Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6402/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı; Cavabdeh2, Cavabdeh3un, Cavabdeh4 və X2 İddiaçı ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilməsi, zaminliyə xitam, ipoteka müqaviləsinin bağlanmamış sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5175/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, 29 noyabr 2013-cü il tarixədək 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,6667 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 25R000001319S saylı sazişinə əsasən, kreditin müddəti 05 yanvar 2018-ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000001319SA saylı sazişinə isə əsasən, 01 fevral 2021-ci il tarixədək uzadılmışdır. 4. 14 fevral 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,6667 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 25R000001734S saylı sazişinə əsasən, kreditin müddəti 16 iyul 2018-ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000001734SA saylı sazişinə isə əsasən, faiz dərəcəsi 02 mart 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti 04 yanvar 2021-ci i l tarixədək uzadılmışdır. 6. 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,5 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
7. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 25R000003529S saylı sazişinə əsasən, kreditin müddəti 28 avqust 2017-ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000003529SA saylı sazişinə isə əsasən, faiz dərəcəsi 02 mart 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti 01 fevral 2021-ci il tarixədək uzadılmışdır.
8. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, Cavabdeh3, habelə Cavabdeh4 arasında 05 dekabr 2013-cü il tarixl i və 13 fevral 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 9. 29 noyabr 2013-cü il tarixli, 25M000000212 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi 7-də çoxmərtəbəli binada yerləşən, 67,1 m2 ümumi, 47,2 m2 yaşayış, 19,9 m2 yardımçı sahədən ibarət, 3 otaqlı 20 saylı mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. Həmin müqavilənin 2.4-cü bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 63.144,20 manat məbləğində qiymətləndirilir.
10. Cavabdeh1 13 fevral 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqaviləsinə əsasən, Bərdə rayonu, Mustafağalı kəndində 0,14 hektar torpaq sahəsində yerləşən 217,3 m2 ümumi, 86,2 m2 yaşayış, 131,1 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 3 o taqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğulara – Liter B: 102,8 m2 sahədən ibarət Təs-Damını ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. Daşınmaz əmlakın dövlət reyestrində sözügedən yaşayış evi Cavabdeh1 fərdi mülkiyyəti kimi, torpaq sahəsi isə onun, habelə Cavabdeh4, Cavabdeh3 və X2 hər birinin ¼ payla ümumi mülkiyyəti kimi qeydə alınmışdır. İpoteka müqaviləsinin 2.4-cü bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 21.963,20 manat məbləğində qiymətləndirilir.
11. Buna baxmayaraq, cavabdehlər borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi ha qqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
12. Bank 22.07.2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada bankın xeyrinə 25R000001319 saylı kredit razılaşması üzrə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 33091 ABŞ dolları cərimə borcu olmaqla cəmi 79433,61 ABŞ dolları, 25R000001734 saylı kredit razılaşması üzrə 17408,94 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 18007,21 ABŞ dolları cərimə borcu olmaqla cəmi 43694,35 ABŞ dolları, 25R000003529 saylı kredit razılaşması üzrə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz və 43014,6 ABŞ dolları cərimə borcu olmaqla cəmi 103845,33 ABŞ dolları, 3 kredit razılaşması üzrə ümumilikdə 226973,29 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 7 nömrəli evin 20 saylı mənzilinə və Bərdə rayonu Mustafağalı kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X2 paylı mülkiyyətində olan 0,14 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə (fərdi yaşayış evinin göstəriciləri 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 217,3 kvm.et r, Liter B-də 1 mərtəbəli, 102,8 kv.metr olan Təs*-damı) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
14. İddiaçı QSC işin yuxarıda qeyd edilən faktiki hallarına (§ 1-11) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqavilələri üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən 1-ci müqavilə üzrə 31825,73 ABŞ dolları əsas, 14516,88 ABŞ dolları faiz, 33091 ABŞ dollar ı cərimə borcu olmaqla cəmi 79433,61 ABŞ dolları, 2-ci müqavilə üzrə 17408,94 ABŞ dolları əsas, 8278,2 ABŞ dolları faiz, 18007,21 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 43694,35 ABŞ dolları, 3-cü müqavilə üzrə isə 40916,58 ABŞ dolları əsas, 19914,15 ABŞ dolları faiz, 43014,6 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 103845,33 ABŞ dolları, hər 3 kredit razılaşması üzrə cəmi 226973,29 ABŞ dolları məbləğində borcu yaranmışdır.
15. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2013cü il tarixli 25L000000817 saylı kredit xətti müqaviləsinin təminat üsulu kimi bank ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002110 saylı, Cavabdeh4 ilə bank ara sında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002109 saylı, Cavabdeh2 ilə bank arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli 25S000001628 saylı zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərə xitam verilməsi, Cavabdeh2 ilə bank arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25M000000212 saylı, Cavabdeh3, Cavabdeh4 və X4 ilə bağlanmış 13 fevral 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Cavabdeh1 nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəməyə ərizə göndərərək iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, həmçinin birinci instansiya məhkəməsinin iclasında ilk iddianı qəbul etməyərək bildirmişdir ki, bank tərəfindən borc məbləği əsassız şişirdilmiş, ipoteka predmeti olan əmlaklar real dəyərindən aşağı qiymətləndirilmişdir. Bundan başqa, kredit razılaşmalarının şərtlərinə müxtəlif tarixli sazişlərlə dəyişikliklər edilərək kreditin müddəti zaminlərin məlumatları olmadan uzadılmışdır ki, bu, yolverilməzdir. Belə ki, zaminlik müqavilələri kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi hesab edilən kredit razılaşlamarına şamil edilmişdir. Belə olan halda isə zaminlərə qarşı iddia müddəti bank tərəfindən buraxılmış hesab edilməlidir. Digər tərəfdən, bankla cavabdehlər arasında bağlanmış ipoteka müqavilələri də etibarsız hesab edilməlidir, belə ki, qanunun tələblərinə əsasən, ipoteka müqaviləsində ipoteka müqavilələri kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, kredit xətti müqaviləsində isə kreditin məbləği, müddəti, faiz də rəcəsi, valyutası və s. kimi mühüm şərtlər yetərli dərəcədə aydın göstərilməmişdir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Ona görə də, müqavilə şərtləri aydın ifadə olunmalıdır. Bağlanmış ipoteka müqavilələrində kredit xətti müqaviləsində nəzərdə tutulmuş kredit faizləri, öhdəliklərinin hissə- hissə icra olunması, ipoteka müqaviləsinə müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməmişdir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb borc məbləğlərinin məhkəmə tərəfindən dəqiqləşdirilərək Cavabdeh1 tutulması, zaminlik müqavilələrinə xitam verilməsi və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17. “Legal Prime” Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 10.03.2020-ci il tarixli, LP-035/20 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 7 saylı evin 20 saylı mənzilin likvid dəyəri 34000 manat təşkil edir. 18. “Legal Prime” Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 10.03.2020-ci il tarixli, LP-036/20 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mustafağalı kəndində 0,14 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 217.3 kv.m. olan fərdi yaşayış evinin ilkin satış (likvid) dəyəri 102.000 manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasına dair 10 mart 2020-ci il tarixli, 2807 saylı rəyi ilə müəyyən edilmişdir ki, 05 dekabr 2013-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən 15 may 2019-cu il tarixdə əsas borc 32872,52 ABŞ dolları, faiz borcu 17678,11 ABŞ dolları, cərimə borcu 4089,8 ABŞ dolları; 14 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən 15 may 2019-cu il tarixdə əsas borc 17408,71 ABŞ dolları, faiz borcu 10357,85 ABŞ dolları, cərimə borcu 2217,89 ABŞ dolları; 27 avqust 2014-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstəril ən 15 may 2019-cu il tarixə əsas borc 43268 ABŞ dolları, faiz borcu 20943,44 ABŞ dolları, cərimə borcu 5193,70 ABŞ dolları təşkil edir. 20. “MBA LTD” Qiymətləndirmə şirkətinin 17.11.2020-ci il tarixli, MB 13/1174 saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 7 saylı evin 20 saylı mənzilin 17.11.2020-ci il tarixinə hesablanmış likvid dəyəri 108000 manat, Bərdə rayonu Mustafağalı kəndində yerləşən 217.3 kv.m. ümumi sahəyə malik olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 17.11.2020-ci il tarixinə hesablanmış likvid dəyəri 45000 manat təşkil edir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Mustafayev) 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının q ismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsi üzrə 31.825,73 ABŞ dolları əsas, 14.516,88 ABŞ dolları faiz, 4.089,8 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50.432,41 ABŞ dolları; 14 fevral 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşması üzrə 17.408,71 ABŞ dolları əsas, 8.278,2 ABŞ dolları faiz, 2.217,89 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 27.904,8 ABŞ dolları; 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə isə 40.916,58 ABŞ dolları əsas, 19.914,15 ABŞ dolları faiz, 5.193,7 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 66.024,43 ABŞ dolları olmaqla hər 3 kredit razılaşması üzrə ümumilikdə 144.361,64 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anın da Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25L000000817 saylı kredit xətti müqaviləsinin təminat üsulu kimi AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002110 saylı, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002109 saylı, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli 25S000001628 saylı zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərə xitam verilməsi, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25M00000 0212 saylı, Cavabdeh3, Cavabdeh4 və X4 ilə bağlanmış 13 fevral 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilk iddia üzrə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsinin Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 45 manat məbləğində hissəsinin İddiaçı QSC-dən, 75 manat məbləğində hissəsinin isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkə zinin hesabına keçirilməsi qət edilmişdir.
22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 05 dekabr 2013-cü il tarixli kredit razılaşması (birinci razılaşma) üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia tələbində həmin razılaşma üzrə göstərilmiş əsas və faiz borcunun məbləğindən çoxdur. Bu hal 27 avqust 2014-cü il tarixli kredit razılaşması (üçüncü razılaşma) üzrə borc məbləğlərində də müşahidə olunur. Yalnız 14 fevral 2014-cü il tarixli kredit razılaşması (ikinci razılaşma) üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddia tələbində göstərilən məbləğdən azlıq təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, iddianın birinci və üçüncü razılaşmalar üzrə əsas və faiz borcuna, ikinci razılaşma üzrə isə yalnız faiz borcuna münasibətdə iddia tələbinə uy ğun təmin olunmasında tələbdən kənara çıxma halı mövcud deyildir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə 01 mart 2016-cı il tarixli, 25R000003529SA saylı sazişin bağlanmasından zamin Cavabdeh2 məlumatlı olmasını, hətta razılaşmaya imza etməsini bildirsə də, təqdim olunmuş razılaşma nəzərdən keçirilərkən məlum olmuşdur ki, 02 mart 2016-cı il tarixdə, yəni razılaşmadan 1 gün sonrakı tarixdə tərtib olunmuş ödəniş planı 12 may 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən imzalanmışdır. Bu isə onu göstərir ki, bank ilə əsas borclu arasında razılaşma imzalanarkən zamin Cavabdeh2 razılığı əldə olunmamışdır. Beləliklə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və kredit ra zılaşmaları üzrə Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı məsuliyyəti öz üzərilərinə götürsələr də, həmin kredit razılaşmalarına sonradan bank və Cavabdeh1 tərəfindən imzalanmış müxtəlif tarixli sazişlərlə dəyişiklik edilməsi barədə onların razılığı müəyyən edilməmişdir. Buna görə də, kredit razılaşmalarında dəyişiklik edilməsinə dair bankla Cavabdeh1 arasında imzalanmış sazişlərdə göstərilən şərtlər zaminlərə tətbiq olunmamalı, zaminlərin öhdəlikləri kredit razılaşmalarının müddətlərinin bitdiyi tarixədək müəyyən olunmalıdır. Belə olan halda, 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsi üzrə öhdəliklərin icra vaxtı zaminlərə münasibətdə 05 dekabr 2016-cı il tarixdə, 14 fevral 2014cü il tarixli, 25R000001734 saylı kredit razılaşması müqaviləsi üzrə öhdəli klərin icra vaxtı 14 fevral 2017-ci il tarixdə, 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması müqaviləsi üzrə öhdəliklərin icra vaxtı isə 27 avqust 2017-ci il tarixdə bitməsi nəzərə alınmaqla bankın zaminlərə qarşı iddia müddəti ən geci 27 avqust 2018-ci il tarixədək müəyyən edilir. Kreditor hazırki iddia ərizəsi ilə məhkəməyə 22 iyul 2019-cu il tarixdə müraciət etdiyindən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25S000001628 saylı, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014- cü il tarixli, 25S000002110 saylı və İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli, 25S000002109 saylı zaminlik müqavilələrinə xitam verilməli, iddia borcun tutulması hissəsində onlara münasibətdə rədd edilməlidir. İpo teka müqavilələrində əsas öhdəliyin mahiyyəti aydın göstərilməli olduğu halda İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli, 25M000000212 saylı, eləcə də İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X4 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqavilələrində Cavabdeh1 bank tərəfindən ayrılmış kredit xəttinin ümumi məbləği və müddəti göstərilmiş, verilmiş kreditin konkret məbləği, faizləri və ödəniş qaydası konkretləşdirilməmiş, bank ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmaları və həmin razılaşmalara dəyişiklik edilməsinə dair sazişlər “ipoteka qoyan”lar tərəfindən razılaşdırılmamış, onların prosessual iştirakları təmin edilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, sözügedən ipoteka müqaviləl əri etibarsız hesab edilməli, beləliklə, ilk iddia tələbin ipoteka predmetinə yönəldilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi hissəsində rədd, qarşılıqlı iddia isə bu və zaminlik müqavilələrinə xitam verilməsi hissəsində, beləliklə tam təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 16 iyun 2021-ci il tarixli, 2(103)-5175/21 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ipoteka müqavilələrini etibarsız hesab edərkən, kredit xətti müqaviləsində yalnız ümumi məbləğ və müddətin göstərildiyini, verilmiş kreditin məbləği, faizləri və ödəniş qaydasının konkretləşdirilmədiyini, bank ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmaları və həmin razılaşmalara dəyişiklik edilməsi barədə sazişlərin ipoteka qoyanlar tərəfind ən razılaşdırılmadığını, onların prosessual iştiraklarının təmin edilmədiyi göstərmişdir. Məhkəmə tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1. 10.5-cı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şənlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi hal da, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. İşə baxan məhkəmələr kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə ipoteka qoyanların ödəniş planları ilə tanış olması, verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi və valyutası haqqında məlumatlı olmasını nəzərə almamış, əsassız olaraq ipoteka müqavilələrinin etibarsız hesab edilməsi qənaətinə gəlmişlər. İş üzrə zamin və ipoteka qoyan Cavabdeh2 kredit razılaşmalarına dəyişiklik edilməsi barədə sazişləri 12.05.2016-cı il tarixdə imzalayaraq, sazişlərdə müəyyən edilmiş şərtlərlə bağlı razılığını ifadə etmiş, verilmiş kreditlərinin müddəti, məbləği, valyutası və faiz dərəcəsi ilə tanış olmuş, başqa sözlə onları bəyənmişdir. Kredit razılaşmasına dəyişiklik edilməsi barədə sazişlərin ayrılmaz tərkib hissəsi olan ödəniş planlarının zamin və ipoteka qoyan Cavabdeh2 tərəfindən imzalanmış nüxsələrinin notarial qaydada təsdiq edilmiş surətləri işə baxan birinci instansiya məhkəməsinə təqdim edilsə də, nə birinci instansiya məhkəməsi nə də apelyasiya məhkəməsi həmin ödəniş planlarına düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa Bərdə rayonunda yerləşən ipoteka predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1dur. Məhkəmə həmin əmlakla bağlı ipoteka müqaviləsini etibarsız hesab edərkən torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin mülkiyyətçisinin həm də kredit müqaviləsi üzrə əsas borclu olmasını halını nəzərə almamışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 29.11.2013-cü il tarixində bağlanmış 25L000000817 saylı kredit xətti müqaviləsinə əsasən so nuncuya 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Donan məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə 13.02.2014-cü il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər İddiaçı QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın raz ılığı alınmalıdır. Hazırki iş üzrə kredit razılaşmaları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan bankların faiz nəzərdə tutulmamaqla kredit verməsi ağlabatan hesab edilmədiyi kimi kredit xətti müqaviləsində də faiz dərəcəsinin göstərilməməsinə görə zaminin kredit məbləğinin faizsiz veriləcəyini ehtimal etməsi və bu şərtlə öhdəliyə zamin durması kimi qiymətləndirilməməlidir. Yəni zaminlər kreditor bank tərəfindən kredit məbləğinin-,faizlə veriləcəyini bilmiş, bunu nla razılaşaraq öz iradə ifadəsi əsasında zaminlik müqaviləsini bağlamışlar. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, isə baxan məhkəmələr işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, aydınlaşdırılmış hallara isə düzgün qiymət verilməmiş və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərərək etirazı belə əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi birgə nikahda olarkən əldə edilmiş ümumi birgə əmlak kimi ipoteka ilə yüklü edilən zaman həyat yoldaşı Cavabdeh4 notarial qaydada təsdiq edilmiş razılığı alınmamışdır. İpoteka müqaviləsinin 13 f evral 2014-cü il tarixdə Bərdə regional “Asan” Xidmət Mərkəzində notariat ofisində reyestrdə 3M-89 nömrə ilə təsdiq edilməsinə dair notariat işinə belə razılıq ərizəsi əlavə edilməmişdir (cild 1). Mülki işə Cavabdeh4 adından tərtib edildiyi göstərilən yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair razılıq ərizəsinin sənəd hesab edilməyən kserosurəti əlavə edilmişdir (cild vər. 222). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında mülki işə baxılarkən ilkin iddia üzrə cavabdehlərin vəsatəti əsasında sədrlik edən hakim tərəfindən razılıq ərizəsinin notarial qaydada təsdiq edilmiş əslinin məhkəməyə təqdim olunması ilkin iddia üzrə iddiaçının nümayəndəsindən dəfələrlə tələb edilsə də, həmin sənədi məhkəməyə təqdim edə bilmədi və məhkəmədə etiraf etdi ki, belə bir sənəd yoxdur. Ehtimal olu nur ki, Cavabdeh4 adından tərtib edilmiş və iş materiallarına əlavə edilmiş ərizənin kserosurəti onun imzasından istifadə edilməklə qanunsuz texniki üsulla məhkəməni aldatmaq üçün hazırlanmışdır. Torpaq sahəsinin ¼ hissəsini Əzimov X1 Nahidə Yaqub qızı ilə birgə nikahda olarkən ümumi birgə əmlak kimi əldə etməsinə baxmayaraq ipoteka ilə yüklü edilərkən Cavabdeh4 razılığı alınmamışdır. Cavabdeh3 ilə X2 hər birinin mülkiyyətindəkı ¼ hissə torpaq sahələri ipoteka ilə yüklü edilərkən yetkinlik yaşına çatmamalarına baxmayaraq ata-anaları Cavabdeh1 və Cavabdeh4 razılığı alınmamışdır. Notariat işinə əlavə edilmiş ərizədə yalnız evin ipotekaya qoyulmasına razılıq verilməsindən söhbət gedir. Yetkinlik yaşına çatmayan Cavabdeh3 ilə X2 hər birinin mülkiyyətindəki ¼ hissə torpaq sahələri ipoteka ilə y üklü edilərkən Bərdə rayon Təhsil Şöbəsinin müdirinin razılığı alınaraq notariat işinə əlavə edilmişdir. Halbuki, təhsil şöbəsinin müdirinin belə hüququ yoxdur. Yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayəçilik komissiyaları haqqında Əsasnaməyə görə həmin hüquq göstərilən komissiyaya məxsusdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli, 25L000000817 nömrəli kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətt müqaviləsinin təminat üsulu kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 ilə mənzilin, yaşayış evinin və torpaq sahəsinin ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 ilə həm də zaminlik müqavilələri bağlanmışdır. Kredit xətt müqavi ləsində 120 ay müddətində 500 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Faiz dərəcəsi müəyyən edilməmişdir. Kredit Xətt Müqaviləsində verilən kredit məbləği və müddəti aydın və konkret göstərilməmişdir. Kredit xətt müqaviləsində göstərilmişdir ki, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacaqdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sazişlə kreditin verilməsi müddəti, məbləği və faiz dərəcəsi müəyyən edilmişdir Kredit razılaşması müqaviləsi bağlanarkən ipoteka qoyan və zaminlər Cavabdeh2, Cavabde h3. X2 və Cavabdeh4 razılığı alınmamışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 09 aprel 2015-ci il tarixli, 25R000001319S saylı sazişlə kreditin müddəti 05 yanvar 2018-ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000001319SA saylı sazişlə isə 01 fevral 2021-ci il tarixədək uzadılmışdır. Sazişlə kredit müddəti artırılmışdır. Həmin Saziş bağlanarkən ipoteka qoyan və zaminlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 razılığı alınmamışdır (nə sadə, nə də notarial qaydada təsdiq edilmiş qaydada). İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış, 14 fevral 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən sonuncuya aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sazişlə kreditin verilməsi müddəti, məbləği və faiz dərəcəsi müəyyən edilmişdir. Kredit razılaşması müqaviləsi bağlanarkən ipoteka qoyan və zaminlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 razılığı alınmamışdır (nə sadə, nə də notarıal qaydada təsdiq edilmiş qaydada). İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 25R000001734S saylı sazişə əsasən, kreditin müddəti 16 iyul 2018-ci il tarixədək müəyyən edilməklə, 01 mart 2016-cı il tarixli, 25R000001734SA saylı sazişə əsasən isə faiz dərəcəsi 02 mart 201G-cı il tarixdən 1.3333 faizə endirilməklə kreditin müddəti 04 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Hər iki Sazişlə kredit müddəti artırılmışdır. Həmin sazişlər bağlanarkən və ipoteka qoyan və zaminlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 razılığı alınmamışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşmasına əsasən, bank tərəfindən sonuncuya aylıq 1,5 faiz hesablanmaqla 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sazişlə kreditin verilməsi müddəti, məbləği və faiz dərəcəsi müəyyən edilmişdir. Kredit razılaşması müqaviləsi bağlanarkən ipoteka qoyan və zaminlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 razılığı alınmamışdır. “AccessBank" QSC ilə Cavabdeh1 arasında imzalanmış 10 aprel 2015-ci il tarixli, 25R000003529S saylı sazişə əsasən, kreditin müddəti 28 avqust 2017-ci il tarixədək müəyyən edilməklə, 01 mart 2016-cı il tarixli, 25R000003529SA saylı sazişə əsasən isə faiz dərəcəsi 02 mart 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti 01 fevral 2021-ci il tarixədək uzadılmışdır. Hər iki Saziş lə kredit müddəti artırılmışdır. Həmin sazişlər bağlanarkən ipoteka qoyan və zaminlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 razılığı alınmamışdır. “AccessBank" QSC iddia edir ki, ipoteka qoyan və zamin Cavabdeh2 oğlu Kredit Xətt Müqaviləsi üzrə 27 avqust 2014-cü il tarixli 25R000003529 saylı kredit razılaşmasının ödəniş Planı ilə 27 avqust 2014-cü il tarixdə tanış olaraq razılığını bildirdiyindən həmin Sazişin bağlanmasına razılığını bildirmiş hesab edilməlidir. Bundan başqa ödəniş planının mülki işə əlavə edilmiş nüsxəsində möhür əksinin əsli olsa da, Cavabdeh2 möhürdən aşağıdakı qeydi və imzası kserosurətdir. Qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmiş kserosurət isə sənəd hesab edilmir və hüquqi nəticə törətmir. Bundan sonra İddiaçı QSC iddia edir ki, məhkəməyə təqdim etdiyi və not arial qaydada təsdiq edilmiş 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı, 14 fevral 2014-cü il tarixli, 25R000001734 saylı və 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması müqavilələrinin ödəniş planları ilə imza etməklə razılaşdığından sazişlərin (müqavilələrin) də bağlanmasına razılıq vermiş hesab edilməlidir. “AccessBank" QSC haqlı deyildir. Belə ki, ödəniş planlarının mülki işə əlavə edilmiş həmin surətlərindən görünür ki, kredit müddətlərinin artırılması barədə 02 mart 2016-cı il tarixli hər üç ödəniş planının hər birində Cavabdeh2 adından qeydiyyat 12 may 2016-cı il tarixdə, yəni müvafiq sazişlər bağlandıqdan 2 ay 10 gün sonra aparılmışdır. Artıq buna qədər sazişlər və ödəniş planları təsdiq edilmişdir və icrası davam etmişdir. Cavabdeh2 həmin ödəniş planla rı ilə tanışlığı əhəmiyyət daşımamış, formal olmuşdur. Bu isə sazişlərin bağlanmasına razılıq kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh2 adından edilmiş qeydlər ödəniş planlarının təsdiq edilməsi barədə möhür və imzalardan sonra, həm də 2 ay 10 gün sonra edilmişdir Cavabdeh2 imzası qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən həmin qeydlərin düzgünlüyü notarial qaydada təsdiq edilə bilməzdi. Notarius bu zaman notariat haqqında qanunun tələblərim kobud surətdə pozub. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
29. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil1 kassasiya şikayə tinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özl üyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
37. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliy in icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
38. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
39. Maddə 477.0.
1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
40. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
41. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıd ırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:
42. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
43. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
44. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
45. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, q ərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
46. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk et mək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın ipoteka predmeti olan Bərdə rayonu, Mustafağalı kəndində 0,14 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, habelə qarşılıqlı iddianın 13 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissələri istisna olmaqla qalan tələblər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə o hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan iddia tələblərinin düzgün həll edildiyi hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqavilələri üzrə öhdəliyini icra edərək əqdlərdə göstərilən məbləğləri Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Eyni zamanda yuxarıda qeyd edilən zaminlik və ipoteka müqavilələri bağlanmışdır. İddiaçı bankla əsas borclu arasında bağlanmış əlavə sazişlərlə kredit müqavilələrinin müddətləri bir neçə dəfə uzadılmışdır (§ 1-11).
56. Əsas borclu Cavabdeh1 kredit razılaşmaları üzrə ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Eyni zamanda banka ödənilməli olan borc məbləğləri iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir (§ 11, 19).
57. Belə olan halda, iddiaçının borcun Cavabdeh1 tutulması barədə tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 36-37, 40-41).
58. Bununla yanaşı Kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr borcun zaminlərdən tutulması, habelə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi 7, 20 saylı mənzilə yönəldilməsi tələblərini rədd etməklə hüquq normalarını düzgün tətbiq etmişlər.
59. Belə ki, iddiaçı, zaminlərdən borcun tutulması tələbini onların zamin olması barədə 05 dekabr 2013-cü il tarixli və 13 fevral 2014-cü il tarixli zaminlik müqavilələrinə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra e tməsi üçün zamin bank qarşısında tam məsuliyyəti üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
60. Göründüyü kimi, zaminlər bankla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda bankla Cavabdeh2 arasında 29.11.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
61. Həmin əqdlərdə və kredit xətti müqaviləsində borcun illik faiz dərəcəsi göstərilməmişdir. Eyni zamanda xətt müqaviləsi əsasında bağlanmış kredit razılaşmaları barədə zaminlərin və ipoteka qoyan Cavabdeh2 rəsmi qaydada məlumatlandırılmalarına dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.
62. Bundan əlavə, əsas borclu Cavabdeh1la bank arasında kreditlərin qaytarılma müddətləri hər üç razılaşma üzrə bir neçə dəfə dəyişdirilərək uzadılmış, bu dəyişikliklər zaminlərlə və adı çəkilən ipoteka qoyanla razılaşdırılmamışdır.
63. Belə olan halda, bank qarşısında zaminlərin şəxsən və ipoteka qoyan Cavabdeh2 isə əmlakı ilə öhdəlik daşımaması barədə gəlinən nəticə əsaslıdır.
64. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair25 iyul 2019-cu il tarixli qərarının 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində b aşqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
65. Həmin qərarın 2-ci bəndinə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlə r(məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
66. Beləliklə, Kollegiya yuxarıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
67. Bununla belə, məhkəmələr qarşılıqlı iddianın bankla Cavabdeh1 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddianın borcun həmin müqavilə üzrə ipoteka predmetinə yönəldilməsi hissələrində maddi və prosessual hüquq normalarını düz gün tətbiq etməmişlər.
68. Apellyasiya məhkəməsi bu məsələdə mövqeyini belə əsaslandırmışdır ki, ipoteka müqavilələrində əsas öhdəliyin mahiyyəti aydın göstərilməli olduğu halda İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X4 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli ipoteka müqaviləsində Cavabdeh1 bank tərəfindən ayrılmış kredit xəttinin ümumi məbləği və müddəti göstərilmiş, verilmiş kreditin konkret məbləği, faizləri və ödəniş qaydası konkretləşdirilməmiş, bank ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmaları və həmin razılaşmalara dəyişiklik edilməsinə dair sazişlər “ipoteka qoyan”lar tərəfindən razılaşdırılmamış, onların prosessual iştirakları təmin edilməmişdir.
69. Kollegiya bu mövqeyi tam olaraq əsaslı hesab etmir ona görə ki, əvvəla, ipoteka qoyanlardan biri, hab elə fərdi yaşayış evi tam, habelə onun yerləşdiyi torpaq sahəsi ¼ payla Cavabdeh1 mülkiyyətindədir. İpoteka və kredit xətti müqavilələrində kreditin konkret məbləği, faizləri və ödəniş qaydası göstərilmədə də, sonradan bağlanmış kredit müqavilələri, onlara dəyişikliklər edilməsi haqqında sazişlər, habelə ödəniş qrafikləri əsas borclu kimi məhz Cavabdeh1la razılaşdırılmışdır.
70. Məhkəmələr isə bu barədə işdəki sübutları düzgün qiymətləndirməmiş, hansı səbəbdən əsas borclu olan Cavabdeh1 həm də ipoteka qoyan kimi öhdəliyin həcmi barədə məlumatlı olmaması, həmin ipoteka müqaviləsinin yaşayış evinə, habelə yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə münasibətdə bağlanmamış sayılması nəticəsinə gəldiklərini əsaslandırmamışlar.
71. İkincisi, iş materiallarına Bərdə rayonu, Mustafağalı kəndində yerl əşən 0,14 hektar torpaq sahəsi və üzərindəki iki mərtəbəli fərdi yaşayış evinə dair Cavabdeh1 tərəfindən 13.02.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsi ilə yanaşı, əmlakın ipoteka ilə yüklü edilməsinə torpaq sahəsinin digər paylı mülkiyyətçiləri Cavabdeh4 özünün, habelə Cavabdeh3 və X2 əmlakına münasibətdə Bərdə rayon Təhsil şöbəsinin Qəyyumluq və Himayəçilik Komissiyasının 13.02.2014-cü il tarixli razılıqları əlavə edilmişdir. O da məlumdur ki, birinci kredit razılaşması 05.12.2013-cü ildə bağlanmışdı, habelə sonrakı kredit razılaşmalarını və sazişlərini bağlamış əsas borclu Cavabdeh1, digər ipoteka qoyan Cavabdeh4 əri, Vüsal və Günel Əzimovaların valideynidir.
72. Buna baxmayaraq həmin xüsusatlar nəzərə alınmaqla, 13.02.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin torpaq sah əsinin digər mülkiyyətçiləri olan Cavabdeh4, Cavabdeh3 və Günel Əzimovaya münasibətdə etibarlı şəkildə bağlanmış sayılıb-sayılmamasına, əgər bağlanmış sayılırsa əsas borclu Cavabdeh1 kredit müqavilələrinə dəyişiklik edilməsi haqqında bağladığı sazişlər də göz önündə tutulmaqla, onların öz əmlakı ilə verdikləri təminatın hansı kreditlər üzrə və hansı həcmdə borcu təmin etdiyi araşdırılmamış və mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarındakı hüquqi mövqelərə uyğun qiymət verilməmişdir.
73. Həmin qərarda açıqca göstərilmişdir ki, ipoteka müqaviləsində zəruri şərtlər(məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqavil əsinin həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi barədə qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
74. Qeyd edilənlər ona dəlalət edir ki, apelyasiya məhkəməsi sözügedən hissələrdə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 48-49).
75. Ona görə də qətnamə ilkin iddianın ipoteka predmeti olan Bərdə rayonu, Mustafağalı kəndində 0,14 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, habelə qarşılıqlı iddianın 13 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissələrində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin hissələrdə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5175/2021 nö mrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi qismən - ilkin iddianın borcun Bərdə rayonu Mustafağalı kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X2 paylı mülkiyyətində olan 0,14 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmeti olan həmin əmlaka tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılaraq alıcıya təhvil verilməsi, habelə qarşılıqlı iddianın İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X4 ilə bağlanmış 13 fevral 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəb