Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-642/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1610/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinin mümkünlüyünə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12 000 manatın (01 aprel 2007-ci ilədək nominasiya ilə ******* manat) və həmin pul vəsaitini 2004-cü ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə qanunsuz olaraq özlərində saxlayıb ondan faydalanmaqla və qaytarmaqdan boyun qaçırmaqla ona vurulmuş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi illik 8,5 uçot faiz dərəcəsi hesabı ilə hesablanmış faiz olan 19 380 manatın, beləliklə, cəmi 31 380 (otuz bir min üç yüz səksən) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
2. Bərdə Rayon Məhkəməsinin 2(021)-494/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Gündüz Abbasov)
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1610/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Rəhman Muradov)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 15 oktyabr 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.
6. Həmin qətnamədən iddiaçı (vəkil və Nümayəndə2) tərəfindən elektron kabinet vasitəsilə 17 dekabr 2024-cü il tarixdə kassasiya şikayəti təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxsl ər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Ma ddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəl i bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏS İNİN MÖVQEYİ
7. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 15 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir.
8. İddiaçı (vəkil və Nümayəndə2) tərəfindən tərtib edilmiş kassasiya şikayəti 17 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.
9. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-cü maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
10. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
11. Qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qətnaməsinin iddiaçının elektron kabinetinə 15 oktyabr 2024-cü il tarixində yerləşdirilməsi nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu 15 dekabr 2024-cü ildir. Çünki qətnamədən kassasiya şikayəti vermə müddətinın axımı 16 oktyabr 2024-cü ildən başlamış və həmin müddət 2024-cü il dekabr ayının 15-də qurtarmışdır. Lakin 15 dekabr 2024-cü il həftənin bazar günü olmaqla, qeyri-iş günüdür. Belə olan halda, növbəti iş günü olan 16 dekabr 2024-cü il tarixi müddətin qurta rma tarixi hesab edilir və iddiaçı şikayəti ən geci 16 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdiməli idi. Buna baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı şikayəti 17 dekabr 2024-cü il tarixdə sistemə yükləmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət 1 gün ötürülmüşdür. Eyni zamanda iddiaçı müddətin bərpası barədə vəsatət də verməmişdir.
12. Göründüyü kimi, cavabdeh kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötüb-ötməməsinə qiymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir.
13. Halbuki Mülki Prosessual M əcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
14. Məhkəmə kollegiyası onu da izah edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı inst ansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
15. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Şikayət verən şəxs Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
17. Göstərilənləri və MPM-in 404-1. 2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1610/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.