Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-640/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: işə məhkəmədə baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6717/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə 19 faiz dərəcəsi ilə qaytarmaq şərti ilə 127.000 ABŞ dolları məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, borcalanın atası X3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-471/2017 saylı qətna məsi ilə “Bank VTB (Azərbaycan)” ASC-nin iddia tələbi qismən təmin edilərək 114.555,78 ABŞ dolları məbləğində borcun və digər məhkəmə xərclərinin İddiaçı və X1 tutulması, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 305.000 manat müəyyən edilməklə açıq hərracdan satış yolu ilə realizə edilməsi, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir.
3. Sözügedən qətnamədə yanlışlığın düzəldilməsi barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-471/20217 saylı qərardadı qəbul edilərək, qətnamənin nəticə hissəsinin 3-cü abzasının Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiymətini n 305.000 manat müəyyən edilməsi kimi oxunması qərara alınmışdır.
4. Bundan sonra ipoteka predmeti ilə bağlı ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmadığına görə xx.xx.2018-ci il tarixli "hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə” müqavilə bağlanılmaqla ipoteka predmeti 228.750 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir.
5. İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11976/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 375.000 manat müəyyən edilməsi qərara alınmışdır.
6. Həmin qətnamədən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-169/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
7. Həmçinin “icrada geri dönüş edilməsi” barədə İddiaçı ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-11976/2019 saylı qərardadı ilə Cavabdeh 31,08.2017-ci il tarixli qətnaməsinin icrasında geri dönüş edilmiş, fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək X2 mülkiyyətinə qaytarılmış, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11976/2019 saylı qətnaməsi icraya yönəldilmiş, ipoteka predmetinin satılması üçün ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, əmlak 281.25 0 manat qiymətlə banka təklif olunmuş və təklif bank tərəfindən qəbul edilmişdir.
8. Bundan sonra “Bank VTB (Azərbaycan)” ASC İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək illik 5 faiz hesabı ilə hesablanmış 12.468,64 ABŞ dolları məbləğində faizin tutulmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən “Bank \/TB (Azərbaycan)” ABC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6788/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının içra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il-tarixədək illik 5 faiz hesabı ilə hesablanmış 12.468,64 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə və 98 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1676/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı indiki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 12.4 68,64 ABŞ dolları və 98 manat dövlət rüsumu, hazırkı iddianın verilməsinə görə ödənilmiş 155 manat dövlət rüsumu və 1000 manat hüquqi yardıma görə ödənilmiş pulun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6788/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında İddiaçı tutulan 5 faiz zərər məbləği müqavilə müddəti bitdikdən məhkəmə qərarının icra edilməsi tarixinədək gecikmə müddəti üçün hesablanmış məbləğdir. Halbuki müqavilə müddəti bitdikdən sonra məhkəmə qərarı icra olunan tarixədək bankın borcunun ödənilməsinin gecikməsi məhkəmə səhvi nəticəsində baş vermişdir. Belə ki, göründüyü kimi kredit borcu İddiaçı tərəfindən ipoteka ilə təminat altına alınmış, nə o, nə də ki, ipoteka qoyan X4 tələbin ipoteka predmetinə yönəldilməsinə etiraz etməmiş, könüllü surətdə ipoteka predmeti banka təqdim edilmişdir. İşdən də göründüyü kimi, Cavabdeh 31,08.2017-ci il tarixli qətnaməsi əsasında ipoteka predmeti xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilərək məhkəmə qərarı tam şəkildə icra olunmuşdur. Yəni kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq artıq 3 ay əvvəldən xx.xx.2018-ci il tarixdə məhkəmə qərarı icra edilmişdir. Lakin Cavabdeh tutmanı ipoteka predmeti olan fərdi yaşayış evinə (altındakı 0,07 ha torpaq sahəsi ilə birlikdə) yönəltdiyi halda, səhvə yol verərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən torpaq sahəsinin qiymətini nəzərə almadığından İddiaçı apellyasiya şik ayəti vermək məcburiyyətində qalmış və apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilmiş və Cavabdeh buraxdığı məhkəmə səhvi aradan qaldırılmışdır. Cavabdeh səhvi apellyasiya instansiya məhkəməsi tərəfindən aradan qaldırılsa da, bu səhv məhkəmə qərarının yenidən icra edilməsinə, dolayısıyla ipoteka predmetinin bankın mülkiyyətinə verilməsinin, yəni kredit məbləğinin ödənilməsinin gecikməsinə səbəb olmuşdur. İşin hallarından da göründüyü kimi, əgər Cavabdeh səhvə yol verməsəydi, müqavilə müddəti bitmədən xx.xx.2018-ci il tarixdə məhkəmə qərarı icra olunaraq bankın borcu tam şəkildə bağlanmış olacaqdı. Nəticə etibarilə bu o deməkdir ki, kredit münasibətinin tərəfi olduğundan məhkəmə qərarı ilə illik 5 faiz gecikmə faizi olaraq 12.468,64 ABŞ dolları məbləğində pul İddiaçı tutulsa da, k redit borcunun ödənilməsi məhkəmə səhvinə görə gecikdiyindən İddiaçı banka ödədiyi 12.468,64 ABŞ dolları və 98 manat dövlət orqanı olan Cavabdeh yuxarıda qeyd olunan səhvi (qanuna zidd hərəkəti) nəticəsində iddiaçıya vurulmuş ziyan kimi qəbul edilməlidir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin əsası ondan ibarətdir ki, Yasamal Rayon Məhkəməsi 31 avqust 2017-ci il tarixli qətnaməni qəbul edərkən, ekspert rəyi ilə müəyyən edilmiş əmlakın ilkin satış qiymətini 375.000 manat müəyyən etsə idi, işin məhkəmələrdə baxılması uzan mayacaq, məhkəmə qətnaməsinin icrası yubanmayacaq və gecikdirilmiş müddət üçün iddiaçıya hesablanmış faiz məbləği yaranmayacaqdı.
5. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında üçpilləli məhkəmə hakimiyyəti fəaliyyət göstərir. Məhkəmənin mülki işlər üzrə qəbul etdiyi qərardad və qətnamələr tərəflərin şikayəti əsasında yuxarı instansiya məhkəməsi tərəfindən yenidən yoxlanılır. Qanunvericiliyin iş üzrə tərəflərə tanıdığı bu imkanın mahiyyəti ondan ibarətdir ki, tərəf məhkəmənin aktından narazı qalarsa, onu mübahisələndirə bilsin. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayarkən onun səlahiyyətlərindən biri də qətnaməni dəyişdirməkdir. İddiaçı ərizəsində birinci instansiya məhkəməsində işə baxılarkən Yasamal Rayon Məhkəməsi tərəfindən ekspert rəyi ilə ona məxsus torpaq sahəsinə qoyulmuş 70.000 manat qiymətin nəzərə alınmamasına istinad edir. Qanunun tələbindən də görünür ki, ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır və iş materiallarında olan sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi ilə torpaq sahəsi və üzərindən yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 375,000 manat müəyyən edilməsinə baxmayaraq, Yasamal Rayon Məhkəməsi işə baxılması nəticəsində əmlakın ilkin satış qiymətini 305,000 manat məbləğində müəyyən etmişdir. İş materiallarından da görünür ki, Yasamal Rayon Məhkəməsi qətnamə qəbul etdikdən sonra qətnamədə yanlışlığın düzəldilməsi barədə qərardad qəbul etmiş və həmin qərardadda qiyməti dəyişməmiş, sadəcə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının m ülkiyyətində olduğunu qeyd etmişdir. Bu isə o deməkdir ki, məhkəmə ilkin satış qiymətini müəyyən edərkən yanlışlığa yol verməmiş, sadəcə gəldiyi nəticəni qeyd etmişdir.
6. İddiaçının ərizəsində məhkəmənin əmlakın ilkin satış qiymətini düzgün müəyyən etməməyi ilə bağlı yekun olaraq məhkəmə qeyd etmişdir ki, məhkəmə daxili inamına və işdə olan digər sübutlara əsaslanaraq əmlakın ilkin satış qiymətini ekspert rəyində qeyd olunan məbləğdən fərqli müəyyən etmişdir və bu barədə məhkəmə müstəqildir. İddiaçı ərizəsində həmçinin məhkəmə aktının icrasının gecikdirilməsinin Yasamal Rayon Məhkəməsinin təqsiri nəticəsində baş verdiyini və bu səbəbdən gecikdirilmiş müddət üçün hesablanmış illik 5 % borcun yaranmasını qeyd edir. Lakin iş materiallarından görünür ki, iddiaçı özü birinci instansiya məhkəmə sinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman isə haqlı olaraq işə baxılması müddəti davam etmiş və sonda “Bank VTB”nin kassasiya şikayəti üzrə Ali Məhkəmə tərəfindən yekun qərar qəbul edilərək iş icraya yönəldilmişdir. Göründüyü kimi, işə baxılmasının birinci instansiya məhkəməsindən sonra yuxarı instansiya məhkəmələrində davam etdirilməsi ilkin olaraq iddiaçının vermiş olduğu apellyasiya şikayətinin davamında olmuşdur.
7. Birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qətnamənin yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilməsi yaxud ləğv edilməsi qanunvericiliklə məhkəmə hakimiyyətinə verilmiş səlahiyyətdir və hazırkı işdə bu hal məhkəmənin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması anlamına gələ bilməz.
8. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Hazırkı işdə isə bu halı təsdiqləyən heç bir dəlilə rast gəlinməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmənin mövqeyinə görə mübahisəli mülki işdə məhkəmə səhvi olmamışdır. Yəni, Yasamal Rayon Məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməməsi məhkəmə səhvi deyildir. Bunu isə məhkəmənin müstəqil olması və ekspert rəyini n məhkəmə üçün məcburi xarakter daşımaması ilə əlaqələndirmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, özü tərəfindən aradan qaldırıla bilən texniki yanlışlıqlar istisna olmaqla, məhkəmənin qətnaməsinin nəticə hissəsində yol verilən və yuxarı məhkəmələr tərəfindən aradan qaldırılan səhvlər məhkəmə səhvi hesab olunur. Hakimlərin müstəqil olması və ya ekspert rəyinin məhkəmə üçün məcburi xarakter daşımasının bu məsələyə heç bir təsiri yoxdur. Belə ki, hakimin müstəqilliyi onun öz mülahizəsinə əsasən düzgün olmayan (səhv) qərarı qəbul etmək səlahiyyəti kimi başa düşülməməlidir. Hakimlərin müstəqilliyi ədalət mühakiməsini həyata keçirən hakimə qanunsuz təsirin və kənar müdaxilənin yolverilməzliyini ehtiva edir. Hakimin müstəqilliyi onun qanunsuz qərar qəbul etmək imkanı demək deyildir. Əks inə, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi, işə baxan məhkəmə “məhkəmə səhvi” və “hakimin müstəqilliyi” anlayışlarını düzgün təfsir etməmiş və bu isə düzgün olmayan qərarın qəbul olunması ilə nəticələnmişdir. Burada ilkin olaraq müəyyən edilməli hal məhkəmə səhvinin olubolmamasıdır. Hazırkı işdə də Yasamal Rayon Məhkəməsinin özünün qətnaməsində səhvə yol verməsi işin mübahisəsiz halıdır. Yuxarı məhkəmə tərəfindən Yasamal Rayon Məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirməsi məhkəmə səhvinin düzəldilməsidir. Lakin işə baxan məhkəmə Yasamal Rayon Məhkəməsinin buraxdığı səhvi məhkəmə səhvi hesab etməmişdir. Bu işdə müəyyən edilməli olan digər hal isə, məhkəmə səhvi nəticəsində iddiaçıya zər ər dəyib-dəyməməsidir. İşdən də göründüyü kimi, Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən kobud səhvə yol vermişdir. Məhz bu məhkəmə səhvi isə məhkəmə qətnaməsinin icrasının yubanmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 305.000 manat müəyyən edilmiş, həmin qətnamə icra edilərək ipoteka predmeti ilkin satış qiyməti 305.000 manat olmaqla ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, ipoteka predmeti 228.750 manat qiyməti ilə xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilmiş və ipoteka predmetinin satışından əldə edilmiş vəsaitdən artıq qalan 8.859,63 manat məbləğ ipoteka qoyan Akif Şiriyevə ödənilməsi üçün Yasamal rayon İcra Şöbəsinin depozit h esabına köçürülmüşdür. Sonradan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ilkin satış qiyməti hissəsində mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh qətnaməsi ləğv edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 375.000 manat müəyyən edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə icrada dönüş edilməsi nəticəsində xx.xx.2018-ci il tarixli hərrac protokolu və müqavilə ləğv edilmiş, ipoteka predmeti Akif Şiriyevin mülkiyyətinə qaytarılmış, bundan sonra ipoteka predmeti 375.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılmış, hərraclar baş tutmamış və ipoteka predmeti 281.250 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Bununla da icra sənədi tam icra olunmuş, ipoteka pre dmetinin hərracdan realizə edilməsi nəticəsində banka olan bütün borc bağlanmış, qalan məbləğ, yəni 72.815,63 manat isə ipoteka qoyan - Akif Şiriyevin bankda açılmış hesabına köçürülməklə ona qaytarılmışdır. Göründüyü kimi, kredit borcu İddiaçı tərəfindən ipoteka ilə təminat altına alınmış, nə o, nə də ki, ipoteka qoyan X4 tələbin ipoteka predmetinə yönəldilməsinə etiraz etməmiş, könüllü surətdə ipoteka predmeti banka təqdim edilmişdir. İşdən də göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında ipoteka predmeti xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilərək məhkəmə qərarı tam şəkildə icra olunmuşdur. Yəni, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq artıq 3 ay əvvəldən xx.xx.2018-ci il tarixdə məhkəmə qərar ı icra edilmişdir. Lakin Cavabdeh tutmanı ipoteka predmeti olan fərdi yaşayış evinə (altındakı 0,07 ha torpaq sahəsi ilə birlikdə) yönəltdiyi halda, səhvə yol verərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən torpaq sahəsinin qiymətini nəzərə almadığından İddiaçı apellyasiya şikayəti vermək məcburiyyətində qalmış və apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilmiş və Cavabdeh buraxdığı məhkəmə səhvi aradan qaldırılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6717/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tari xli qətnaməsi ləğv edilmiş və iş məhkəmədə baxılmalı olmadığına görə hazırkı mülki iş üzrə icraata xitam verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə məhkəmə qaydasında baxılmalı olmayan hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
13. Əvvəla ona görə ki, Cavabdehnə qarşı yolverilməz iddia ilə məhkəməyə müraciət edilə bilməzdi. Düzdü, Cavabdeh bir hüquqi şəxs olaraq ədalət mühakiməsindən kənar hansısa iddia üzrə iddiaya cavab verməli olan şəxs ola bilər (MPM. 44.2.4). Məsələn, Cavabdeh mülkiyyətində olan avtomobillə vurulmuş zərərlə bağlı, əmək müb ahisələri zamanı cavabdeh işəgötürən kimi və s.
14. Lakin məhkəmə hakimiyyətinin subyekti olaraq məhkəmələr bilavasitə həyata keçirdikləri peşə fəaliyyəti, yəni ədalət mühakiməsi ilə əlaqədar onlara qarşı hansısa iddia üzrə işə məhkəmə qaydasında baxılması yolverilməzdir. Çünki məhkəmələrin icraatında olan yüz minlərlə işlər üzrə istər-istəməz tərəflərdən ən azı biri məhkəmə aktından haqlı olsa da, olmasa da narazı qala bilir.
15. Bu cür vəziyyətdə məhkəmə aktından narazı qalan tərəfin, məhz narazı olduğu bu hallara görə məhkəmənin özünə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi isə məhkəmə hakimiyyətinin fəaliyyətinə inamsızlığı və güvənsizliyi təbliğ və təşviq etmiş olur.
16. Hətta Mülki Məcəllənin 1101-ci maddəsinin tələblərinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin (MM.1101.3). Göründüyü kimi, bu cür hallarda da, yəni hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirildiyi halda belə iddialar konkret hansısa məhkəməyə yaxud hakimə qarşı deyil, Azərbaycan Respublikasına qarşı irəli sürülür.
17. Birinci instansiya məhkəməsinin məhkəmə qaydasında baxılmalı olmayan işi icraata götürüb mahiyyəti üzərə baxaraq iddianı rədd etməsindən belə məna hasil olur ki, bu cür iddia nəzəri cəhətdən təmin edilə də bilər. Bu cür vəziyyət isə məhkəmə hakimiyyətinin fəaliyyətində bir xaos yaratmış olar. Yəni, hansısa məhkəmə aktından “narazı” olan istənilən şəxs həmin aktı qəbul etmiş məhkəməni n yaxud hakimin özünə qarşı bu cür yolverilməz iddialarla ayrı-ayrı məhkəmələrə müraciət edə bilər. Nəticədə həm məhkəmə hakimiyyətinin nüfuzuna və fəaliyyətinə kölgə yaranar, həm də əsassız və lüzümsuz çoxsaylı iddialar ortaya çıxar.
18. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
19. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamil ə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
20. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
21. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1963/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və məhkəmədə baxılmalı olmadığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qərardadın ləğv edilməsi xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməsinə baxmayaraq, qərardadda iddiaçının ona vurulmuş zərəri kompensasiya etməsi üçün hara müraciət etməli olmasını, pozulmuş hüquqlarını hansı qaydada bərpa edə biləcəyini göstərməmişdir. Bu da bir daha onun göstərir ki, hazırkı iddia məhz məhkəməyə qarşı verilməli iddiadır. Apellyasiya məhkəməsi əks mövqedən yanaşaraq nəzərə almamışdır ki, əslində məhkəmə səhvinə görə məhkəməyə qarşı iddiaların yolverilənliyi deyil, yolverilməzliyi məhkəmə hakimiyyətinə, hətta hüquqi dövlət olan Azərbaycan Respublikası nın hüquq sisteminə münasibətdə etimadın və güvənin sarsılmasına səbəb ola bilər. Apellyasiya instansiya məhkəməsi ədalət mühakiməsi ilə əlaqədar məhkəmələrə qarşı hansısa iddia üzrə işə məhkəmə qaydasında baxılmasının yolverilməzliyini göstərsə də, bu zaman hər hansı maddi hüquq normasına istinad etməmiş və nəyə əsasən belə bir qənaətə gəlməsinin hüquqi əsaslarını açıqlamamışdır b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 60, İ və İV hissə. kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkə tsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “Məhkəmələr və hakimlər haqqında” Qanun
27. Maddə
101. Hakimlərin toxunulmazlığı Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 153.2.1. Hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir
31. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qayd asında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
32. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı ka ssasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
39. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
40. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
42. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğ vinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
43. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bəziləri MPM-nin 153 və 261-ci maddələrində nəzərdə tutulmuşdur.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir.
45. Bu cür iddialar icraata qəbul edildiyi halda isə, MPM-nin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraat ı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilir.
46. Həmçinin qeyd olunmalıdır ki, icraata xitam verilməsi üçün əsasların olubolmamasının yoxlanılması apelyasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.
47. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iş üzrə icraata xitam verilməsi üçün əsasların olub olmadığını araşdıraraq müəyyən etmişdir ki, verilmiş iddia tələbinə məhkəmədə baxılmalı deyildir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh bir hüquqi şəxs olaraq ədalət mühakiməsindən kənar hansısa iddia üzrə iddiaya cavab verməli olan şəxs ola bilər (MPM. 44.2.4). Məsələn, Cavabdeh mülkiyyətində olan avtomobillə vurulmuş zərərlə bağlı, əmək mübahisələri zamanı cavabdeh işəgötürən kimi və s. Lakin məhkəmə hakimiyyətinin subyekti olaraq məhkəmələr bilavasitə həyata keçirdikləri peşə fəaliyyəti, yəni ədalət mühakiməsi ilə əlaqədar onlara qarşı hansısa iddia üzrə işə məhkəmə qaydasında baxılması yolverilməzdir. Hətta Mülki Məcəllənin 1101-ci maddəsinin tələblərinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin (MM.1101.3). Bu cür hallarda da, yəni hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirildiyi halda belə iddialar konkret hansısa məhkəməyə yaxud hakimə qarşı deyil, Azərbaycan Respublikasına qarşı irəli sürülür.
48. Məhk əmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
49. Çünki ədalət mühakiməsinin üst səviyyədə təmin olunduğu hallarda belə məhkəmə səhvlərinin baş verməsi istisna olunmur. Lakin hər bir halda məhkəmə fəaliyyətinin obyektivliyi və ədalətliyini təmin edən təməl prinsiplərdən biri olan hakimlərin toxunulmazlığı prinsipi, məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlərin öz xüsusi əmlakları ilə məsuliyyət daşımasını, habelə bilavasitə məhkəmələrin cavabdehliyini istisna edir. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.
50. Mülki prosessual qanunvericilik iddiaya cavab verməli olmayan cavabdehə qarşı iddia qaldırıldığı halda cavabdehin əvəz olunma sı qaydalarını müəyyən edir. Lakin məhkəmə səhvinə görə məhkəməyə qarşı verilən iddia, ədalət mühakiməsinin təməl prinsiplərinə aşıq-aşkar zidd olduğuna görə icraatın mümkünlüyü mərhələsində, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
51. MPM-nin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib,... bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
52. MPM-nin 387.2.8-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının lğv olunması üçün əsaslardan biridir.
53. Kassatorun “apellyasiya instansiya məhkəməsi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməsinə baxmayaraq, qərardadda iddiaçının ona vurulmuş zərəri kompensasiya etməsi üçün hara müraciət etməli olmasını, pozulmuş hüquqlarını hansı qaydada bərpa edə biləcəyini göstərməmişdir” dəlili əsasszıdır. Çünki apelyasiya instansiyası məhkəməsi Göründüyü kimi, bu cür hallarda da, yəni hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə qətnaməsinin əsaslandırıcı hissəsində aydın şəkildə göstərilmişdir ki, belə iddialar konkret hansısa məhkəməyə yaxud hakimə qarşı deyil, Azərbaycan Respublikasına qarşı irəli sürülür.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6717/2024 nömrəli 16 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.