Məhkəmə qərarları › İş №2(102)-6406/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6406/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6406/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında 14.02.2013-cü il tarixdə 19/13 saylı təminatsız kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 12 ay müddətinə 2115 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 24.04.2013-cü il tarixdə 67/13 saylı təminatsız bərpaolunan kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 15 faiz ödəmək şərti ilə 12 ay müddətinə 73000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında 09.08.2012-ci il tarixdə 410/12 saylı təminatlı bərpaolunan kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 60 ay müddətinə 70830 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 09.08.2012-ci il tarixdə 410/12 saylı girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 09.08.2012-ci il tarixdə bağlanmış 410/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəlikləri “Lexus GX 460” markalı, ** NM *** dövlət nömrə nişanlı minik avtomobilin girov qoyulması yolu ilə təmin edilmişdir. 2577 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 410/12 saylı kredit müqaviləsi üzrə 19143,12 manat məbləğində əsas borcu, 16840,06 manat məbləğində faiz borcu və 361,42 manat məbləğində cərimə borcu, cəmi 36344,6 manat kredit borcu vardır. 2576 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 67/13 saylı kredit müqaviləsi üzrə 850246,42 manat məbləğində əsas borcu, 419693,44 manat məbləğində faiz borcu və 299003,87 manat məbləğində cərimə borcu, cəmi 1568943,73 manat kredit borcu vardır. 2575 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19/13 saylı kredit müqaviləsi üzrə 747,37 manat məbləğində əsas borcu, 372,53 manat məbləğində faiz borcu və 361,42 manat məbləğində cərimə borcu, cəmi 1481,32 manat kredit borcu vardır. İddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair 22.09.2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, həmin ərizə 27.10.2016-cı il tarixd ə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 3239 saylı, 18.10.2018-ci il tarixli rəyindən görünür ki, 09.08.2012-ci il tarixli 410/12 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 09.08.2017-ci il tarixə banka olan faiz borcu 12005,14 manat; 14.02.2013-cü il tarixli, 19/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20.02.2014-cü il tarixə əsas borcu 742 manat, faiz borcu 20,03 manat; 24.04.2013-cü il tarixli 67/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 24.04.2014-cü il tarixə əsas borc üzrə 40566 manat, faiz borcu üzrə 6068 manat məbləğində borcu müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı – kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 212/13 saylı, 07.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 30.09.2016-cı il tarixə iddiaçıya əsas borc üzrə 2997,26 ABŞ dolları, faiz borcu üzrə 1594,18 ABŞ dolları, cərimə borcu üzrə 1348,52 ABŞ dolları, cəmi 5939,96 ABŞ dolları, 19/13 saylı, 14.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 747,37 manat, faiz borcu üzrə 372,53 manat, cərimə borcu üzrə 361,42 manat, cəmi 1481,32 manat, 67/13 saylı, 24.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 850246,42 manat, faiz borcu üzrə 419693,44 manat, cərimə borcu üzrə 299003,87 manat, cəmi 1568943,73 manat, 410/12 saylı, 09.08.2012-ci il tarixli kredi t müqaviləsinə əsasən əsas borc üzrə 19143,12 manat, faiz borcu üzrə 16840,06 manat, cərimə borcu üzrə 361,42 manat, cəmi 36344,60 manat və dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan “Lexus GX 460” markalı, ** NM *** dövlət nömrə nişanlı minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış M20/2024 nömrəli, 09.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 24 %-lə, 12 ay müddətinə 963,97 manat, 212/13 nömrəli, 07.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən isə illik 18 %-lə, 12 ay müddətinə 3545 ABŞ dolları, 19/13 nömrəli, 14.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 18%-lə 12 ay müddətinə 2115 manat, 67/13 nömrəli, 24.04.2013-cü il tarixli müqaviləsinə əsasən illik 15%-lə, 12 ay müddətinə 854300 manat, 410/12 nömrəli, 09.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə avtomobil alınması üçün illik 18%-lə, 60 ay müddətinə 70830 məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamenti arasında Lexus GX 460 markalı, ** NM *** dövlət nömrə nişanlı minik avtomobilini banka girov qoymuş və 09.08.2012-ci il tarixli 410/12 nömrəli girov müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağl anmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin cavabdeh Aydın Bədəlov üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh Aydın Bədəlov müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-1280/2018) iddia qismən təmin edilərək, 19/13 saylı, 14 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə 742 (yeddi yüz qırx iki) manat məbləğində əsas borc, 20,03 (iyirmi manat üç qəpik) m anat məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində cərimə, cəmi 792,03 (yeddi yüz doxsan iki manat üç qəpik) manat məbləğində kredit borcunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 67/13 saylı, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 40566 (qırx min beş yüz altmış altı) manat məbləğində əsas borc, 6068 (altı min altmış səkkiz) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə, cəmi 48634 (qırx səkkiz min alt yüz otuz dörd) manat məbləğində kredit borcunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 410/12 saylı 09 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə 19143,12 (on doqquz min yüz qırx üç manat on iki qəpik) manat məbləğində əsas borc, 12005,14 (on iki min beş manat on dörd) manat məbləğində faiz b orcu, 30 (otuz) manat məbləğində cərimə, cəmi 31178,26 (otuz bir min yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat məbləğində kredit borcunun Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, 31 (otuz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 410/12 saylı 09 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə tələb Cavabdeh məxsus “Lexus GX 460” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 31178,26 (otuz bir min yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat məbləğində kredit borcu və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia təl əbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən kredit müqaviləsi məhkəməyə təqdim edilmədiyindən, bununla da cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyinin yaranması müəyyən edilmədiyindən, 212/13 saylı, 07.08.2013-cü il tarixli müqavilə üzrə yaranmış borcun tələb edilməsi hissəsində əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Digər müqavilələr üzrə yaranmış borcun tələb edilməsi hissələrində iddiaçının dəlillərini araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı həmin kredit müqavilələri üzrə verdiyi krediti və kreditə hesablan mış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi 410/12 saylı 09.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev, iş № 2(1 03)-3711/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2(011)-1280/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə əsasən cavabdeh tərəfindən hər beş kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və nəticədə onun iddia tələbində göstərilən borcları yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin 07 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış kredit borcunun ödənilməsi barədə hissəsi ilə bağlı hesab etmişdir ki, iddianın əsası kimi tərəflər arasında kredit müqavi ləsinin bağlanmasına istinad edilsə da, qeyd edilən kredit müqaviləsinin əsli və ya qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyinin yaranmasının müəyyən edilməməsi və yaranmış borcun tələb edilməsinin əsassız olması qənaətinə gəlmişdir. Digər müqavilələr üzrə isə birinci instansiya məhkəməsi məhkəməmühasibatlıq ekspertizası keçirmiş və ekspertizanın 18 oktyabr 2018-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 09 avqust 2012-ci il tarixli 410/12 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 09 avqust 2017-ci il tarixə banka olan əsas borcu 29424,37 manat, faiz borcu 12005,14 manat; 14 fevral 2013-cü il tarixli, 19/13 saylı kr edit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20 fevral 2014-cü il tarixə əsas borcu 742 manat, faiz borcu 20,03 manat; 24 aprel 2013-cü il tarixli 67/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 24 aprel 2014-cü il tarixə əsas borc üzrə 40566 manat, faiz borcu üzrə 6068 manat məbləğində borcu müəyyən edilir. Məhkəmə ekspertiza rəyini sübut növü kimi qəbul edərək həmin rəylə müəyyən edilən borcun (iddia tələbi həcmində) cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin həmin qənaəti ilə tam olaraq razılaşır. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin aidiyyəti müddəaları ilə borc müqaviləsinin həm şifahi, həm də yazılı bağlanılması imkanı nəzərdə tutulsa da, bank kreditlərin verilməsini tənzimləyən “Banklarda kreditlərin verilməsi” Qaydaları ilə belə kreditlərin yalnız yazılı verilməsi müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc tələb etsə də, bu müqavilənin mövcud olmasını, o cümlədən cavabdeh tərəfindən imzalanaraq, onun şərtləri ilə razılaşmasını təsdiq edən mötəbər sübutu (müqavilənin əslini və ya təsdiq olunmuş surətini) məhkəməyə təqdim etməmişdir. Eyni ilə, iddiaçı 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə tranşlarla 854300 manat məbləğində pul vəsaitinin verilməsini göstərsə də (apellyasiya şikayətində verilən kreditin məbləği 809651 manat göstərilmişdir), məhkəməyə təqdim etdiyi kredit müqaviləsindən ayrılan məbləğin cəmi 73000 manat olması müəyyən olunmuşdur. İdd iaçı həmin kredit müqaviləsi üzrə verilən kredit vəsaitinin artırılması və müvafiq olaraq qaytarma şərtləri (faiz dərəcəsi, müddəti və s.) barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kredit verilməsinin təsdiqi məqsədi ilə iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışları mötəbər sübut qismində qəbul etmir. Belə ki, həmin çıxarışlarda kredit müqaviləsinin mühüm şərtləri barədə yuxarıda qeyd olunan məlumatlar öz əksini tapmamış, həmçinin ayrılan məbləğlərin məhz cavabdehə verilməsi və onun tərəfindən qəbul olunması təsdiq olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə və borc məbləğlərini müəyyən edərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini əsas götürməklə düzgün nə ticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində dəbbə pulu borcu hissəsində tələbləri azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində Cavabdeh tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsi öz təsdiqini tapdığından və təmin olunan borc məbləğləri iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edildiyindən cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassız hesab olunmalıdır. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbləri cavabdehin kredit müqavilələri üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra etməməsindən irəli gəldiyindən birinci instansiya iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərcini məhz ona aid etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və T.Qoldman, iş № 2(102)6285/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yazılı formadan istifadə edilməməsi borc müqaviləsinin bağlanmamış hesab edilməsi üçün nəticəyə gəlməyə əsas olmamaqla, borc verənin də həmin məbləği geri tələb etmək hüququnu istisna etmir. İddiaçının 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi təqdim edilmədiyi, lakin pul vəsaitinin cavabdeh tərəfindən alınması digər yazılı sənədlərlə - hesabdan çıxarışlar və kassa məxaric orderləri ilə təsdiq edilməsi, eyni zamanda 73.000 manat məbləğində kreditin ayrılmasını nəzərdə tutan 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 854.300 manat məbləğində pulun verilməsinin də eyni qaydada təsdiqlənməsi bank və cavabdeh arasında bu barədə razılaşmanın olması barədə nəticəyə gəlməyə əsas verir. Beləliklə, bankın borcluya kredit verməsi və borclunun həmin krediti qəbul etməsi təsdiq edildiyi halda, verilmiş məbləğin qaytarılması üçün tərəflər arasında razılaşmanın yazılı formasını təqdim etmək zəruri şərt deyildir. Bankdan borclunun kredit müqaviləsi hesabı üzrə artıq məbləğlərin verilməsi və borclu t ərəfindən həmin məbləğlərin mübahisəsiz qaydada qəbul edilməsi, lakin qeyd edilən halın məhkəmə tərəfindən kredit razılaşması kimi deyil, bankın hesabından cavabdehin kredit hesabı üzrə naməlum məqsədlərə silinməsi kimi qiymətləndirilməsi müqavilənin əsaslarını müəyyən edən mülki qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən həmin məbləğlərin cavabdehin hesabına yerləşdirilməsində bankın vəzifəli şəxslərinin cinayət əlamətlərinin olub-olmamasının, qeyd edilən məbləğlərin cavabdeh tərəfindən alındığı təsdiq edildiyi halda, sonuncuya hər hansı aidiyyəti olmamaqla, onun həmin məbləği geri qaytarmaq vəzifəsindən də azad edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 18 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə də 24 aprel 2013-cü il tarixli kredit müqavilə sinin hesabı üzrə Cavabdeh 73.000 manatdan başqa, tranşlarla 809.651 manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. Bu halda kredit müqaviləsi üzrə göstərilən məbləğdən artıq məbləğdə kredit verilməsi hissəsində yazılı formaya əməl edilməməsi və ya digər müqavilə üzrə ümumiyyətlə yazılı formadan istifadə edilməməsi, həmin məbləğin ümumiyyətlə geri qaytarılmaması üçün əsas hesab edilə bilməməklə, həmin məbləğin hansı müddətə verilməsi və faiz dərəcəsi müəyyən edilə bilmədiyindən, tələbin yalnız həmin məbləğə faiz və dəbbə pulu hesablanması hissəsində rəddi üçün əsasdır. Digər tərəfdən, iddiaçı tərəfindən hesabdan çıxarışlar və cavabdehin ad və soyadı göstərilməklə və imzası ilə təsdiq edilməklə məbləğlərin sonuncu tərəfindən alınmasına dair kassa məxaric orderləri təqdim edildiyi hal da, apellyasiya məhkəməsi ayrılan məbləğlərin məhz cavabdehə verilməsinin təsdiq edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, iş materiallarından görünür ki, cavabdeh nəinki iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədlərə, ümumiyyətlə iddiaçının tələbinə hər hansı münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-190/2021) iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən, 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə münasibətdə t am, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə münasibətdə isə həmin müqavilə üzrə tələbin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin ləğv olunmuş hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 07.08.2013-cü il tarixli müqavilə üzrə 3545 (üç min beş yüz qırx beş) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) əsas borc, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə cəmi 483,849,5 (dörd yüz səksən üç min səkkiz yüz qırx doqquz manat beş qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin ləğv olunmuş qalan hissədə təmin edilməməsi, Cavabdeh apellyasiya şikayəti təmin edilərək, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özləri nə aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri (200+125) 325 (üç yüz iyirmi beş) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh alınaraq ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf qeyd edilən 24.04.2013-cü il tarixli müqavilə üzrə pulun verilməsini təsdiq edən kassa məxaric orderlərinin əslini təqdim etmişdir. Cavabdeh tərəf isə həmin məxaric orderlərindəki imzanın cavabdehə məxsus olmadığını qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində 24.04.2013-cü il tarixli müqaviləni təqdim edə bilməsə də, tranşlarla cavabdehə 854.300 manat məbləğində pulun verilməsini bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman alınmış 18 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh tranşlarla 809.651 manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. Məhkəmə kolegiyası bildirir ki, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh tranşlarla verilmiş 809.651 manat məbləğin 73000 manat hissəsinə rayon məhkəməsi ekspert rəyinə müvafiq münasibət bildirmişdir, Kollegiya da həmin nəticə ilə razılaşır. Qalan hissə isə iddiaçı tərəfindən təqdim olunmuş məxaric orderlərində cavabdeh tərəfindən imzalandığı Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyi ilə təsdiq olunan kassa məxaric orderlərindəki 489.876 manat məbləğə münasibətdə təmin edilməlidir. Eyni zamanda, həmin 489.876 manat məbləğin 3545 ABŞ dolları 07.08.2013-cü il tarixli müqaviləyə (həmin müqaviləyə aid olunmaqla) əsasən tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyində cavabdeh tərəfindən imzalandığı təsdiq edilən mülki işin 3-cü cildindəki 133-144, 146-148-ci vərəqlərdəki məxaric orderlərində olan 489.876 manat məbləğdən iddiaçının tələbi 07.08.2013-cü il tarixli müqavilə üzrə 3545 ABŞ dolları əsas borc, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə cəmi (489.876-3545 ABŞ dolları (6026,5 manat)=483,849,5 manat) 483,849, 5 manat məbləğində təmin edilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyində 3-cü cildin 145ci vərəqəsində olan məxaric orderi Cavabdeh adına olan 16.07.2013-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım/Received” qrafasındakı imza faksmile qurğusu ilə icra olunmasına şübhə yarandığından həmin imza üzrə tədqiqat aparılmadığı qeyd edildiyindən, iddiaçı tərəfindən həmin pulun verilməsini təsdiq edən başqa əsaslı sübut təqdim edilmədiyindən iddia tələbi həmin məxaric orderinə münasibətdə rədd edilməlidir. Həmin ekspert rəyində, mülki işin 3-cü cildinin 149-150-ci vərəqələrində Cavabdeh adına olan 07.06.2013-cü il tarixli 1***-******* Ekran – Unikal kodlu, 10.06.2013-cü il tarixli 1********** Ekran - Unikal kodlu kassa məxaric orderlərində ki “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Cavabdeh yox başqa şəxs tərəfindən imzalanığı qeyd edildiyindən iddia tələbi mülki işin 3-cü cildinin 148-149-cu vərəqəsində olan məxaric orderlərinə münasibətdə də təmin edilməməlidir. Məhkəmə Kollegiyası 07.08.2013-cü il tarixli və 24.04.2013-cü il tarixli müqavilələr təqdim edilmədiyi üçün məbləğin hansı müddətə verilməsi və faiz dərəcəsi müəyyən edilə bilmədiyindən, iddia tələbi faiz və dəbbə pulu hissəsində rədd edilməlidir. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili rayon məhkəməsi tərəfindən məhkəmə iclasları barədə ona məlumat verilməməsi ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, mülki işdə olan məhkəmə bildirişlərindən müəyyən edilir ki, cavabdehin qeydiyyat ünvanına məhkəmə iclası barədə müvafiq bildirişlər gönd ərilmişdir (1-ci cild i/v 58-59, 2-cild i/v 280-281). Bundan əlavə, cavabdehin məhkəmə iclası barədə xəbərdar edilməsini məhkəməyə göndərdiyi iclasın təxirə alınmasını xahiş etdiyi teleqram da təsdiq edir (2-ci cild i/v 284). Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə faiz borcu və dəbbə pulunun məbləği ilə bağlı olmuşdur. Kollegiya bununla bağlı da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli, 5245 saylı ekspert rəyinə görə: 09.08.2012-ci il tarixli 410/12 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 09.08.2017-ci il tarixə banka olan əsas borc üzrə 29.424,37 manat, faiz borcu 12.005,14 manat; 14.02.2013-cü il tari xli, 19/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20.02.2014-cü il tarixə əsas borcu 742 manat, faiz borcu 20,03 manat, 24.04.2013-cü il tarixli 67/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 24.04.2014-cü il tarixə əsas borc üzrə 40.566 manat, faiz borcu üzrə 6.068,00 manat məbləğində borcu müəyyən edilir. Beləliklə, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və bununla bağlı ətraflı araşdırma apararaq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər öz təsdiqini tapmadığından və onun dəlilləri əsaslı olmadığından şikayət təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv pro sesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnam əsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasə n öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məc əllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfi yyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi mə lumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçü n məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri tə min edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar