Məhkəmə qərarları › İş №2(102)-639/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-639/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-639/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kim i saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2(006)-2516/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Bakı Apelyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 112.1.6-ci maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki mülki iş alimentin artırılması tələbi barədə olub, iki yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün əvvəlcə müəyyənləşdirilmiş aliment məbləği 308 manat olmuş, hazırki iş üzrə aliment məbləği artırılaraq iki yetkinlik yaşına çatmayan uşağı saxlanması üçün 386 (üç yüz səksən altı manat) müəyyənləşdirilmişdir. Belə olan təqdirdə MPM-in 112.1.6-cı maddəsinə müvafiq olaraq hesablanan iddianın qiyməti 936 (doqquz yüz otuz altı) ((386-308)x12=936) manat təşkil edir ki bu məbləğ də kassasiya şikayəti verilə bilməsi üçün MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-in 409-cu maddəsinin tələbinə baxmayaraq apelyyasiya instansiyası məhkəməsi MPM-in 402-ci maddəsinin tələbinə tam cavab verməyən kassasiya şikayətini işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə kassasiya instansiya məhkəməs i iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kasasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1.2, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6008/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mü mkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar