Məhkəmə qərarları › İş №2(102)-6382/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6382/2019

22.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6382/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkilləri X2 və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(004)-701/15) İddiaçı cavabdeh Həşimova (Məmmədova) Yeganə Həsənağa qızına qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan hesab edilməklə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş № 2(103)xx/18) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehin ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququ olmayan hesab edilməsi və istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkilləri Ü.İsmayılov, M.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahi ş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının, onun vəkillərinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnam əsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya insytansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər rəsmi nikaha daxil olduqdan sonra cavabdeh 1996-cı ildən etibarən mübahisəli mənzildə yaşamış və 1998-ci il tarixdə həmin mənzilə qeydiyyata alınmışdır. Tərəflərin nikahı xx xxx 2006-cı il tarixdə pozulmuşdur. İddiaçının tələbi cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ olmayan hesab edilməsi və istifadə hüququnun itirilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etmiş və bu zaman 11.06.2014-cü il tarixli forma 2 arayışına, iddia çı tərəfindən şahid qismində məhkəməyə dəvət olunmuş şahidlərin ifadələrinə, mühüm ziddiyyətlər təşkil edən 20.10.2014-cü il tarixli akta, guya həmin evdə cavabdehin 2006-cı ildən yaşamadığına istinad etmiş və gəldiyi nəticəni 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 53, 60-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş və işin müəyyən edilən hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il xx xxx tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. İş in materiallarından görünür ki, cavabdeh İddiaçıla 1990-cı ildə rəsmi nikaha daxil olaraq iddiaçıya məxsus 7-ci mikrorayonda yerləşən 3 otaqdan ibarət mənzilə gəlin köçməklə və 1996-cı ilədək həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmaqla, tərəflər arasında yaranmış hüquq münasibətləri də həmin vaxt qüvvədə olmuş qanun normaları ilə tənzimlənməlidir. Belə ki, MPM-nin 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutula n digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. İddia tələbindən görünür ki, iddiaçı cavabdehin yaşayış sahəsin ə olan hüquqlarını tanıyır və bu, mübahisə predmeti deyil, mübahisə predmeti bu hüquqların məhkəmə qaydasında itirilmiş hesab edilməli olmasıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının nə vaxt yaranmasını və nikahdan sonra həmin mənzildə yaşayıb-yaşamamasını tam araşdırmadan səhv nəticəyə gəlmişdir. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh ilə aralarında olan nikaha 2006-cı il tarixdə xitam verilməsini və 2005-ci ildən bu mənzildə yaşamamaqla formal pasport qeydiyyatında qalmasını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə 2015-ci ildə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf 2005-ci ildən mübahisəli mənzildə yaşamayaraq formal pasport qeydiyyatında qalmasını iddia etdiyi cavabdehin mübahisəli mənzildə yaşamamasına dair məhkəməyə verdiyi izahatlar səmimi olmamışdır. Belə ki, işin araşdırılmış hallarına əsasən cavabdeh İddiaçıla 1990-cı ildə rəsmi nikaha daxil olaraq iddiaçıya məxsus 7-ci mikrorayonda yerləşən 3 otaqdan ibarət mənzilə gəlin köçmüş və 1996-cı ilədək həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışlar. 1996-cı ildə iddiaçı həmin mənzil satmış və Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektindəki 117 saylı ev alınmışlar. İddiaçı ilə aralarında bağlanılmış nikah 2006-cı ildə pozulsa da o, iddiaçının keçmiş ailə üzvü olsa da, ev sökülənə kimi həmin evdə yaşamışdır. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Birinc i instansiyası məhkəməsi də məhz şahid ifadələri və akta əsaslanaraq Cavabdeh iddiaçı ilə nikaha daxil olduqdan sonra ünvan 2 ünvanda qeydiyyata 1998-ci ildə alınaraq bir müddət yaşamasını, xx xxx 2006-cı ildə nikahları pozuduqdan sonra həmin evdən çıxıb, başqa yerə köçməklə hal-hazırda da başqa yerdə yaşamasını göstərsə də, bu nəticəsini digər mötəbər sübutlarla əsaslandırmamışdır. Belə ki, mübahisəli mənzil xüsusi mülkiyyət olsa da, qanunun analogiyası baxımından xx xxx 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən döv lət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər a rasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bun dan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orq anı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx xxx 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Həmçinin də hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların hə min iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçı cavabdehin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri təqdim etməmiş, b irinci instansiya məhkəməsi isə işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlarıntəqdimolunmasınıniddiaçınınbirbaşavəzifəsiolmaqla, hazırkiişüzrəhər bir dəlilin söykəndiyi sübutun mötəbərliyinin şübhə yaratmalı olmamasına, sübuta yetirilməyən tələbin isə əsaslı hesab edilə bilməməsinə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh ev sökülənədək mübahisəli mənzildə yaşaması və iddiaçı tərəfindən mübahisəli evin dövlət tərəfindən söküləcəyi ilə əlaqədar sənədləri imzalatması, ona ev almasını vəd verməsindən sonra isə mübahisəli mənzili tərk etməsini bildirsə də və məhkəməyə həmin halları təstiq edən sübut təqdim etməsə də, işin faktiki araşdırılmış halları baxımından ko llegiya bu dəlillərin müəyyən mənada (yanakı olaraq) inandırıcı olması qənaətinə gəlir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bil məmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamaml amalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdı r. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar