Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6384/2017 10.10.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 10 oktyabr 2017-ci il İŞ № 2(102)-6384/2017 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “Baltikums Banks AS” SC-nin vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2017-ci il tarixli, 2(103)-560/2017 saylı qətnaməsindən Cavabdeh və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 16 mart 2 016-cı il tarixli, 2(009)-1341/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.Ə.Əliyev) iddiaçı “Baltikums Banks AS” SC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 217.000 ABŞ dolları, faiz borcuna görə 28.519,15 ABŞ dolları, hesablanmış cəriməyə görə 3.000 ABŞ dolları, cəmi 248.519,15 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2017-ci il tarixli, 2(103)-560/2017 saylı qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev sədrlik edən, məruzəçi, X.B.Məhərrəmova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsi nin 16 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit borcunun tutulması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 01 sentyabr 2017-ci il tarixədək qaytarmaq şərti ilə 9 faiz dərəcəsi ilə 220.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçı təşkilat tərəfindən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun, hesablanmış, ödənilməmiş faizlərin və gecikdirilmiş faizlərin ödənilməsinə dair 28 avqust 2015-ci il tarixli pretenziya məktubu göndər ilmişdir. 21 sentyabr 2015ci il tarixə olan əsas borc 217.000 ABŞ dolları, hesablanmış, ödənilməmiş faiz borcu 19.048,44 ABŞ dolları təşkil etmişdir. Digər tərəfdən kredit müqaviləsinə görə borcalan öhdəliklərin icra edilməməsinin hər gününə görə ödənilməmiş məbləğin 0,25 faizi miqdarında gecikdirilmiş faizlər ödəməlidir. 21 sentyabr 2015-ci il tarixə bu məbləğ 35.371,92 ABŞ dolları təşkil edir. Eyni zamanda kredit müqaviləsinə görə cavabdeh kredit məbləğinin 10 faizi miqdarında, yəni 22.000 ABŞ dolları dəbbə pulu ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, kredit borcunu düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia olunan məbləğin dəyişdirilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “Baltikums Banks AS” SC-nin vəkili Polad Cabbarov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh, nümayəndəsi X1 və vəkili X məhkəmə iclasının vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “Baltikums Banks AS” SC-nin vəkili X2nın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 425, 442, 443.1, 445, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normaları nın tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 11 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 01 sentyabr 2017-ci il tarixədək qaytarmaq şərti ilə 9 faiz dərəcəsi ilə 220.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İşə əlavə edilmiş maliyyə arayışına görə cavabdehin iddiaçı təşkilata 21 sentyabr 2015-ci il tarixə sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş 217.000 ABŞ dolları əsas borc, 19.048,44 ABŞ dolları faiz, 35.371,92 ABŞ dolları gecikdirilmiş faiz borcu və 22.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 293.420,36 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsi borclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütü n hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehin iddiaçı təşkilata ödənilməmiş kredit borcu nun yaranması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları, işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və hazırkı mülki mübahisəyə sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını göstərsə də, apellyasiya instansi yası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gə ldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanun i əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2017-ci il tarixli, 2(103)-560/2017 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-6384/2017
Ali Məhkəmə Qərar — İş №2(102)-6384/2017
10.10.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver