iddia tələbinin q alan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 (yüz əlli) manat pulun Cavabdeh XXXndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 448.1, 739.1, 741-ci maddələrinə istinad etmişdir. 4 Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh XXX ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və əruzəçi), A.İmanov və V.Sadıqov) 2(103)-5526/2021 nömrəli, 22.06.2021ci il tarixli qətnaməsi i lə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi və ya yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəmsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə faiz və cərimə məbləğini düzgün müəyyən etməmişdir. Bunun üçün işin faktiki hallarını ətraflı araşdırmamış, həmin hallara düzgün qiymət verməmişdir. Borcun məbləğinin müəyyən edilməsi ilə bağlı keçirilmiş ekspertiza rəyi obyektiv tərtib edilməmişdir. İddiaçı tərəf ekspertiza rəyi ilə razı olmadığını məhkəmədə bildirsə də, məhkəmə onların vəsatətini təmin etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının vəkili Əzizov Rauf Nəriman oğlu kassasiya şikayətini müdafi ə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsas lar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
17. Maddə. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
18. Maddə. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Maddə. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
20. Maddə. 44
2. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Maddə. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə. 445.2.1. “Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya məhkəməsi mübahimsə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
33. İlk növbədə kollegiya onu qeyd edir ki, işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı kassasiyanın dəlilləri ilə razılmaşmaq olmaz. Ona görə ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. İşin faktiki halları tərəflərin sübutetmə vəzifələrini yerinə yetirməsi qaydalarına uyğun olaraq işə mahiyyti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilir.
34. İddiaçı cavabdehdən tutulan borcun məbləği ilə razılaşmayaraq həm əsas, həm faiz və həm də dəbbə məbbəlğinin düzgün hesablanmadığını bildirir.
35. Borcun məbləğinin müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli 2(004)-6896/2019 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyy ə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin idarədən 17.06.2020-ci il tarixli 1262 nömrəli ekspert rəyi daxil olmuşdur.
36. Rəyə görə Cavabdeh XXXnun 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 30.09.2019-cu il tarixə kimi İddiaçı1 ASC-yə 230.565,50 manat əsas borc və 62.398,33 manat faiz borcu olmaqla, cəmi 292.963,83 manat vəsait ödəmişdir. Tərəflər arasında bağlanmış 27.06.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsinin, 24.06.2013-cü il tarixli və 24.06.2015-ci il tarixli əlavə sazişlərin şərtləri əsas götürülməklə, Cavabdeh XXXnun 27.06.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə 27.06.2013-cü il tarixə 300.000 manat əsas borc və 21.126,67 manat faiz borcu qalmışdır (sualda qeyd olunan tarixə). Cavabdeh XXXnun 27.06.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə 30.08.2019-cu il tarixə kimi 69.434,50 manat əsas borc və 14.311,22 manat faiz borcu qalmışdır (maliyyə arayışında göstərilən tarixə). Faiz borcunun hesablanması 27.06.2013-cü il tarixə kimi 14%-lə, 27.06.2013-cü ildən 30.08.2019-cu il tarixə kimi isə 5%-lə həyata keçirilmişdir.
37. İddiaçı bank iddia tələbində faiz borcunu müqavilə müddətinədək, yəni 27.06.2013-cü il tarixədək tələb etdiyindən müvafiq ekspertiza zamanı həmin dövrədək faiz məbləği 14% hesablanmışdır. 1-ci instansiya məhkəməsi bu barədə iddiaçı tərəfə bildirmiş və MPM-nin 218.3. maddəsinə uyğun olaraq irəli sürülən tələb üzrə qətnamə çıxarmışdır. Qətnamədən verilmiş apelyasiya şikayətində həmin dəlili idiaçı tərəfindən irəli sürülməmişdir. Ona görə Apelyasiya Məhkəməsi qətnamənin həmin hissəsi ilə razılaşmaqda haqlı olmuşdur.
38. Öhdəliyin vaxtında icra edilmədiyi üçün tutulmalı olan illik 5% məbləğin düzgün hesablanmaması barədə dəlil də keçərli deyil.
39. Beləki, yuxarıda qeyd olunan ekspertiza rəyi ilə müqavilə müddəti bitdiyi 27.06.2013-cü il tarixdən 30.08.2019-cu il tarixə kimi illik 5% məbləğ hesablanaraq tutulmuşdur.
40. Nəzərə almaq lazımdır ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin 218.3. maddəsi).
41. İş üzrə təkrar ekspertiza təyin olunması barədə vəsatətin apelyasiya məhkəməsi tərəfindən əsassız olaraq təmin olunmaması ilə bağlı kollegiya qeyd edir ki, Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM-nin 103.1 maddəsi). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (MPM-nin 103.2).
42. Təkrar ekspertizanın keçirilməsinin əsasları prosessual qanunveriiliklə müəyyən edilir. Beləki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2. maddəsi)
43. Nəzərə almaq lazımdır ki, ekspert rəyi, araşdırılan sahə üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyidir, yazılı sübutdur. Həmin sübutun düzgün olmaması barədə şifahi bəyanat yazılı sübutun həqiqiliyi prezumpsiyanı qüvvədən sala bilməz. Həmin sübutun həqiqiliyini qüvvədən salmaq üçün onun mətnindəki məlumatları n həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Əks təqdirdə kredit hüquq münasibətlərindən irəli gələn bütün işlər üzrə müvafiq ekspertiza və sonradan təkrar ekspertiza rəyləri alınması təcrübəsi baş verə bilər və buda əsassız olaraq işlərə baxılmasının uzadılması ilə nəticələnə, eləcə də tərəfləri əlavə xərclərə düçar edə bilər. Təkrar ekspertizanın keçirilməsi üçün məhkəməyə elə sübutlar təqdim edilməlidir ki, məhkəmə əsassızlığına görə ekspert rəyi ilə razılaşmasın, və yaxud işdə olan digər ekspertin rəyi ilə (belə rəyi vəsatət verən tərəfindən təqdim edilməsi də istisna deyil) ziddiyyət təşkil etmiş olsun.
44. Kollegiya bir məsələni də qeyd etməyi zəruri hesab edir. Kredit hüquq münasibətlərindən irəli gələn mübahisələrdə analoji etirazlar ondan qaynaqlanır ki, k reditorlar iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman işin halları ilə bağlı məlumatları ətraflı olaraq şərh etməkdən çəkinirlər. O cümlədən, borc alanın keçən müddət ərzində nə qədər vəsait qaytarması, həmin vəsaitin hansı məbləğdən (əsas, faiz, cərimə) silinməsi, vəsaitlərin hansı tarixlərdə ödənilməsi və.s məlumatlar. Əslində həmin məlumatlar ödənişlərin düzgün silinməsi, borcun məbləğinin müəyyən edilməsində böyük əhəmiyyət kəsb edir. Müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə məbləği ödənilməmiş əsas məbləğə hesablanır. Hazırkı işdə də iddiaçı tərəf məhkəməyə müraciət edərkən həmin halları ətraflı şərh etməmiş, ancaq, iş üzrə ekspertiza keçirildikdən sonra müəyyən edilmişdir ki, borclu götürdüyü 300.000 manat borc məbləğindən 30.09.2019-cu il tarixə kimi İddiaçı1 ASC-yə 230. 565,50 manat əsas borc və 62.398,33 manat faiz borcu olmaqla cəmi 292.963,83 manat vəsait ödəmişdir. Ödənilmiş məbləğlərin hansı tarixlərdə ödənilməsi yenə də müəyyən edilmədən qalmışdır. Nəticə etibarı ilə borc məbləğinin müəyyən edilməsində qeyri-müəyyən hallar ortaya çıxmış olur ki, buda iddiaçı tərəfin zəruri məlumatları təqdim etməməsinin nəticəsində baş verir. Ona görə analoji işlərə baxarkən məhkəmələr zəruri məlumatların təqdim edilməsini iddiaçı tərəfin üzərinə bir vəzifə kimi qoymalıdırlar. Təsadüfi deyil ki, bir çox hallarda analoji mübahisələrlə bağlı ekspertizalar keçirilərkən qeyd olunan məlumatların mülki işdə olmaması əsası ilə ekspertlər rəy verməkdən imtina edir, dəfələrlə vəsatətlər verərək həmin sənədlərin təqdim edilməsini təklif edir və nəticə etibarı ilə uzun-uzadı y azışmalar səbəbindən işə baxılması süni olaraq uzadılır.
45. Kassatorun sonuncu dəlili Dəbbə pulu ilə bağlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
46. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələr ini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəh bər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
47. Əvvəla, kredit müqaviləsi bağlandıqdan sonra borcalanın ödəniş qabiliyyətinin pisləşməsi səbəbindən müqavilənin müddətinin dəfələrlə uzadılması zamanı cavabdehin maddi vəziyyəti düzgün qiymətləndirilməli idi. Eyni zamanda kredit götürüldükdən sonra maliyyə bazarında baş verən və bununla əlaqəli müştərilərin ödəmə qabiliyyətinə təsir göstərən hallar, həm ölkədə devalvasiyanın baş verməsi, həm də son illər pandemiya ilə bağlı hallar və onun iqtisadiyyata təsiri hamıya bəllidir. Nəzərə almaq lazımdır ki, yüksək dəbbə pulunun müəyyən edilməsi kreditorun da mənafeyinə uyğun deyil. Ona görə ki, məhkəmə qətnaməsi icra olunan olmalıdır. Dəbbə pulunun məbləği mü əyən edilərkən elə məbləğ müəyyən edilməlidir ki, həmin məbləğ borclunun əsas öhdəliklərinin icrasına mane olmasın, tərəflərin mənafeyi arasındakı ədalətli tarazlığa xidmət etmiş olsun.
48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu ilə bağlı kassatorun etirazı da qəbul edilən deyil.
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5526/2021 nömrəli, 22.06.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.