Məhkəmə qərarları › İş №2(102)-6387/2019

Ali Məhkəmə Qərardad — İş №2(102)-6387/2019

09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6387/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(103)6007/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14100 ABŞ dolları pulun və 30 manat ödənilmi ş dövlət rüsumunu onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehdən 14100 ABŞ dolları pul vəsaitinə əlavə olaraq 4200 ABŞ dolları hesablanmaqla, cəmi 18300 ABŞ dollarını onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim G.K.İmanova) 10 avqust 2018-ci il tarixli, 2(010)-39/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14100 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 08.05.2019-cu il tarixli, 2(103)-600 7/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəni araşdırmalı olan və onun hüquqi mövqeyini dinləməli olan məhkəmə kollegiyası prosesdə iştirakını təmin etmədən, işə onların iştirakı olmadan baxmış və qey d olunan qətnaməni qəbul etmişdir. Maddi və prosessual hüquq normaları qərəzli olaraq pozulmuşdur. Tərəflər notarial qaydada 18 avqust 2015-ci il tarixli, 3M-293 reyestr qeydli “borcun etirafı barədə”müqavilə imzalayıblar və bu əqdi nəzərə alan notariat orqanı, 4 saylı *** mərkəzi notariusunun, icra qeydi üzrəSuraxanı İcra Qrupunda icra işi açılmışdır. İcra hərəkətləri üzrə tərəfindən ödəniş aparılmış və hissə hissə icra hərəkətləri davam etdirilmişdir.Bu iş üzrə o, borclu qismində icra hərəkətlərinə cəlb olunmuşdur. Hətta bir dəfə barəsində 22.09.2016-cı ildə Suraxanı rayon Məhkəməsinin 3(010)874/2016 saylı Qərarı ilə 10 gün müddətinə inzibati iş də açdırmışdır. İnzibati həbsə məruz qalmışdır. Lakin tərəf bundan uzağa gedə bilmədiyindən, yəni İcra qeydi ilə barəsində cinayət təqibi açdı ra bilmədiyindən bu hiyləyə əl ataraq yenidən iddia formasına əl atmışıdr. İddiaçı məhkəmə qətnaməsi əldə etməyə çalışmaqla borcun ödənilməsinin qeyri mümkünlüyü zamanı həbslə nəticələnə bilən mühit əldə etməyə nail olmaq istəmişdir ki, məhkəmələr bu məkirli niyyəti görsələr də hüquqdan sui istifadə halına qiymət verməmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə zəruri olan araşdırma aparılmadan qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 18.08.2015-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən, cavabdeh 26.000 ABŞ dollarını 2 ay müddətinə yəni 18.10.2015-ci il tarixədək kreditora ödəməyə öhdəsinə götürmü şdür. 14.11.2015-ci il tarixli icra qeydindən görünür ki, cavabdehdən 26000 ABŞ dolları və 10 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər 4 saylı *** Mərkəzi Notariat Kontorunun xüsusi notariusu X1 və İddiaçı qarşı 4 saylı Bakı "***" mərkəzinin notariat kontorunun 18 avqust 2015-ci il tarixli, 3M-293 reyestr qeydli “borcun etirafı barədə” müqavilənin etibarsız hesab olunması və cavabdeh İddiaçı 11900 ABŞ dolları miqdarında pulun ona qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Al i Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, həmin borcun tutulmasına dair ləğv edilməmiş icra qeydinin olmasını nəzərə almamışdır. Halbuki, tələb edilən borc ilə bağlı icra icraatında ləğv edilməmiş icra qeydi üzrə icraat olduğundan və eyni məsələ ilə bağlı yeni icra sənədinin verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğundan, hazırki tələbə Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1- ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Apellyasiya instanisyası məhkəməsi Suraxanı rayon İcra və Probasiya şöbəsindən tələb edilmiş icra işinin materiallarına baxış keçirməklə müəyyən etmişdir ki, 4 saylı Bakı “***” mərkəzində notariat kontoru tərəfindən verilmiş 7-E/52410 saylı, 14.11.2015-ci il tarixli icra sənədi tələbkar İddiaçı ərizəsi əsasında 01.02.2018-ci il tarixli qərarla 4 saylı Bakı “***” mərkəzində notariat kontoruna qaytarılmışdır. Kollegiya bu hala istinad edərək, icra məmurunun icraatında hazırda icra qeydinin olmamasına əsaslanıb iddianın təmin edilmiş hissəsində qüvvədə saxlamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1.1, 6.1.4-cü maddələrinə əsasən məhkəmə qərarları əsasında verilən icra və rəqələri, notariusun icra qeydləri icra sənədi sayılırlar; 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi, məhkəmə qərarı əsasında çıxarılmış icra sənədi ilə eyni statusda olan icra qeydinin geri qaytarılması, onun ləğvini ehtiva etməyərək, gələcəkdə yenidən icra icraatına daxil olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.5- ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, kassasiya kollegiyasının gəldiyi qənaətə əsasən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 262, 391, 417.1.5, 418.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2 (103)-6007/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar