Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6410/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddət, kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” vasitəsilə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)1847/2022 nömrəli qərardadından iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75 000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-1213/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Ramilə Xəzri) ilə iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 666.1, 666.2, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.3, 77.1, 88, 217.3, 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. İddiaçı apelllyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 15 aprel 2021-ci il tarixli, 2(103)-931/2021 nömrəli qətnaməsi ilə (hakimlər İkram Şirinovun sədrliyi və məruzəsi ilə, Tofiq Səmədov və Anar Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehdən 75.000 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pul və ödədiyi 45 (30+15=45) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
6. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77.1, 82.4, 88, 106.1, 106.2, 372.6, 372.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2017-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021ci il tarixli, 2(102)-5645/2021 nömrəli qərarı ilə (hakimlər Əhməd Əhmədovun sədrliyi və məruzəsi ilə, Vüqar Həsənov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Kassasiya instansiya m əhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1, 81, 82.4, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(103)-1847/2022 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Talışinskinin sədrliyi və məruzəsi ilə, Azad İmanov və Qürbət Əsgərovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2022-ci il tarixli qət naməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(102)-5307/2022 nömrəli qərardadı ilə (hakimlər Zaur Əliyevin məruzəsi ilə, İlqar Xələfov və Abiddin Hüseynovdan ibarət tərkibdə) kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Şikayətin geri qaytarılmasına əsas kassasiya şikayətinin MPM-in 408.1 və 408.1.7. maddəsinin tələblərinə uyğun olaraq verilməməsi olmuşdur.
13. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2(103)1847/2022 nömrəli qərardadı ilə (hakimlər Fuad Talışinskinin sədrliyi və məruzəsi ilə, Azad İmanov və Qürbət Əsgərov dan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-1847/2022 nömrəli qərardadı ilə (hakimlər: Fuad Talışinski (hakimlər Fuad Talışinskinin sədrliyi və məruzəsi ilə, Azad İmanov və Qürbət Əsgərovdan ibarət tərkibdə) kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə Sistemində “E-məhkəmə sistemi” vasitəsilə təqdim edilməyən kassasiya şikayətinin ümumiyyətlə mümkünlüyü müəyyən edilmədiyindən, form a, məzmun, müddət və şikayətinin tərtibinə aid sairə tələblərə riayət edilməsi müzakirə predmeti olmamışdır. Halbuki, artıq ilk dəfə kassasiya şikayəti verilən zaman kassasiya şikayəti vermək üçün müəyyən edilən prosessual müddətlər kifayət qədər ötürülmüşdür. Apellyasiya icraatı zamanı şəxs ona peşəkar hüquqi yardım göstərməli olan vəkilnümayəndəsi ilə təmsil edilmişdir. Belə ki, alındığı müddətdən (xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək) kifayət qədər uzun zaman keçmiş və qeyd edilən müddətin buraxmasının üzrlü olması faktı (hesab edilməsi) heç bir sübutla öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1847/2022 nömrəli xx.xx.2022-c i il tarixli qərardadının ləğv edilərək, 2(103)1847/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən “kassasiya şikayəti” verilməsi üçün buraxılmış müddətin bərpasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərkən “Elektron Məhkəmə Sistemi”ndə problemlə qarşılaşmışdır. Belə ki, iddiaçı Rusiya vətəndaşı olduğundan və Azərbaycanda qeydiyyatı olmadığından (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqə olmadığından) “Elektron Məhkəmə Sistemi”ndə qeyd edilməsi zəruri olan məlumatların dolduruldurulması mümkün olmamışdır. Beləliklə, iddiaçını "E-Məhkəmə" sistemində “Şikayət verən şəxs” qismində a rtırmaq mümkün olmadığından kassasiya şikayətini elektron sistem üzərindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmək mümkün olmamışdır. Bu səbəbdən, məcburiyyət qarşısında qalaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini poçt vasitəsilə təqdim edərək, kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi şikayət ərizəsini geri qaytarmış, sistemdəki mövcud problemin aradan qalxdığını bilməklə kassasiya şikayətinin yenidən “Elektron Məhkəmə Sistemi” vasitəsilə göndərilməsini tələb etmişdir. Elektron Məhkəmə Sistemində xarici vətəndaşlarla bağlı hissədə edilən düzəlişlərdən sonra sözügedən kassasiya şikayətini hazırda sizə “E məhkəmə sistemi” vasitəsilə təqdim etmək mümükün olmuşdur. Bununla belə, yuxarıda qeyd edilən səbəblərdən müddət buraxılmışdır.
18. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qur tarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
23. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
24. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildi yi gündən 2 ay müddətində
25. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
26. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə k ollegiyası hesab edir ki, kassasiya şikayəti təmin oluna bilməz.
31. Beləki, işə apellyasiya icraatında mahiyyəti üzrə baxılarkən iddiaçını onun nümayəndə və vəkili X1 təmsil etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(103)-1847/2022 nömrəli qətnaməsi nümayəndəvəkilin elektron kabinetinə xx.xx.2020-ci il tarixdə yerləşdirilmişdir. 32. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır (22&).
33. Ona görə iş üzrə çıxarılmış qətnamənin iddiaçıya rəsmi olaraq çatdırılması tarixi xx.xx.2020-ci il tarix hesab olunur və həmin tarixdən qətnamədən kassasiya şikayəti vermək üçün müəyyən edilən 2 aylıq müddət başlanır.
34. Beləki, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilir (24&).
35. İddiaçının vəkili-nümayəndəsi qətnamədən ilk dəfə kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmiş və kassasiya şikayəti MPM-in 408.1 və 408.1.7. maddələrinin tələblərinə riayət olunmadan verilmişdir.
36. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilən müddəti ötürməklə şikayət vermiş və həmin müddətin üzrlü hesab olunmasına dair heç bir sübut təqdim etməmişdir. Şikayətçinin Rusiya vətəndaşı olması və elektron məhkəmə sistemi vasitəsilə şikayət verə bilməməsi barədə deyilənlər əsassızdır. Əvvəla, kassasiya şikayətini həm nümayəndə və həm də vəkil kimi apellyasiya icraatında iştirak etmiş vəkil təqdim etmiş və imzalamışdır. Qətnamə də onun elektron kabinetinə yerləşdirilmişdir.
37. Bundan başqa, şikayətin elektron qaydada verilməsinin mümkün olmaması barədə dəlil qətnamənin rəsmi olaraq elektron kabinetə yerləşdirilməsindən beş ay sonra irəli sürülmüşdü ki, həmin vaxt artıq müddət ötürülmüşdür.
38. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-1847/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.