Məhkəmə qərarları › İş №2(102)-6384/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6384/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6384/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vnın və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6705/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tari xli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1647.86 ABŞ dolları əsas, 3281.54 ABŞ dolları faiz, 4485.87 ABŞ dolları cərimə borcu, müqailənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249.32 ABŞ dolları borc olmaqla, ümumilikdə 9664.59 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia təəbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə tarixi 09 iyun 2016-ci il tarixidir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlə r. 10 iyul 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249,32 ABŞ dolları borc olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2502/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim Fikrət Mirzəyev) mütəxəsis rəyinin alınması, mütəxəssi rəyinin alınmasının Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 09.12.2020 -ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli nömrəli Fərmanın təsiri dairəsinə düşmüşdür. Belə ki, fərmanın qüvvəyə mindiyi günə -yəni 01.03.2019-cu il tarixinə cavabdehin sözügedən müqavilə üzrə 3592.32 ABŞ dolları (6106.94 manat) keçmiş kredit borcu qalmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə Fərmanın tələbləri çərçivəsində cəmi 3305.59 manat kompensasiya, hesablanmış və məbləğ Fərmanın 2-ci hisssinə əsasən ilk növbədə borclunun həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş v ə qalıq qalan 2801.35 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia təəbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinc instansiya məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, ləğv prosesində olan İ ddiaçı ASC ilə Cavabdeh1 arasında 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Zamin isə zaminlik öhdəliyinə əməl etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutub, Azərbaycan Respublikası Mərkəzi Bankının rəyində qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cəriməni n ödənilməsi nəzərdə tutulsa da, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 4485.87 ABŞ dolları məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Məhkəmə hesab edir ki, 4485.87 ABŞ dolları məbləğində dəbbə silinməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 442, 443.1, 448.1, 462.1, 467-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 2(103)-6705/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-451/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyr inə tutulması, qalan hissədə iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 09.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli nömrəli Fərmanın təsiri dairəsinə düşmüşdür. Belə ki, fərmanın qüvvəyə mindiyi günə-yəni 01.03.2019-cu il tarixinə cavabdehin sözügedən müqavilə üzrə 3592.32 ABŞ dolları (6106.94 manat) keçmiş kredit borcu qalmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış sözügedə n kredit müqaviləsi üzrə Fərmanın tələblıri çərçivəsində cəmi 3305.59 manat kompensasiya, hesablanmış və məbləğ Fərmanın 2-ci hisssinə əsasən ilk növbədə borclunun həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş və qalıq qalan 2801.35 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur, lakin 2801.35 manat əsas kredit borcuna həmin vaxtda cavabdehin etiraz etməsi iş materialları ilə müəyyən olunmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırı lmışdır ki, onun tərəfindən məhkəmə prosesində iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir ki, bu ərizəsinə də ümumiyyətlə əhəmiyyət verilməmiş, qətnamədə bu barədə heçnə qeyd olunmamışdır. İddiaçı ilə arasında 69743240 saylı kredit müqaviləsi 09.06.2014-cü il tarixdə bağlanmış və müqavilənin müddəti 24 ay olmaqla 09.06.2016-cı il tarixədək müəyyən edilmişdir. Yəni, həmin kredit müqaviləsi üzrə onun üçün öhdəliklərin son icra müddəti 09.06.2016-cı il tarixə müəyyən edilir. Həmin müddətdən sonra iddiaçı üçün onun tərəfindən öhdəliklərin lazımınca yerinə yetirilməməsi artıq bəli idi və sonuncu hüquqlarının pozulduğunu bilirdi. Lakin bunlara baxmayaraq iddiaçı tərəfindən məhkəməyə 08.08.2020-ci il tarixdə müraciət olunmuşdur. Əlavə olaraq qevd edir ki, onun tərəfindən banka ol an son ödənişi 04.11.2015-ci il tarixidir. Bunu ona görə qeyd edir ki, bununla bağlı bank tərəfindən saxtakarlığa və manipulyasiyaya yol verilməsin. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxdığından və həmin müddət 09.06.2019-cu il tarixdə başa çatdığından, iddia müddətinin tətbiqi ilə əlaqədar iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi qanuni və labüd idi. Lakin məhkəmələr bunu etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məluma t verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 03.06.2013cü il tarixli qərarına əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə, onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cii maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti say ılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiy ası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəmə sinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətində göstərildiyi kimi, işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddia tələbinin rədd edilməsi barədə ərizəyə hər hansı münasibət bildirilməmiş, cavabdeh bu xüsusatı vermiş olduğu apelyasiya şikayətində də vurğulamış və dəlil olaraq istinad etmiş, lakin apelyasiya kollegiyası tərəfindən də qətnamə qəbul edilərkən cavabdehin bu dəlilinə hər hansı münasibət bildirilməmişdir. Halbuki, iş materiallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi 09.06.2014cü il tarixdə bağlanmış və müqavilənin müddəti 24 ay olmaqla 09.06.2016-cı il tarixədək müəyyən edilmişdir. Belə olan halda mülki qanunvericilikdə müqavilə üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş iddia müddəti 3 il təşkil etdiyindən, qeyd edilən tələb üzrə iddia müddətinin 09.06.2019-cu il tarixdə başa çatdığı məlum olur. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası isə iddiaçının hüqu qlarının pozulduğunu bildiyi zamanla, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alara q kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)-6705/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)6705/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar