Məhkəmə qərarları › İş №2(102)-6397/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6397/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6397/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Samsonovna və Datikoşvili (İfraimova) Anna Cumberovnaya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(103)1903/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" KB ASC və Cavabdeh1 tərəfi ndən verilmiş kassasiya şikayətləri üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.05.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21% hesablanmaqla 36 ay müddətinə 250.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2011ci il tarixli, 117BC/11 saylı əla və kredit müqaviləsinə 26.12.2014-cü il tarixli sazişə əsasən 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsinin müddəti 20 sentyabr 2019-cu il tarixə kimi, faizi məbləği - illik 20 % müəyyən edilmişdir. "xxxx" KB ASC ilə Cavabdeh1 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsinə 14.12.2015-ci il tarixli cazişə əsasən 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 7 ay güzəşt müddəti verilmiş, illik faiz dərəcəsi 18 % müəyyən edilmişdir.

2. İpoteka saxlayan "xxxx" KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 04 noyabr 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə 24 may 2010-cu il tarixli əlavə razılaşma əsasında 21.05.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit mü qaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn borcalanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. 04 noyabr 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə edilmiş 24.05.2010-cu il tarixli əlavə razılaşmaya dəyişikliklər edilməsi haqqında 26.11.2014-cü il tarixli sazişlə, tərəflər arasında bağlanmış 04.11.2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsi və ona edilmiş 24.05.2010-cu il tarixli əlavə razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş əsas kredit müqaviləsinin müddəti 21 may 2024-cü il tarixinədək uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin 21.05.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 206.285,79 ABŞ dolları əsas, 13.368,83 ABŞ dolları faiz olmaqla, cəmi 219.654,62 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzil inə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 20.12.2011ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 219.654,62 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzilinin ilkin satış qiymətinin 246.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri X1, X3, Datik aşvili (İfraimova) Anna Cumberovnanın və X2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(006)40/2018 nömrəli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia tələbi qismən təmin edilərək, 21.05.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 206.285,79 ABŞ dolları əsas borc, 13.368,83 ABŞ dolları faiz borcu, cəmi 219.654,62 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəf indən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manatın Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 351.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 219.654,62 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rü sumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manatın "xxxx" KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, X4, X5, Datikaşvili (İfraimova) Anna Cumberovna və X2 Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilindən çıxarılmaları, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üz rə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Borcalan onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ Cavabdeh1 qaytarılmalı, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər çıxarılmalıdır.

6. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilin ilkin satış qiyməti 351.000 manat müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 Samsonovna və Datikaşvili (İfraimova) Anna Cumberovna ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-40/2018 saylı iş üzrə 10 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(103)-1903/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(006)-40/2018 nömrəli qətnaməsinin Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilməsi, 21.05.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1, 145 manatın isə iddiaçı "xxxx" KB ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 9.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

10. Məhkəmə kolleg iyası hesab etmişdir ki, iş üzrə alınmış eyni məzmunlu ekspertiza rəyilərində müəyyən olunan borc məbləğini şübhə altına alacaq dəlillər olmadığından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(006)40/2018 nömrəli qətnaməsi Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilməli, 21.05.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

11. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan sübutlara, ekspert rəyi ilə qarşılıqlı şəkildə baxılmadığından, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından məhkəmə borc məbləğinin müəyyən edilməsində səhvə yol vermiş, iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmişdir. Ekspert, məhkəmənin ekspert qa rşısında qoyduğu suallara, iş materiallarına və iddia ərizəsinə lazımi diqqət yetirmədiyindən, hesablamalarını düzgün aparmamış və bununla da səhv nəticəyə gəlmişdir. Nəticədə borc məbləğinin hesablanmasında ciddi uyğunsuzluq yaranmış və rəydə olan borc məbləği real borc məbləğini əks etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız ekspertin rəyinə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti müdafiə etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

13. Belə ki, Ədliyyə Nazirliy i Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2020-ci il tarixli, 27590 saylı ekspert rəyindən aydın olur ki, ekspert məhkəmənin ekspert qarşısında qoyduğu suallara əhəmiyyət verməyərək heç bir sualı cavablandırmamış və əvvəlki ekspertin tərtib etdiyi 21.08.2019-cu il tarixli, 28718 saylı ekspert rəyini təxminən olduğu kimi köçürməklə kifayətlənmişdir. Məhkəmənin təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması barədə 14.10.2019-cu il tarixli qərardadının 1-ci sualı “İş materiallarında olan 20.12.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə həmin müqaviləyə dəyişikliklər edilməsi haqqında 14.12.2015-ci il tarixli Əlavə Saziş bağlanıldığı tarixədək, borclunun kreditora olan əsas, faiz və cərimə borcu hansı məbləğdə olmuşdur?” olduğu halda, ekspert bu suala əhəmiyyət vermə yərək, borcu 21.05.2015-ci ilədək hesablamışdır.

14. Ekspertiza təyin olunması barədə qərardadda 2-ci sual “20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 14.12.2015-ci il tarixli Əlavə Sazişin bağlanıldığı tarixə kapitallaşdırma məqsədi ilə faiz borcu ssuda hesabına keçirildikdə əsas borcun məbləği 206,286 ABŞ dolları təşkil edirmi və həmin məbləğə illik 18 % ilə faiz hesablandıqda borclunun etdiyi ödənişlər nəzərə alınmaqla 20.05.2016-cı il tarixə borclunun kreditora olan əsas, faiz və cərimə borcu hansı məbləğdə olmuşdur?” olduğu halda, ekspert suala əhəmiyyət verməmiş, heç bir cavab yazmamışdır.

15. Ekspertiza təyin olunması barədə qərardadda 3-cü sual “İş materiallarında olan 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqa viləsi, həmin müqaviləyə dəyişikliklər edilməsi haqqında 26.12.2014-cü il tarixli və 14.12.2015-ci il tarixli əlavə sazişlər və onların ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərinə əsasən 20.05.2016-cı il tarixədək hesablanmaqla, borclunun kreditora olan əsas, faiz və cərimə borcu hansı məbləğdə olmuşdur ?” olduğu halda, ekspert suala əhəmiyyət verməyərək heç bir cavab yazmamışdır.

16. Göründüyü kimi, ekspert əsassız olaraq 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlləri və əlavə sazişlər nəzərə alınmadan hesablama aparmış və nəticədə düzgün və dəqiq olmayan, eyni zamanda natamam rəy tərtib etmişdir.

17. Halbuki, tərəflərin razılığı ilə imzalanmış 117BC/11 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 14.12.2015-ci il tarixli Əlavə Sazişlə kredit üzrə illik faiz dərəcəsi 18%-ə endirilmiş və tərəflərin razılaşaraq imzaladığı ödəniş cədvəlindən də göründüyü kimi restruktizasiya ilə bağlı kapitallaşdırma məqsədi ilə faiz borcu ssuda hesabına keçirilmiş və artıq əsas məbləğ üzrə 189 761,36 ABŞ dolları məbləğində olan borcun üzərinə yığılmış faizlər əlavə olunaraq əsas kredit məbləğini təşkil etmiş və bu barədə əsas məbləğ üzrə borcun məbləği 14.12.2015-ci il tarixdən 206,286 ABŞ dolları məbləğində olmuş və buna dair tərəflərin razılaşaraq imzaladığı yeni ödəniş cədvəli tərtib olunmuşdur.

18. Lakin ekspert rəylərində iş materiallarında olan 14.12.2015-ci il tarixli əlavə saziş və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli üzrə əsas kredit məbləği üzrə borcun hansı səbəbdən 189 761,36 A BŞ dollarından 206 286,00 ABŞ dolları məbləğinə çevrilməsinə əhəmiyyət verilməmişdir. Hətta məhkəmənin qoyduğu suallar açıq-aydın qeyd olunduğu halda, əvvəlki ekspert tərəfindən də iş materiallarının düzgün və tam araşdırılmaması nəticəsində ekspert suala natamam cavab vermiş və 26.12.2014-cü il tarixli əlavə saziş üzrə müqavilə müddətinin sonu 20.09.2019-cu il olduğu halda ekspert əsassız olaraq hesablamalarını 21.05.2015-ci il tarixədək aparmaqla, (həmçinin hesabdan çıxarışda restruktizasiya üzrə ödənilmiş məbləği də əsassız olaraq əsas məbləğ üzrə borcdan silmişdir) mülki qanunvericiliklə müəyyən olunan və müqavilədə nəzərdə tutulan cəriməyə silinmiş məbləğləri də əsassız olaraq əsas və faiz borcuna hesablamaqla cox ciddi qüsur və nöqsana yol vermişdir. Halbuki, həm iş materiallarında o lan, həm də ekspertizanın keçirilməsi zamanı təqdim edilmiş hesabdan çıxarışlarda borclunun etdiyi bütün ödənişlərin tarixi, həmin ödənişlərin təyinatı üzrə necə və hansı qaydada silinməsi qaydası hesabdan çıxarışın 4-cü sütununda açıq-aydın qeyd olunmuşdur.

19. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddia tələblərinin təmin edilməsi hissəsində, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmas ı hissəsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Bununla yanaşı məhkəmənin qətnaməsində bu hissə ilə bağlı göstərilmiş dəlillər tamamilə işin hallarına uyğun deyildir. Məhkəmələr nəzərə almamışlar ki, qətnamə ilə tutma yönəldilən əmlak hələ 2004-cü ildə bank qarşısında ipoteka ilə yüklü edilmiş və 04 noyabr 2004-cü il tarixli ipoteka müqaviləsindən də göründüyü kimi ipoteka müqaviləsinin bağlanmasına əsas olan kredit məbləği 12 və 18 ay müddətinə verilmişdir. Məhkəmələr həmin kredit müqavilələrinə 24 may 2010-cu il tarixinə qədər, yəni 04 noyabr 2004-cü il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma bağlanana qədər xitam verilib-verilməməsini aydınlaşdırmamışlar. Halbuki, əgər 04 noyabr 2004-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən 24 may 2010-cu ilə qədər yerinə yetirilmişdirsə, bu həm 2004-cü il tarixli kredit müqavilələrinin, həm də müvafiq olaraq 04 noyabr 2004-cü il tarixli ipoteka müqaviləsinin xitamı deməkdir. Başqa sözlə 24 may 2010-cu il tarixdə 04 noyabr 2004-cü il tarixli ipoteka müqaviləsi artıq mövcud deyildi və həmin müqavilələrə xitam verilmişdir. Mövcud olmayan müqavilələrə isə hər-hansı bir əlavə razılaşma bağlamaq tamamilə qanunvericiliyin tələblərinə ziddir.

21. Cavabdeh1 kassasiya şikayətinə sonradan etdiyi əlavədə bildirmişdir ki, ona hesablanmış faizlər düzgün hesablanmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və va xtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutul muş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyı r. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə ya şayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsa sən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə borcun müəyyən olunmasına aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Məhkəmə kollegiyası iddiaçının borcun düzgün hesablanmaması barədə bu qərarın 12-18-ci paraqraflarında şərh olunan dəlilləri ilə razılaşır. Həqiqətən də tərəflər arasında 21.05.2010-cu il tarixli, 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 20.12.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 36 ay müddətinə müəyyən olunmuş öhdəliklər, 26.12.2014-cü il tarixli sazişlə 20 sentyabr 2019-cu il tarixədək uzadılmışdır. İddia tələbində tələb olunan borc məbləği iddiaçı tərəfindən 20.05.2016-cı il tarixədək hesablanmışdır. Ekspert isə, borcu kredit xətti üzrə müəyyən olunmuş müddətə - 21.05.2015-ci il tarixə müəyyən etmişdir.

33. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilərək, borcun 20.05.2016-cı il tarixə müəyyən olunması üçün təkrar ekspertiza təyin olunması barədə vəsatət verilmiş, məhkəmənin 14.10.2019-cu il tarixli qərardadı ilə həmin vəsatət təmin edilmişdir. Lakin ekspert 10.02.2020-ci il tarixli rəyində də əvvəlki rəyi eyni ilə təkrarlamaq la 21.05.2015-ci il tarixə olan borcu hesablamışdır.

34. İddiaçının nümayəndəsi bununla bağlı 13.03.2020-ci il tarixli əsaslandırılmış vəsatət verərək təkrar ekspertiza təyin olunmasını xahiş etmiş, ekspert qarşısında qoyulmalı olan sualları da göstərmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli protokolundan görünür ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatət vermiş, lakin məhkəmə vəsatəti rədd etmişdir. Məhkəmə kollegiyası vəsatətin rədd edilməsini “İş üzrə bir neçə dəfə ekspertiza təyin olunduğundan vəsatət əsassız hesab edilsin” kimi əsaslandırılmışdır.

36. Qətnamədə də ekspertiza təyin olunması barədə vəsatətin nəyə görə rədd olunmasından bəhs olunmamış, borcun 21.05.2015-ci il tarixə müəyyən edilməs i ilə iddiaçı tərəf razılaşmadığı və borcun 20.05.2016-cı il tarixə müəyyən olunması barədə məhkəmənin qərardadı ilə ekspertiza təyin olunduğu halda, ekspertin yenidən borcu 21.05.2015-ci il tarixə müəyyən etməsi ilə nəyə görə razılaşdığını əsaslandırmamışdır.

37. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

39. Buna görə də iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Həmçinin cavabdehin kassasiya şikayətində borcun hesablanması barədə dəlillərinin də araşdırılmasına ehtiyac vardır və cavabdehin kassasiya şikayəti yalnız bu hissədə (faizlərin hesablanmasına aid hissədə) təmin olunmalıdır.

40. Lakin cavabdehin kassasiya şikayətində göstərilən digər dəlillər (tutma yönəldilən əmlakın hələ 2004-cü ildə bank qarşısında ipoteka ilə yüklü edilməsi, 04 noyabr 2004-cü il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma bağlanana qədər əvvəlki öhdəliyə xitam verilib-verilməməsinin aydınlaşdırılmaması) əsassızdır. Çünki ipoteka predmetinin ipoteka qoyulması barədə müqavilə qüvvədədir və daşınmaz əmlak əvvəlki öhdəliklə yüklü olub-olmamasından asılı olmayaraq, tərəflərin razılaşması ilə indi ki öhdəliklə yüklü edilmişdir.

41. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. İşə yenidən baxılarkən cavabdehin kassasiya şikayətinin yalnız borcun faiz hissəsinə münasibətdə təmin olunması, ipotekaya aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olması nəzərə alınmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" KB ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(103)1903/2021 saylı qətnaməsi, borcun müəyyən edilməsinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar