Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-639/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil1, 3-cü şəxslər Cavabdeh3 və X14 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədov) xx.xx.2018-ci il tаrixli, 2(007)-*****/2018 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh1 qızının prosessual hüquqi varisi Cavabdeh2 Ağası oğluna qarşı “xx xxx 1919-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, 2(007)-*****/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi Cavabdeh1, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Yasamal rayon İcra Hakimiyyətinə, X9, X4, X6, X1, Cavabdeh3, X19, X5, Cavabdeh5 və Cavabdeh6 qarşı “xx xxx 1919-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ap arılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən müvafiq daşınmaz əmlaka dair bağlanmış xx xxx 1919-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx xxx 1919-cu il tarixdə X13 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxslər kimi Bakı şəhər İcra Hakimiyyətini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini və X10 da əlavə etməklə, ünvan1 ünvanında yerləşən müvafiq daşınmaz əmlaka dair bağlanmış xx xxx 1919-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edil məsi və onun əsasında xx xxx 1919-cu il tarixdə X13 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 hüquqi faktın müəyyən edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2014-cü il tarixli, 2(004)-*****/2014 nömrəli qətnaməsi ilə onun ərizəsi təmin edilərək, X13 19**-cü ildə ölməsinə dair ölümün qeyd edilmə faktının müəyyən edilməsi, Bakı şəhəri, ************* saylı fərdi evin mülkiyyətçisi olmuş X13 (Rüstəm oğlunun) Cavabdeh1 babası (a tası X2 ) olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsi, Cavabdeh1 *************** saylı evə dair mirası qəbul etmə faktının müəyyən edilməsi və qətnamənin X13 mülkiyyətində olmuş **************** saylı evin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 qızının adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. Həmin qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-*****/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh5 apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)-*****/2014 nömrəli qətnaməsi “Cavabdeh1 Bakı şəhəri, *************** saylı evə dair miras qəbul etmə faktının müəyyən edilməsi və qətnamə X13 mülkiyyətində olmuş Bakı şəhəri, ***************** saylı evin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 Məmmədrahim qızının adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi üçün əsasdır” hissəsində ləğv edilmiş və ərizəçi Cavabdeh1 ərizəsinin həmin hissədə baxılmamış saxlanılması qət edilmişdir. Bununla əlaqədar olaraq, aparılmış araşdırmalar nəticəsində və İdarənin mütəxəssisləri tərəfindən xx xxxxxx 2017-ci il tarixdə müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı sözügedən ünvanda yerləşən və Cavabdeh1 ona məxsus olduğunu iddia etdiyi 3 mərtəbəli yaşayış binasında yerləşən daşınmaz əmlakların İdarənin elektron kadastr baza məlumatlarında və arxiv əsaslarında müvafiq olaraq qeyriyaşayış sahələrinin ünvanının ************* və mənzillərin isə ev ünvanının “************* nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi məlum olmuşdur. Belə ki, Cavabdeh1 qeyd olunan daşınmaz əmlakların yerləşdiyi binanın onun babası X18 məxsus olduğunu iddia etsə də, sonradan aşkar edilmiş həlledici materiallar üzrə aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, ünvan1 ünvanında yerləşən müvafiq daşınmaz əmlak xx xxx 1919-cu il tarixdə (keçmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə) alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyata alınsa da, lakin 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ölkədə milliləşmə siyasəti həyata keçirilərkən sahibkarlara məxsus olan mal-mülklər 1921-ci ilin iyun ayına qədər Azərbaycan İnqilab Komitəsinin (Azrevkom) d aha sonra isə Azərbaycan SSR X21 və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə dövlət mülkiyyəti elan edilərək milliləşdirilmişdir. Həmçinin, həmin dövrdə X13 adına olan müvafiq daşınmaz əmlak da dövlət mülkiyyətinə daxil edilmiş və onun mülkiyyət hüququna faktiki olaraq xitam verilmişdir. Belə ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv əsaslarında müvafiq daşınmaz əmlaka dair X13 adına hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Cavabdeh1 məhkəməyə düzgün məlumat verməməklə və faktiki olaraq hüquqi qüvvəsi olmayan sənədlər təqdim etməklə həmin daşınmaz əmlaka dair öz xeyrinə qətnamə qəbul edilməsinə nail olmuşdur ki, bununla da adları kassasiya şikayətində qeyd edilmiş şəxslərin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bundan əlavə, ************** ünvanında yerləşə n yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abifdələrinin siyahısı”nda (3 nömrəli əlavə) inventar nömrəsi *****, tikilmə ili 1899-cu il olmaqla memarlıq abidəsi kimi qeydiyyata alınmışdır Bu səbəbdən də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi müvafiq mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində bununla bağlı vəsatət verilsə də, lakin əsassız olaraq təmin edilməmişdir. Məhkəmə qətnamələri onunla əsaslandırılmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə müvafiq müqavilənin məhkəməyə təqdim edilməsinin İdarənin imkanları xaricində olmasını nəzərə almamışdır. Belə ki, İdarə tərəfindən Azərbaycan Respublikasının Dövlət Arxivinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Dövlət notariat arxivinə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə müvafiq alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinin İdarəyə göndərilməsi barədə yazılı sorğular göndərilmiş, lakin cavab məktublarında müvafiq alqı-satqı müqaviləsinin arxivdə aşkar edilmədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia təmin edilməlidir. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunanları nəzər almamış, iddia tələbində qeyd olunan halları düzgün və ətraflı araşdırmamış və müvafiq qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə ə sasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilərək, ünvan 1 ünvanında yerləşən müvafiq daşınmaz əmlaka dair bağlanmış xx xxx 1919-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx xxx 1919-cu il tarixdə X13 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1 prosessual hüquqi varisi Cavabdeh2, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Yasamal rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin səlahiyyətli nümayəndələri, X16, X8, X11, X3, X7, Cavabdeh5, Cavabdeh6 və X17 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. 3-cü şəxslər Cavabdeh3 və X24 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş sоrğulara cavab məktublarından müəyyən olunur ki, R1 аdındа оlаn Bаkı şəhəri, ***************** sаylı ünvаnındа yеrləşən fərdi yаşаyış еvinə dаir sənədlər Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Bаkı şəhər Ərаzi İdаrəsinin аrхivində sахlаnılmаmış və 1919-cu ilə dаir аlqı-sаtqı sənədləri аrхivə dövlət mühаfizəsinə vеrilməmişdir. İddiаçı аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi və həmin аlqı-sаtq ı müqаviləsi əsаsındа аpаrılmış qеydiyyаtın ləğv еdilməsinə dаir tələbini əsаslаndırаn dəlilləri, bu bаrədə məhkəmə tərəfindən sübutlаrın təqdim оlunmаsı ilə bаğlı iddiа tərəfinə təklif vеrilməsinə bахmаyаrаq məhkəməyə təqdim еdə bilmədiyindən məhkəməyə təqdim olunmayan və bununla da mövcud olmayan аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi və həmin аlqı-sаtqı müqаviləsi əsаsındа аpаrılmış qеydiyyаtın ləğv еdilməsinə dаir iddiа tələbi təmin оlunmаmаlıdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti açıq-aşkar əsaslandırılmamış, iddiaçı birinci instansiya məhkəməsinə öz tələbini təsdiq edən heç bir sübut təqdim etməmiş, habelə apellyasiya şikayətində belə sübutlara istinad etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə r azılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə düzgün hüquqi mövqe nümayəniş etdirmişdir. Hazırda da kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmış, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsi ilə bağlı hər hansı hala istinad edilməmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İş materialları ilə də müəyyən olunur ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə apellyasiya inst ansiya məhkəməsinə tələbinin təsdiqi olan hər hansı sübutu təqdim edə bilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2 (103)-*****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-639/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-639/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver