Məhkəmə qərarları › İş №2(102)-6387/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6387/2021

14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6387/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) 14.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə1 və vəkili Aslanov Pəhlivan Xəlil oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1357/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh oglu 11 iyun 2020-ci ildə saat 21 radələrində X2 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala-Kortala-Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat sürətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişinlərdən biri X2 həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

2. Həmin əməlinə görə Cavabdeh Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə nəqliyyat vasitələrini id arə etmək hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmlə müəyyən edilmişdir ki, hadisə nəticəsində mərhum X2 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulmuşdur və cəza təyini zamanı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı dəymiş 9000 manat ziyandan 7000 manatın ödənməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Zərərçəkmişin hüquqi varisi İddiaçı Cavabdeh 2000 manat maddi ziyanın ödənilməsi barədə mülki iddiası, dövlət rüsumu ödənilmədiyinə görə baxılmamış saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona vurd uğu 2000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 11 iyun 2020-ci ildə törətdiyi cinayət əməli nəticəsində onun mərhum oğlu Elçin Verdiyevə məxsus olan VAZ-21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyandan 7000 manat pulu ödəmiş, qalan 2000 manat ziyanı ödəməmişdir. Həmin maşın kreditlə alınmışdır. Kreditin faizinə görə ödədiyi məbləği belə tələb etmir.

5. Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barışmaq üçün verdiyi 7000 manat məbləğində pulun İddiaçı alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabde h barəsində istintaq aparılan dövrdə İddiaçı qəza nəticəsində tam yararsız hala düşmüş maşının 9000 manat dəyərini ödəyərsə onun Cavabdeh şikayətçi olmayacağını bildirmiş və bu məqsədlə ona 7000 manat pul ödənilmiş, qalan 2000 manatı da avqust ayının 25-də vermək barədə razılığa gəlmişlər. 7000 manat pulu alan müddətə kimi İddiaçı Cavabdeh şikayətçi olmamışdır. 2020-ci il avqust ayının 15-də isə İddiaçı Polis şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Hadisə 11 iyun 2020-ci il tarixdə baş vermişdir. İddiaçının məqsədi barışmaq yox, dolayısı ilə ondan pul qoparmaq olmuş, hətta Şəki Ağır Cinayətlər Məhkəməsində Vaqifə ən ağır cəza verilməsini tələb etmişdir. Buna görə də İddiaçı 2000 manat pulu ödəməkdən imtina etmişdir. Nümayəndə1 İddiaçı, onun qəza nəticəsində vəfat etmiş oğluna heç bir zərər vurmamışdır. O, 7000 manat pulu ona barışıq etməyə razı olduğu və şikayətçi olmaması üçün vermişdir. Onun maşınına vurulan zərərin ödənilməsi üçün verməmişdir. Ona görə də o, barışıq üçün, şikayətçi olmaması üçün İddiaçı verdiyi 7000 manatı ondan geri tələb edir. Digər halda isə Cavabdeh yararsız hala düşmüş maşını İddiaçı oğlu Verdiyev Elçinin razılığı və təkidi ilə idarə etmiş, nəticədə qəza törətmişdir. Həmin qəzanı yol-hərəkəti qaydasını qərəzli olaraq və ya qəsdən törətməmişdir.

7. Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(109)-400/2021 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) ilkin iddia təmin olunmuş, Cavabdeh maddi ziyana görə 2000 manatın, ödənilmiş dövlət rüsumu xərcinə görə 30 manatın, cəmi 2030 manatın alınıb İddiaçı verilməsi, Cavabdeh qarşılıqlı iddiasın ın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinə görə ödənmiş 30 manat dövlət rüsumu xərcinin Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin 11 iyun 2020-ci ildə X2 məxsus olan VAZ-21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol-nəqliyyat hadisəsi törətməklə avtomaşının əzilməsi nəticəsində 9000 manat maddi ziyan vurması və bu ziyandan 7000 manat pulu ödəməsi, 2000 manatı isə ödəməməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə sübut olunur.

9. Məhkəmə işin hallarını, Cavabdeh qanunsuz və təqsirli əməlləri nəticəsində İddiaçı hüquqi varisi olduğu mərhum X1 mülkiyyətində olan avtomaşına 9000 manat ziyan dəyməsini, həmin ziyanın 2000 manatının cavabdeh tərəfindən ödənm əməsini, Cavabdeh ziyana görə ödədiyi pulu geri tələb etməkdə haqlı olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh nümayəndəsi Nümayəndə1 həmin qətnamədən аpellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1357/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A. Əsədli və A.A.Mahmudov) аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiy a instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız hazırki mülki mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmayan məhkəmə hökmünə və avtoservis tərəfindən təqdim edilmiş arayışa istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Halbuki, ekspertiza təyin olunmaqla avtomaşına dəymiş ziyanın dəyərinin müəyyən edilməsi mümkün olsa da, apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertiza təyin etməmiş, əsassız olaraq dəymiş ziyanın 9.000 ma nat olması nəticəsinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 və vəkili Aslanov Pəhlivan Xəlil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respub likasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli oldu ğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgü zar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prose ssual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq o luna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir və aşağı instansiya məhkəmələri də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmişdir.

27. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmələr iddiaçının əmlakına zərər dəyməklə cavabdehin “delikt – müqavilədənkənar məsuliyyətinin yarandığı qəna ətinə gəlmişdir.

28. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

29. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, delik tə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

30. İş üzrə məhkəmələr tərəfindən işin halları bu dispozisiya şərtləri əsasında təhlil olunmuş və müəyyən edilmişdir ki, cavabdeh 11 iyun 2020-ci ildə X2 məxsus olan VAZ21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol-nəqliyyat hadisəsi törətməklə avtomaşının əzilməsi nəticəsində 9000 manat maddi ziyan vurmuşdur. Həmin əməlinə görə Cavabdeh oglu Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 8 il 6 ay müddətə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

31. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mülki mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmayan məhkəmə hökmünə və avtoservis tərəfindən təqdim edilmiş arayışa istinad etməsi barədə dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır.

32. Çünki Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

33. Məcəllənin bu normasının mənasına görə qanuni qüvvəyə minmiş hökmlə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti ilə bağlı müəyyən olunmuş faktlar, həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

34. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

35. Konstitusiya M əhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

36. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələn dirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

37. Göründüyü kimi məhkəmələrin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş faktlara əsaslanması qanuni olmuşdur.

38. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

39. Kassasiya şikayətlərində sadalanan digər dəlillər işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin h üquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1357/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar