Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6385/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil, Cavabdeh və vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Y asamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, cavabdehdən 01.11.2010-cu il tarixli kredit müqaviləsi üzrə 47 900 manat əsas, 4041 manat faiz borcu, əldən çıxmış faydaya görə 31 616 manat olmaqla cəmi 83 559 manatın, 18.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 41 000 manat əsas, 29 178 manat faiz borcu, əldən çıxmış faydaya görə 18 040 manat olmaqla cəmi 88 128 manatın, yəni cəmi 171 777 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9244/2019 sayılı 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən G.Quliyev, hakimlər Ə.Mirzəliyev və T.Qoldman) iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair hissəsində ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov, X.Mərdanova və F. Babayev) iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3407/2018 saylı, 23 may 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “tutmanın girov predmetinə yönəldilməsi” tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.2010-cu il tarixli 346İ saylı kredit müqaviləsi üzrə 47900,77 manat əsas, 4041,87 manat faiz borcunun, 60 195 manat əldən çıxmış faydanın, yəni cəmi 112 137,64 manatın cavabdehdən tutulması, həmin tələb üzrə tutmanın girovla yüklü edilmiş, 21.10.2010-cu il tarixli 706 saylı “çoxmənzilli yaşa yış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tikilib cavabdehə təhvil veriləcək ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 172,7 m2 olan 11.5 saylı çoxmənzilli yaşayış binasının X mərtəbəsindəki 4 otaqlı 213 saylı mənzilə sahiblik hüququna və ya həmin mənzilin tikilməsinə görə ödənilmiş 129 525 (yüz iyirmi doqquz min beş yüz iyirmi beş) manatı “xxxx” MMC-dən tələb etmək hüququna yönəldilməsi, mənzilə sahiblik hüququnun açıq hərracdan satılması və banka olan borcun ödənilməsi, satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən “İcra haqqında” Qanunun tələblərinə görə tutulması; 18.03.2011-ci il tarixli 350İ saylı kredit müqavi ləsi üzrə 41 000 manat əsas, 29 178,29 manat faiz borcunun, 23 803 manat əldən çıxmış faydanın, yəni cəmi 93 981,29 manatın, habelə 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, həmin tələb üzrə tutmanın girovla yüklü edilmiş, 21.10.2010-cu il tarixli 707 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tikilib cavabdehə təhvil veriləcəkünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 172,7 m2 olan 11.5 saylı çoxmənzilli yaşayış binasının Xİİ mərtəbəsindəki 4 otaqlı 225 saylı mənzilə sahiblik hüququna və ya həmin mənzilin tikilməsinə görə ödənilmiş 129 525 (yüz iyirmi doqquz min beş yüz iyirmi beş) manatı “xxxx” MMC-dən tələb etmək hüququna yönəldilməsi, mənzilə sahiblik hüququnun açıq hərracdan satılması və banka olan borcun ödənilməsi, satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən “İcra haqqında” Qanunun tələblərinə görə tutulması; həmin tələb üzrə tutmanın həmçinin girovla yüklü edilmiş, 21.10.2010-cu il tarixli 708 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tikilib cavabdehə təhvil veriləcəkünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 172,7 m2 olan 11.5 saylı çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsindəki 4 otaqlı 8 saylı mənzilə sahiblik hüququna və ya həmin mənzilin tikilməsinə görə ödənilmiş 129 525 (yüz iyirmi doqquz min beş yüz iyirmi beş) manatı “xxxx” MMC-dən tələb etmək hüququna yönəldilməsi, mənzilə sahiblik hüququnun açıq hərracdan s atılması və banka olan borcun ödənilməsi, satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən “İcra haqqında” Qanunun tələblərinə görə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də Bakı Apelyas iya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə iddiaçı və cavabdehin tələbinin eyni olmasına baxmayaraq tərəflərə işi barışıqla həll etməsini təklif etməmiş və bununla tərəflərə onların prosessual hüquqlarını tam olaraq həyata keçirmək üçün heç bir kömək göstərməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və kredit borcunun tutulması və tutmanın girov ilə yüklü edilmiş, 21.10.2010-cu il tarixli, 706 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə əsa sən tikilib cavabdehə təhvil veriləcək, ünvan 1 ünvanda yerləşən yerləşən hər birinin ümumi sahəsi 172.7 kv.m. olan 11.5 saylı çoxmənzilli binasının İİİ, X və Xİİİ mərtəbələrində 4 otaqlı 8, 213 və 225 nömrəli mənzillərə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunmasını xahiş etdi, iddiaçının nümayəndəsi vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili M.Salamov Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxt ı barədə Cavabdeh lazımi qaydada bildiriş göndərilmiş olsa da, o, üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına tə sir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 276.1, 280, 281.1, 303.1, 303.4-cü maddələrini istinadən işin materiallarına əsasən gəldiyi nəticələrə əsasən iddiaçının istinad etdiyi girov müqavilələri mütləq qaydada qeydiyyata alınmalı idilər və yalnız bu halda etibarlı müqavilə kimi onlara istinadən tələb irəli sürülə bilərdi. İşin hallarından görünür ki, girov müqavilələri nəinki qeydiyyata alınmamışdır, tərəflər ümumiyyətlə buna zərurət olmadığını irəli sürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, ap ellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, cavabdehin 01.22.2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq 21.10.2010-cu il tarixli 706 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tikilib cavabdehə təhvil veriləcək ünvan 1 ünvanda yerləşən yerləşən və ümumi sahəsi 172,7 m2 olan 11.5 saylı çoxmənzilli yaşayış binasının X mərtəbəsindəki 4 otaqlı 213 saylı mənzilə sahiblik hüququ və ya həmin mənzilin tikilməsinə görə ödənilmiş 129 525 (yüz iyirmi doqquz min beş yüz iyirmi beş) manatı “xxxx” MMC-dən tələb etmək hüququ; 18.03.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq isə 21.10.2010-cu il tarixli 707 saylı “ço xmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tikilib cavabdehə təhvil veriləcəkünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 172,7 m2 olan 11.5 saylı çoxmənzilli yaşayış binasının Xİİ mərtəbəsindəki 4 otaqlı 225 saylı, habelə 21.10.2010-cu il tarixli 708 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tikilib cavabdehə təhvil veriləcəkünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 172,7 m2 olan 11.5 saylı çoxmənzilli yaşayış binasının İİİ mərtəbəsindəki 4 otaqlı 8 saylı mənzilə sahiblik hüququ və ya həmin mənzillərin tikilməsinə görə ödənilmiş 259 050 manatı “xxxx” MMC-dən tələb etmək hüququ girov qoyulmuş, hüquq sahibi olan cavabdehlə iddiaçı bank arasında bağlanmış müvafiq girov müqavilələri notarial qaydada təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarının göstərişlərinə əsasən iddia tələbinin yalnız “tutmanın girov predmetinə yönəldilməsi” tələbinin rədd olunması hissəsinə hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil etmiş, qətnamənin mübahisələndirilən digər hissələri artıq yeni apellyasiya baxışının predmeti olmamışdır. İşin materiallarından görünür ki, kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən Mülki Məcəllənin 303-cü maddəsinə istinad etmiş, həmin maddi hüquq normasının, tələb hüququnun girov qoyulm ası barədə müqavilə bağlanarkən girov qoyulmuş hüququn borclusunun razılığının alınması şərtini müəyyən etmədiyini, beləliklə apellyasiya instansiyasının öhdəliyin icrasının girov predmetinə yönəldiməsi üsulu ilə təmin edilməsi tələbinə əşya təminat hüququnun əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermədiyini vurğulamışdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Mə cəllənin 303.1-ci maddəsinə görə isə, hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Həmçinin, kollegiya qeyd edir ki, qanunvericilik, hüququn girovu müqaviləsi bağlanarkən girov qoyulan hüququn borclusunun razılığının alınması şərtini müəyyənləşdirməmiş olsa da, girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməli olduğunu tələb edir (Mülkü Məcəllənin 303.3-cü maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, yeni baxış zamanı apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının istinad etdiyi girov müqavilələrinin tərəfləri girov hüququnun borclusu olan “xxxx” M MC-yə bu cür bildiriş verməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 303.4-cü maddəsinə görə, dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 280-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu ma ddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Məcəllənin 281.1-ci maddəsinə görə isə, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiyası məhkəməsinin həmin normaların tətbiqi ilə yanaşı düzgün şərh verərək göstərmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalı olması tələbi o deməkdir ki, iddiaçının istinad etdiyi girov müqavilələri mütləq qaydada qeydiyyata alınmalı idilər və yalnız bu halda etibarlı müqavilə kimi onlara istinadən tələb irəli sürülə bilərdi. Belə olan halda kollegiya giro v müqavilələrinin nəinki qeydiyyata alınmaması, tərəflərin ümumiyyətlə buna zərurət olmadığını irəli sürmələrinə dair apellyasiya instansiyası məhkəməsinin nəticələri ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, girov müqavilələrinin preambulasında həmin MMC-nin də müqavilə tərəfi olduğu göstərilmiş olsa da, müqavilələr onun səlahiyyətli şəxsi tərəfindən imzalanmamış, iddiaçı bankın apellyasiya şikayətində isə MMC-nin müqavilə tərəfi kimi göstərilməsinin ümumiyyətlə texniki səhv olduğu qeyd olunmuşdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin girov predmetinə tutmanın məhkəmənin qərarı ilə tutulması hallarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.2-ci maddəsinə istinad etməsinin əsassız olmasını göstərsə də, işin materiallarından görünür ki, məhkəmə qətnaməsində həmin normaya istinad etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi maddi hüquq normalarının tələblərinə əsasən haqlı olaraq bu nəticəyə gəlmişdir ki, qanunun mənasına görə “girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməli olması” tələbi imperativ olmaqla müvafiq girov müqaviləsinin hüququn borclusu baxımından əhəmiyyət kəsb etməsi üçün zəruridir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi h alların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hü quq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunveric iliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Res publikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə iddia müddətinin tətbiq edilməli olması ilə bağlı düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6385/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6385/2019
07.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver