Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6397/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X5, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, vəkili X2, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)286/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.20 19-cu il tarixli, 2(004)-659/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Şirinov, F.Talışinski) xx.xx.2020-ci il tarixli, 2(103)-286/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-659/2019 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 onun mülkiyyətində olan mənzildə apardığı təmir işləri nəticəsində vurduğu maddi zərərə görə 5000 manat pulun, digər cavabdehlərdən isə hər birindən ayrıayrılıqda 1000 manatın, cəmi 8000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X1 şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı, İ qrup əlil İddiaçı məhkəmədə iddia qaldıraraq, onun üstündə yaşayan qonşusu, iş ü zrə Cavabdeh4 mülkiyyətində olan mənzildə aparılmış əsaslı təmir işləri nəticəsində vurulmuş maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı verilmiş iddia tələbi ilə bağlı məhkəməyə ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə çəkilmiş foto şəkilləri təqdim etmişdir. Həmin şəkillərdən də açıq-aydın göründüyü kimi, həqiqətən adı çəkilən ünvanda əsaslı təmir işləri aparılmışdır ki, nəticədə İddiaçı məxsus evdə qüsurlar əmələ gəlmişdir. Lakin iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri sübutsuz tərtib olunmuşdur. Belə ki, Fövqəladə Hallar Nazirliyinin və Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən mübahisəli mənzillərdə keçirilmiş baxış zamanı foto şəkillər çəkilmiş, lakin nədənsə rəylərə əlavə olunmamışdır. Ən ma raqlısı da odur ki, ekspert rəyləri verilən zamanı iddiaçının təqdim etdiyi və iş materiallarında olan və Cavabdeh4 evində əsaslı tikinti təmir işlərinin aparılmasını təsdiq edən foto şəkillər nəzərə alınmamışdır. Bundan əlavə iddiaçı yaranmış vəziyyətlə, yəni qonşunun evində əsaslı təmir işlərinin aparılması nəticəsində ona məxsus evin bərbad vəziyyətə düşməsi ilə əlaqədar dəfələrlə yaşadığı ərazi üzrə MKTB-nin rəisi Cavabdeh1 və digər əməkdaşları Cavabdeh2 Əbdürrəhman oğluna və Cavabdeh3 şikayət etmişdir. Göstərilən şəxslər tərəfindən hər iki mənzildə dəfələrlə baxış keçirilmişlər, lakin akt tərtib etməmişlər. Apelyasiya instansiya məhkəməsinin məhkəmə baxışı zamanı dindirilən Cavabdeh3 iddiaçının iddia ərizəsində qeyd olunan xüsusatları, yəni iddiaçının şikayəti üzrə mübahisəli hər iki mənzilə MTKBnin digər əməkdaşları ilə birlikdə baxış keçirilməsini etiraf etmişdir. Lakin həmin şəxslər də müvafiq akt tərtib etməmişlər və baxış keçirilən mənzillərin mövcud vəziyyətini əks etdirən foto şəkilləri çəksə də, onları gizlətmşlər. Buda onu deməyə əsas verir ki, MTKBnin və rəyləri vermiş Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları əsassız rəyin verilməsində maraqlı olmuşlar. Bundan başqa, ekspert rəyində iddiaçıya məxsus mənzilin 1-ci mərtəbədə yerləşdiyi qeyd olunsa da, faktiki olaraq ev binanın zirzəmisində yerləşir, həddindən artıq yüklənilib və istismar müddəti bitmişdir. Bu hal da Fövqəladə Hallar Nazirliyinin və Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən nəzərə almamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x x.xx.2020-ci il tarixli, 2(103)-286/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili X1 şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavab deh2 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması istiqamətində iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 26119 saylı ekspert rəyi ilə - ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə aparılmış təmir işləri ilə iddiaçıya məxsus 2 saylı mənzildə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olmaması, eyni zamanda 5 saylı mənzildə aparılmış təmir işləri nəticəsində iddiaçıya məxsus 2 saylı mənzilə ziyan dəyməməsi müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, vizual baxış zamanı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil mövcud 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, 2 saylı mənzil isə həmin bina nın 1-ci mərtəbəsində yerləşir. Cavabdeh4 məxsus 5 saylı və İddiaçı məxsus 2 saylı mənzilə baxış keçirilmiş, hər mənzilin planda yerləşməsinə və ölçülərinə görə eynitipli mənzillər olduğu müəyyən edilmişdir. Cavabdeh4 məxsus 5 saylı mənzildə konstruktiv dəyişikliklər aparılmadan təmir işləri (kosmetik) aparılmışdır. İddiaçı məxsus 2 saylı mənzilin uzunmüddətli təmirsiz istismarı səbəbindən arakəsmə divarlarının künc birləşmələrində kiçik ölçülü xarakterik (köhnə) çatlar, divarların daxili səthində suvaq qatlarının aşınması müşahidə edilmişdir. Göründüyü kimi, apelyasiya baxışı zamanı təyin olunmuş əlavə məhkəmə tikintitexniki ekspertizası və mütəxəssis rəyləri ilə də iddiaçının bildirdikləri öz təsdiqini tapmamış, əksinə ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus 5 saylı mənzildə aparılmı ş təmir işləri ilə iddiaçıya məxsus 2 saylı mənzildə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olmaması, eyni zamanda 5 saylı mənzildə aparılmış təmir işləri nəticəsində iddiaçıya məxsus 2 saylı mənzilə ziyan dəyməməsi müəyyən olunmuşdur. Eyni zamanda, ekspertiza tədqiqatı zamanı İddiaçı məxsus 2 saylı mənzilin uzunmüddətli təmirsiz istismarı səbəbindən arakəsmə divarlarının künc birləşmələrində kiçik ölçülü xarakterik (köhnə) çatlar, divarların daxili səthində suvaq qatlarının aşınması müşahidə edilmişdir. Halbuki, Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində ekspert və mütəxəssis rəylərinin əsassız olmasına dəlil kimi istinad etsə də, kasasiya yoxlaması zamanı da müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və rəy əldə edilmiş ekspertiza tədqiqatından əlavə, apelyasiya baxışı zamanı da məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş r əylə cavabdehlərin hər hansı təqsirli hərəkəti ilə iddiaçıya ziya dəyməsi müəyyən edilməmişdir. İddiaçı isə ekspert və mütəxəssis rəylərinin əsassızlığı barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə və yahər hansı sübuta istinad edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məh kəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-286/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəb
Məhkəmə qərarları › İş №2(102)-6397/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-6397/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver