Məhkəmə qərarları › İş №2(102)-6381/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6381/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6381/2021 29.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1138/2021 saylı iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 29 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Qəribova X3 Radə Niyaz qızının ona olan pul borcunun ödənilməməsi, pulun qaytarılmasında köməklik göstərilməsi barədə ərizə ilə polis idarəsinə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 3 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı1 müraciətində göstərdiyi xüsusatların cinayət tərkibli deyil mülki xarakterli olduğu, qanunvericiliyə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiаçı İddiaçı1 Cavabdeh1 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Ca vabdeh1 24.100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı1 İsmayıl qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 15.000 manat və 5000 ABŞ dolları ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumununun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olduğundan ərizə qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X4 2012-ci ildə iş üzrə Cavabdeh1 qızı Muradova (Vəliyeva) Aytən Vəli qızı ilə rəfiqə olmuşlar. Sonradan qızı Pünhan rəfiqəsi Aytənlə onu tanış etmişdir. Daha sonra Aytən onu anası Radə ilə tanış etmi şdir. Radə ona Çin Xalq Respublikasından mal gətirərək al-ver ilə məşğul olduğunu və iş adamı olduğunu bildirmişdir. Radə ona bildirmişdir ki, qardaşı Teymurun Bərdə rayonu, Soğanverdilər kəndində yaşayan kirvəsi Vüqar etibarlı adamdır. Vüqar danalara yaxşı baxacaqdır. Ticarət üçün Radə ona 10 ədəd ətlik dana almağı məsləhət görmüşdür. 2017ci ilin mart ayında cavabdehə evində 10 baş dana almaq üçün 8500 manat pul vermişdir. Sonra Radə ona danaların videosunu göndərmiş, həmin danaların onun olduğunu, Vüqarın danalara yaxşı baxacağını və onun danalardan qazanc götürəcəyini bildirmişdir. Bundan sonra 2017-ci il ərzində Radə ondan danalara ot almaq adı ilə 1000 manat, kökəltmə yemi almaq üçün 1500 manat, danaların saxlandığı tövlənin təmiri üçün 1500 manat, danalara dərman almaq üçün 100 manat pul almışdır. Bundan başqa Radə ona qızıl al-veri ilə məşğul olduğunu bildirərək 5000 ABŞ dolları pul istəmiş, 2017-ci ilin ortalarında Radəyə 5000 ABŞ dolları pul vermişdir. 2017-ci ildə manatın devalivasiyası ilə əlaqədar Radə ondan aldığı 5000 ABŞ dolları manata çevirərək ona 15.000 manat pul qaytaracağını bildrimişdir. Bundan sonra Radə ondan 3000 manat pul istəmiş, Radəyə evində 3000 manat pul vermişdir. Bundan başqa 2017-ci ilin mart ayında Radəyə evində 1500 manat pul vermişdir. 2018-ci ildə isə Radəyə evində qadaşı Cəbrayılın vasitəsi ilə Rusiya danası almaq üçün 2000 manat pul vermişdir. Getdikcə münasibətləri daha da yaxşılaşdığından Radəyə etibarı artmış, Radə ona al-ver etmək məqsədi ilə Çin Xalq Respublikasına birlikdə getməyi təklif etmiş və o, Radənin təklifi qəbul etmişdir. Çin Xalq Respublikasına getmək üçün xərc çəkərək viza almışdır. Sonra isə Radə səbəbini demədən getməyi təxirə almışlar. 2018-ci ildə qızı ailə qurarkən cehiz əşyaları almaq üçün pula ehtiyacı olduğundan Radədən pulunu istəmiş, Radə verəcəyini bildirmişdir. Sonra istədiyində obyektinin və həyət evinin olduğunu bildirmiş, satıb pulunu qaytaracağını bildirmişdir. Radəyə danaları satıb onun pulunu qaytarmasını bildirmiş, Radə öz qızının toyunda danaları satıb toya xərclədiyini bildirmişdir. Bundan sonra bilmişdir ki, Radə onu aldadaraq müxtəlif vaxtlarda ondan pul alaraq öz məsrəflərinə xərcləmişdir. Ümumilikdə Radə onu aldadaraq 34.100 manat pulunu almışdır. X7 Federasiyasına getmiş, Radədən pulunu qaytarmasını tələb etmiş Radə pulunun olmadığını bildirmişdir. Sonradan Radə ona borclu ol duğu 34.100 manat puldan 10.000 manat qaytarmış, 24.100 manat borclu qalmışdır. Radədən borclu qaldığı pulu tələb etmiş, Radə qaytarmadığından, barəsində Xətai rayon polis idarəsinə şikayət ərizəsi vermişdir. Xətai rayon polis idarəsinin 36-cı bölməsində araşdırma aparılmış, Radə polisə izahat verərək 2017-ci ilin ortalarında ondan 15.000 manat aldığını, sonra 5000 ABŞ dolları məbləğində pul aldığını, 2017-ci ildə manatın devalivasiyasından sonra 5000 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 15.000 manat, hissə-hissə ümumilikdə 30.000 manat pul qaytardığını, lakin maddi imkanı olmadığından həmin borc məbləğinə hesablanmış faiz məbləğini qaytarmadığını bildirmişdir. 03.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqıda qərar qəbul edilərək, Radə barəsində ci nayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin etiraf etdiyi pul məbləği 30.000 deyil, 34.100 manat olmuşdur. Cavabdeh həmin borcdan 10.000 manat ödəmiş, 24.100 manat borclu qalmışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina etmişdir. Hazırda da pulu ödəmək fikrində deyildir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı1 və Cavabdeh1 övladları tanış olmuşlar. İlk dəfə İddiaçı1 cavabdehin yaşadığı evə gəlmişdir. Cavabdehin qızının toyu ilə bağlı pula ehtiyacı olduğundan iddiaçının sələmə pul verdiyini bildiyinə görə cavabdeh iddiaçıdan faizi ilə birlikdə ödəmək şərti 5000 ABŞ dolları və hissə-hissə o lmaqla cəmi 15.000 manat borc pul almışdır. Cavabdeh borc aldığı məbləğin əvəzində iddiaçıya aylıq 500 manat ödəmişdir. 30.08.2019-cu il tarixdə isə cavabdeh İddiaçı1 30.000 manat ödəmişdir. Bu barədə tərəflər arasında olan danışığın səs yazısı da vardır. Hal-hazırda iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı hazırkı iddia tələbində cavabdehin borc aldığı məbləğə görə ödəmədiyi faizləri tələb edir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl cavabdehin qızının işlədiyi iş yerinə gedərək pulu tələb etmiş, daha sonra isə Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin 36-cı polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, həmin Polis Şöbəsində araşdırılma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehlə iş qurmaq üçün p ul borc aldığını və 34.100 manat borcu olduğunu etiraf etdiyi göstərsə də, bu tamamilə yalandır, belə ki, tərəflər arasında borcun etirafına dair heç bir müqavilə imzalanmamış, tərəflər şərikli iş qurmaq barədə razılaşmamışlar.

7. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəməyə iş üzrə tərəflərə aid səs yazısı qeydə alındığını bildirirək, CD təqdim etmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli 2(021)-1478/2020 saylı qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 15000 (on beş min) manat və 5000 (beş min) ABŞ dolları öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişd ir.

9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, təqdim edilmiş CD üzrə səs yazısında tərəflərin kimliyi tam olaraq aydın olmamış, audio yazıdakı səsin iddiaçı və cavabdehə məxsusluğu şübhə doğurmuşdur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından cavabdehin təqdim etdiyi səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən tələb edilən pulun qaytarıldığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, hazırki iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, həmçinin yalnız cavabdehin şifahi bildirdiyi formal mülahizələr əsasında cavabdehin pulu qaytardığı nəticəsinə gəlmək mümkün deyildir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 63.4, 125.7-ci maddələrinə, Mülki Məcəllənin 157.2, 739.1, 740.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4, 10.10, 95.2, 14.2, 77.1, 76, 217.3, 217.4, 77.3, 78.2, 222.2, 107, 119.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndinə, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarına, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, Qavazov Bolqarıstana qarşı 6 mart 2008-ci il tarixli Qərarına, Avşar Türkiyəyə qarşı Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarına istinad etmişdir.

11. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Bərdə Rayon Məhkəməsinin 2 sentyabr 2020-ci il tarixli 2(021)-1478/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1138/2021 saylı mülki iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsi (hakimlər L.S.Süleym anov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(021)-1478/2020 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 6600 manat (altı min altı yüz) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

13. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf cavabdehin ona 15.000 manat və 5.000 ABŞ dolları məbləğində borcu olduğunu göstərmiş, məhkəmə iddianın təmini əsası kimi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, V.Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03.02.2020-ci il tarixli qərarında Cavabdeh1 İddiaçı1 15.000 manat və 5.000 ABŞ dolları borc almasına dair etirafına əsaslansa da, nəzərə almamşdır ki, həmin qərarda cavabdeh həmin məbləği almasını göstərsə də, həm də sələmi ilə birlikdə 30.000 manat qaytarmasını qeyd etmişdir. Belə olan halda, onun həmin qərarda qeyd edilən izahatının bir hissəsini səmimi, digər hissəsini qeyri-səmimi qəbul edilməsi yolverilməz və məntiqsiz olmaqla, ədalətli tarazılığa cavab vermir. Ona görə də, təqdim edilən səs yazısının yoxlanılması nəticəsində onun məzmununu təşkil edən məlumatlar daha mötəbər və işin həqiqi halına uyğun gəlir.

14. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə təqdim edilmiş səs yazısı şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Qətnamədə həmçinin qeyd edilir ki, məhkəmə kollegiyası həmin səs yazısının tərəflərə məxsusluğunu müəyyənləşdirmək üçün tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işi təxirə alsa da, cavabdeh tərəf gəlmiş, İddiaçı1 isə gəlməmiş və onun nümayəndəsi olan Vəkil iddiaçının gələ bilməməsini bildirmişdir. Digər tərəfdən, həmin səs yazısının tərəflərə aid olması şübhə doğurmamışdır.

15. İddiaçının nümayəndəsi Vəkil Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1138/2021 saylı mülki iş üzrə protokola qeydlər vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə iclas protokoluna edilmiş qeydlərin tamamilə rəd d edilməsi qərara alınmışdır.

16. İddiaçı1 (şikayəti tərtib edən Vəkil) kassasiya şikayəti verərək, hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1138/2021 saylı 1 iyul 2021ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən mənbəyi məlum olmayan qanunla qəbul edilməz sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını təhrif et mişdir. Həm 36-cı polis bölməsində, həm iddia tələbində, həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, cavabdeh müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 34100 manat pulu şərikli iş qurmaq məqsədi ilə almış, həmin puldan 10000 manatını qaytarmış, qalan 24100 manat pulu qaytarmamışdır. Cavabdeh isə həmin pulun 30000 manatını etiraf etmişdir. Hesab edirlər ki, məhkəmə kollegiyası işin bu hallarına ümumiyyətlə qiymət verməmişdir.

18. Şikayətdə qeyd edilir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında təqdim edilən tərəflərin səs yazısı olan CD diski gizli yazıldığı üçün sübut növü kimi istifadə oluna bilməz kimi izahat verməmiş, izahatında göstərmişdir ki, məhkəmə kollegiyasının iclasında təqdim edilmiş CD diskdə olan səs iddiaçıya məxsus deyil, iddi açı maddi-məsul şəxs kimi vəzifədə işlədiyinə görə məhkəmə iclasına gələ bilmir. İddiaçı kassasiya şikayətində CD diskində olan səsin ona məxsus olmadığını qeyd etmişdir. Səs yazısının iddiaçıya məxsus olması barədə nəticəyə gələn məhkəmə kollegiyası həmin səsin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir sübuta, o cümlədən ekspert və ya mütəxəssis rəyinə əsaslandırmamış, yalnız özünün ehtimallarına əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin komentariyasında MPM-nin 95-ci maddəsi komentariya olunarkən göstərilmişdir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28.10.1999-cu il tarixli 728-İQ saylı Qanunu ilə müəyyən edilmiş qaydalara riayət etməklə gizli əldə edilmiş səs və video yazılar qanuni hesab edilir və mülki işlər üzrə belə yazılar sübut kimi q əbul edilə bilər. İstənilən başqa halda gizli aparılmış səs və video yazılar qanunsuzdur və onlardan sübut kimi istifadə oluna bilməz. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi CD diskini nə vaxt, hansı şəraitdə və kim tərəfindən yazılmasını göstərə bilməmiş, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 76.3, 77.1, 95.2-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Kassasiya şikayətində maddi hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 448.2-ci maddələri göstərilmişdir.

19. Cavabdeh1 məhkəməyə kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdıraraq nəticədə işin hallarına uyğun, əsaslı və qanuni qətnamə qəbul etmişdir. Gəncə Apell yasiya Məhkəməsi həqiqəti araşdıraraq, İddiaçı1 sələmə verdiyi pulun geri aldığını araşdırıb, yenə də cavabdeh tərəfindən 6600 manat ödənilməli olduğu qənaətinə gəlmişdir. Hesab edirlər ki, İddiaçı1 Cavabdeh1 qarşı kassasiya şikayəti ilə 30000 manat tələb irəli sürməsi əsassızdır. Cavabdeh kassasiya şikayətinin tamamilə əsassız və qanunsuz olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirirərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

30. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymə t vermir (§27).

33. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§28).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§27). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. İddiaçı1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirdiyindən və Cavabdeh1 qızı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən, qətnamə iddia tələbinin rədd edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən (8400 (səkkiz min dörd yüz) manat və 5000 (b eş min) ABŞ dolları) hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, apellyasiya kollegiyası tərəfindən tərəflərin səs yazısı olan CD diski dinlənilmiş və həmin səs yazısında olan danışıqların steonoqramması orada işlədilmiş qeyri-etik ifadələr istisna olmaqla, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Apellyasiya kollegiyası qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı ilə müəyyən etmişdir ki, İddiaçı1 cavabdehə sələmə pul verdiyini və kötükdən (yəni borcun əsas hissəsindən) ödənilməmiş 6600 manat borcu qaldığını, Cavabdeh1 isə həmin borcu qaytaracağını bildirir.

38. Ape llyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı səs yazısı şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan sübut növü kimi qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilən səs yazısının yoxlanılması nəticəsində onun məzmununu təşkil edən məlumatların daha mötəbər və işin həqiqi halına uyğun hesab etmiş, həmin səs yazısının tərəflərə aid olması şübhə doğurmamışdır.

39. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş CD diskdə olan səs iddiaçıya məxsus deyil, səs yazısının iddiaçıya məxsus olması barədə nə ticəyə gələn apellyasiya instansiyası məhkəməsi həmin səsin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı bir sübuta, o cümlədən ekspert və ya mütəxəssis rəyinə əsaslanmamışdır.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CD diskdə olan səs yazısının hazırkı iş üzrə tərəflərə aid olmasının şübhə doğurmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya kollegiyası sübut kimi qəbul etdiyi CD diskdə olan səs yazısını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. Belə ki, apellyasiya məhkəməsi qətnaməsində səs yazının tərəflərə məxsusluğunu müəyyənləşdirmək və tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işin təxirə salındığını, lakin cavabdeh tərəf gəlsə də, iddiaçı tərəfin gəlmədiyini, iddiaçının nümayəndəsi Vəkil iddiaçının gələ bilməməsini bildirdiyini qeyd etsə də, digər tərəfdən həmin səs yazısının tərəflərə aid olmasının şübhə doğurmaması qənaətinə gəlmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş protokola qeydlər təmin edilməsə belə orada qeyd edilənlər, kassasiya şikayətinin səs yazının iddiaçıya məxsus olmaması ilə bağlı dəlili, birinci instansiya məhkəməsində də audio yazıdakı səsin iddiaçı və cavabdehə məxsus olmasının aydınlaşdırıla bilinməməsi şübhələnməyə əsas verir ki, təqdim edilmiş CD diskdə olan səs yazının iş üzrə tərəflərə məxsus olub-olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəli və tam araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin aşağı instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iş üçün əhəmiyyəti olan CD diskdə olan səs yazının iş üzrə iddiaçı və cavabdehə məxsus olub-olmamasını müəyyənləşdirmək üçün apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin verdiyi imkanlar çərçivəsində bütün zəruri tədbirləri görməlidir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyekt iv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiqi, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.

45. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

47. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olm amalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

48. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çı xış etməlidir”. 50. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. 51. “Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında qeyd edilir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

52. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu baxımdan əgər məhkəmə təqdim olunan sübutu işə aid olmayan hesab edərsə, həmin sübutu qəbul etmir və onu nəzərə almır. Bununla yanaşı, MPM-in 88-ci maddəsi tələb edir ki, əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər sübutlarla yanaşı obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və bütün sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

54. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidə n baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan prosessual hüquq normalarının tələblərinə riayət etməklə, yeni məhkəmə aktı qəbul etməlidir.

55. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§30).

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§29).

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1138/2021 saylı iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən (8400 (səkkiz min dörd yüz) manat və 5000 (beş min) ABŞ dolları) hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar