Məhkəmə qərarları › İş №2(102)-640/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-640/2019

31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-640/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il şəhəri İş № 2(102)-640/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x1 vəkili Alışov Rahim Nüsrət oğlunun iştirakı ilə, cavabdeh x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1321/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddia tələbi təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 89577,95 ABŞ dolları məbləğində əsas borc, 21115,07 ABŞ dolları məbləğində faiz borcu, 4000 ABŞ dolları məbləğində cərimə, cəmi 114693,02 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının x1 və x3 müştərək qaydada alınaraq x2-yə ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 40 manat məbləğində xidmət haqqının x1 və x3 müştərək qaydada alınaraq x2-yə ödənilməsi, tələbin x1 mülkiyyətində olan ünvan 1 bağ evinə və x3 mülkiyyətində olan ünvan2 mənzilinə yönəldilməsi, ünvan 1 bağ evinin ilkin satış qiymətinin 85000 manat, ünvan2 mənzilinin ilkin satış qiymətinin 63000 manat məbləğində olmaqla açıq hərracdan satılma sı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən x2-yə olan borcun ödənilməsi, ünvan 1 bağ evinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra x1 həmin bağ evindən çıxarılması və bağ evinin boşaldılması, ünvan2 mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra x3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin x1 və x3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9200/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1321/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi cavabdeh x1 münasbətdə dəyişdirilmədə n saxlanılmışdır. Cavabdeh x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9200/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 x2 ilə bağladığı 18.11.2010-cu il tarixli 02L000007833 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 1000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə x1 x2 ilə bağladığı 27.05.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90000 ABŞ dolları məbləğində kredit götürmüşdür. x1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 29.12.2015-ci il tarixdən banka qaytarmamışdır. x1 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 90000 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. x1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.04.2017-ci il tarix ə 471 gün üçün hesablanmış faiz borcu 21314,51 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 13.04.2017-ci il tarixə 471 gün üçün hesablanmış cərimə 42390 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə x1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh x3 zaminlik müqaviləsinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu x1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəli klərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə x1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən x1 iddiaçı ilə bağladığı 18.11.2010-cu il tarixli 02M000000994 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində mülkiyyətində olan 1145 saylı bağ evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 4 №-li reyestr kitabının 482№-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 1 x1 mülkiyyətində olan 1145 saylı bağ evinin x1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün x2-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa kredit xətti müqav iləsi üzrə x1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən x3 iddiaçı ilə bağladığı 27.05.2015-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi əsasındaünvan 2 evdə mülkiyyətində olan 8 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 261 №-li reyestr kitabının 23435№-li vərəqində qeydiyyata alınmış və RX 0672832№-li çıxarışa əsasənünvan 2 evdə x3 mülkiyyətində olan 8 nömrəli mənzilinin x1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün x2-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan x2 tərəfindən cavabdeh-ipoteka verən x1 və x3na İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və birinci cavabdeh tərəfindən həmin bildiriş 25.03.2017-ci il tarixdə qəbul edilmiş, bildirişi x4 -nin kuryeri sonuncu şəxsin ünvanına çatdırmış və bu barədə akt tərtib etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışlar. İddiaçı x2 ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı ödəmişdir. Ona görə də cavabdehlərdən müştərək qaydada iddiaçı x2nin xeyrinə 90000 ABŞ dolları məbləğində kredit borcu, 21314,51 ABŞ dolları məbləğində faiz borcu və 42390 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 153704,51 ABŞ dolları, məbl əğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumlarının və 42 manat xidmət haqlarının tutulmasını, tələbin Bakı şəhəri, ünvan 1 ünvan 2 evdə x3 mülkiyyətində olan 8 nömrəli mənzilinə yönəldilməsini, həmin əmlakların açıq hərracdan satılmasını və cəmi 153704,51 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına x2-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kif ayət etmədikdə qalan məbləğin x1 və x3 müştərək qaydada tutulmasını, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində x1 mülkiyyətində olan 1145 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra x1 həmin evə istifadə hüququnun itirilməsini, onun həmin bağ evindən çıxarılması, həmin bağ evin boşaldılması və x2-nə təhvil verilməsini,ünvan 2 evdə x3 mülkiyyətində olan 8 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra x3 həmin mənzilə istifadə hüquqlarının itirilməsini, onların həmin mənzildən çıxarılmasını, həmin mənzilin boşaldılmasını və iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9200/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x1 vəkili Alışov Rahim Nüsrət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kol legiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı x2 ilə cavabdeh x1 arasında 02L000007833 saylı, 18.11.2010-cu il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, iddiaçı x2 ilə cavabdeh x1 oğlu arasında 02L000007833 saylı, 18.11.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 27.05.2015-ci il tarixdə kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,5% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 90000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh x3 bank arasında verilmiş k reditin təminatı kimi 19.11.2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, x2, ipoteka qoyan və borclu x1 arasında 18.11.2010-cu il tarixli kredit razılaşmasının təminatı kimi 18.11.2010-cu il tarixdə ünvan 1 bağ evinə dair 02M000000994 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, x1 mülkiyyətində olan ünvan 1 bağ evi x2-nin “Babək” filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, x2, ipoteka qoyan və x3 arasında 27.05.2015-ci il tarixli kredit razılaşmasının təminatı kimi 27.05.2015-ci il tarixdə ünvan 2 mənzilinə dair 02M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, x3 mülkiyyətin də olan ünvan 2 mənzili x2-nin “Babək” filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı x2 tərəfindən 12.01.2017-ci il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehlərə 13.03.2017-ci il tarixdə və 27.03.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmişdir. İş materiallarından görünür ki, bildirişlərinin qeydə alınmasına dair ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarından görünür ki, x1 27.05.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 90000 ABŞ dolları əsas borcu, 21314,5 1 ABŞ dolları faiz borcu, 42390 ABŞ dolları cərimə, cəmi 153704,51 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.07.2017-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi x5-yə həvalə olunmuş, x5-nin ünvan 1 bağ evinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0273/18/AB saylı, 23.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 85000 manat, ünvan 2 mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0272/18/AB saylı, 23.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 63000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kred itorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 42 5.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyət i nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı x2 ilə cavabdeh x1 arasında 02L000007833 saylı, 18.11.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 27.05.2015-ci il tarixdə kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,5% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 90000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı x2 həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh olan zamin iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətləri ilə bağlı gəldiyi nəticəni də haqlı hesab edir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 bağ evinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0273/18/AB saylı, 23.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 85000 manat, ünvan 2 mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 0272/18/AB saylı, 23.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 63000 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcada n heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar