Məhkəmə qərarları › İş №2(102)-6421/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6421/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6421/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə, Cavabdeh QSC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Əşyanın lombardda girovu. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5638/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzr ə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında 12.02.2020ci il tarixdə bağlanılmış GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi dəyəri 52257 manat olan 19 adda əşyaların; 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İste hsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qr am olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC-nin nümayəndəsi, menecer vəzifəsində işləyən X1 bir müqavilə adı altında 12 fevral 2020-ci il tarixli GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu iki ayrı-ayrı 40 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit və girov müqavilələrini imzalatmışdır. Əslində iddiaçı, 12 fevral 2020-ci il tarixli iddiaçının ünvanına girov predmetlərinin satacağı ilə əlaqədar bildirişinə görə müqavilələrinə baxarkən cavabdehin bir müqavilə adı altında eyni gündə eyni girov predmeti əsasında 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 12 fevral 2020-ci il tarixli GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu iki ayrı-ayrı kredit və girov müqavilələrini ona qanunsuz olaraq imza etdirmişlər, həmin müqavilələr qanunsuz olduğundan və ona kredit borcu olaraq yalnız 27686 manat verildiyindən həmin müqavilələr etibarsız hesab olunmaqla ləğv olunmalı və müqavilə şərtlərinə xitam verilməli, onun müqavilə üzrə girov qoyduğu ümumi qiyməti 52227 manat olan 19 adda qızıl-zinyət əşyaları isə girovdan azad edilib onun özünə qaytarılmalıdır. Ölkədə “Covid-19” pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə insanların kütləvi yığışdıqları iş yerləri bağlı olduğundan o da mart ayından bu günə qədər işləmir, lakin QSC-nin nümayəndəsi iddiaçıya müraciət edərək ödənişləri etməyi tələb edir və iddiaçını qızılların satılması ilə hədələyir, girov predmeti olan qızıl-zinət əşyaları cavabdehin özü üçün hesabladığı borc məbləğinin 4 mislini təşkil edir, cavabdeh girov predmeti olan qızıl-zinət əşyalarını özündə saxladığından dəyəri 52257 manat təşkil edən əşyaları dəyərdəyməzinə satıb mənimsəmək niyyətindədir Cavabdeh qarşılqlı iddia verərək iddiaçı ilə aralarında bağlanmış 12.02.2020-ci il tarixli, GL/000/20/228754 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 12.02.2020-ci il tarixli, GL/000/20/228754 saylı kredit müqaviləsi üzrə 26538,39 manat əsas, 5869.20 manat faiz, 11037 manat dəbbə pulu olmaqla, ümumilikdə 43445,38 manat pulun tutulması, tələbin lombarda girov qoyulmuş 11199 ABŞ dolları dəyərində olan qızılzinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında QSC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tərəfələr arasında əvvəl GL/000/20/228719 saylı lombard-kredit müqaviləsi bağlanmış, daha sonra isə hə min kredit restruktrizasiya edilərək GL/000/20228754 saylı lombard-krediti müqaviləsi bağlanmışdır. 12.02.2020-ci il tarixli, GL/000/20228754 saylı müqaviləyə əsasən iddiaçıya 18 aylıq, illik 40 faiz olmaqla 27686 manat lombard krediti verilmişdir. Hazırda iddiaçının 12.02.2020-ci il tarixli, GL/000/20228754 saylı müqavilə üzrə 26538,39 manat əsas, 5869,2 manat faiz, 11037 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 43445,38 manat kredit borcu mövcuddur. Dəfələrlə edilmiş xəbərdarlıq və bildirişlərə baxmayaraq iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Lombard krediti müqaviləsinin əlavəsi, lombard bileti hesab edilən AKT-a əsasən cavabdehə məxsus olan dəyəri 11199 ABŞ dolları olan qızıl-ziynət əşyaları hazırda cəmiyyətin saxlanc yerində saxlanılmaqdadır. İddiaçı tərəfindən ödənilməmiş 12000 manat məbləğ bildiriş göndərildiyi dövr üçün yaranmışdır, lakin daha sona həmin məbləğ artmışdır. Məhkəmədə tətqiq edilmiş iddiaçı (borclu-girov qoyan) və QSC (kreditor-girov saxlayan) arasında bağlanan 12.02.2020-ci il tarixli GL/000/20/228719 saylı kredit və girov müqaviləsinə əsasən kreditor-girov saxlayan borclu-girov qoyana illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 27686 manat məbləğdə kredit verməyi, borclu-girov qoyan verilmiş krediti qəbul edərək ondan müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi, krediti geri qaytarmağı öhdəsinə götürmüşdür, Tətqiq edilmiş müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu-girov qoyana kredit verdiyi pul vəsaitinin və ona hesabların faizlərin habelə borclu-girov qoyanın öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar he sablanan dəbbə pulunun, kreditor-girov saxlayan tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədi ilə girov predmeti 12.02.2020-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 11633 ABŞ dolları qiymətləndirilmiş, iddiaçının mülkiyyətindəki qiymətli metallardır. İddiaçıya ünvanlanan xəbərdarlıq məktubu ilə borclu öhdəliklərini bildirişi aldığı gündən 7 gün müddətində göstərilmiş borc öhdəliyini yerinə yetirmədiyi təqdirdə tələbin girov predmetinə yönələcəyi, girov predmetinin QSC daxili hərrac vasitəsi ilə satışa çıxarılacağı, satışın 25.09.2020-ci il tarixində Səməd Vurğun küçəsi-60 ünvanda saat 15:00-da keçirilməsi barədə xəbərdar olmuşdur. 10.06.2019-cu il tarixli QSC-nin “Yasamal” filialına girov qoyulm uş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 19 adda ümumi çəkisi 436,68 qram, xalis çəkisi 434,01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan iddiaçı tərəfindən girov saxlayan cavabdehə təhvil verilmişdir. 12.02.2020-ci il tarixli QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 19 adda ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan iddiaçı tərəfindən girov saxlayan QSC-yə təhvil verilmişdir. Cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış kredit (borc) və girov müqaviləsinə əsasən 11633 ABŞ dolları qiymətləndirilmiş girov predmeti ilə on lara 16 ay müddətinə, 40 faiz məzənnəsi ilə 27686 manat məbləğində kredit verilmişdir, 02.11.2020-ci il tarixə olan borc əsas – 26538,39 manat, faiz 5869,2 manat, dəbbə 11037,48 manat olmaqla, ümumilikdə 43445,38 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə dair 25.01.2021-ci il tarixli, 9/5991 saylı ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 12.02.2020-ci il tarixli GL/000/20/228754 saylı kredit müqaviləsi üzrə iddiaçının 12.11.2020-ci il tarixə olan borcu əsas borc üzrə 26056,66, faiz borcu üzrə 2174,69 manat olmaqla, ümumilikdə 28231,35 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək iddiaçıdan 12.02.2020-ci il tarixli, GL/000/20/228754 saylı kredit və girov müqaviləsi üzrə 26056,66 manat əsas borc, 2174,69 manat faiz borcu olmaqla cəmi 28131,35 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq cavabdehə ödənilməsi, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına - 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı ümumi çəkisi 19,16 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 21,15 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 11,36 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının satışından əldə olunan vəsaitdən iddiaçının QSC-yə olan 28131,35 manat məbləğində borcunun silinməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pulun iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfində n mübahisələndirilən əqdin etibarsızlığına, o cümlədən əqdin bağlanılmasına məcburetmə halları, yaxud vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbinin əsalandırıldığı hallar sübuta yetirilmədiyindən və iddiaçının şəxsi mülahizələrinə əsaslandığından iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı borc götürdüyü borc məbləğini müqavilə tələblərini pozmaqla öhdəlikləri yerinə yetirməməklə qaytarmadığından qarşılıqlı iddia tələbi üzrə QSC məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ek spert rəyini sübut kimi qəbul edərək, tərəflər arasında bağlanmış 12.02.2020-ci il tarixli GL/000/20/228754 saylı kredit müqaviləsi üzrə əsas borc 26056,66 manat, faiz borcu üzrə 2174,69 manat olmaqla, ümumilikdə 28131,35 manat pul məbləğinin cavabdehin xeyrinə iddiaçıdan tutulmasını qanuni və əsaslı hesab etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.5, 295, 296.1, 354.2, 385.1, 421.2, 423.2, 442, 443.1, 448.1, 739.1, 739.2, 739.2, 740.1, 740.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin irəli sürdüyü qanunsuz dəlillər əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə almam ış, hüquqları pozulmuş və məhkəmə tərəfindən cavabdeh təşkilatın nümayəndəsi təyin olunmuş məhkəmə iclasına gəlməyə-gəlməyə cavabdeh təşkilatın maraqlarını təmin edən, bu cür qanunsuz qətnamə qəbul edilmişdir. Girov qoyduğu qızıl zinyət əşyalarının dəyəri götürdüyü puldan 3 dəfə artıq olmasına baxmayaraq cavabdeh təşkilatın Azərbaycan Respublikasında pandemiya şəraitində iş yerlərinin bağlı olduğundan pulları ödəyə bilməməyi cavabdeh təşkilat tərəfindən nəzərə alınmaması, hər hansı müqavilənin uzadılması və yaxud pandemiya şəraitində, iş yerlərinin bağlı olduğu aylara güzəştlərin təklif olunması ilə bağlı təkliflərin verilməməsi kimi qərəzli addımlar bir yana, nəticə etibarı məhkəməyə müraciətinə məhkəmə tərəfindən formal yanaşılması ümumiyyətlə qəbul edilməzdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, 12 fevral 2020-ci il tarixdə bağlanılmış GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsi, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin silinməsi və müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52257 manat 19 adda olan qızıl- zinyət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə qəbul edərək iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinc i instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunıa əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində göstərilən hallarla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.5, 295, 296.1, 337.2, 339.2, 339.4, 354.2, 421.2, 423.2, 385.1, 385.1, 739.1, 739.2, 385.1, 386.1, 390.1, 390.5, 425.2, 430.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, -ci maddələ rinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ap ellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə formal qiymət verərək şikayətin qətnaməsini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasın ın təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Grov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 300.0. Girov aşağıdakı növlərdə ola bil ər: Maddə 300.0.2. əşyanın lombardda girovu. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə ləğv edilir. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəflər arasında yaranmış mübahisə borclu-girov qoyan və kreditor-girov saxlayan arasında bağlanan 12.02.2020-ci il tarixli müqavilə ilə əlaqədardır. İddiaçı həmin müqaviləni etibarsız hesab edir və ona artıq yazılmı ş əsas və faiz borc məbləğlərinin silinməsini, müqaviləyə əsasən qoyulmuş girov predmetlərinin geri qaytarılmasını tələb edir. Cavabdeh isə həmin müqaviləyə istinad edərək 26538,39 manat əsas, 5869,20 manat faiz, 11037 manat dəbbə pulu olmaqla, ümumilikdə 43445,38 manat pulun tutulması, tələbin lombarda girov qoyulmuş 11199 ABŞ dolları dəyərində olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsini tələb edir. Göründüyü kimi cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış mübahisələndirilən müqaviləyə istinad etmiş və tələbini faktiki əsası kimi lombard münasibətlərinin olmasını göstərmişdir. Mübahisəni yuxarıda göstərilən qaydada həll edən birinci instansiya məhkəməsi v ə məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətlərin xarakterinin müəyyən olunması üçün Cavabdeh QSC-nin kredit təşkilatı kimi, yaxud lombard fəaliyyəti ilə məşğul olmasını, cavabdehin lombard fəaliyyəti ilə məşğul olması üçün xüsusi icazəsi (lisenziyası) olub-olmamasını müəyyən etməmişdir. Həmin halların müəyyən edilməməsi isə iş üzrə düzgün nəticəyə gəlməyi mümkünsüz edir. Belə ki, tərəflər arasında olan həqiqi münasibətlər, tərəflər arasında olan müqavilələrin həqiqi məzmunu müəyyən edilmədən məhkəmənin məsələyə hansı maddi hüquq normasının tətbiqi baxımından və eləcədə mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə cavabdeh QSC-nin iddiaçya kredit kimi verdiyi 27868 manat pulun faizi ilə qaytarılmas ı 436,68 qram qızıl-zinət əşyalarının girov qoyulması ilə təmin edilmişdir və həmin əşyalar borc verən QSC-də saxlanılır. Tərəflər arasındakı münasibətlərin QSC-nin lombard fəaliyyəti ilə əlaqədar olması, QSC-nin lombard təşikalatı kimi iddiaçıya borc verməsi və girov saxlaması müəyyən edildiyi halda qanunvericiliyin yuxarıda sadalanan normalarına görə lombard həmin əşyanı açıq hərracdan realizə edib tələblərini təmin etməli, artıq vəsait qaldıqda isə girovqoyana qaytarmalıdır. Bununla da lombardın girov qoyana (borcluya) qarşı tələbləri ləğv edilir, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ tələblərinin təmini üçün kifayət etmədikdə belə bu şərt öz qüvvəsində qalır. Göründüyü kimi tərəflər arasındakı münasibətlərin cavabdehin kredit təşkilatı kimi, yaxud lombard kimi fəaliy yət göstərməsindən irəli gəldiyini müəyyən etmədən həm ilkin, həm də qaraşılıqlı iddia üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. İş materiallarında isə cavabdehin belə fəaliyyətlə məşğul olmasını təsdiq edəcək hər hansı bir sənəd yoxdur. Qanunvericilik lombard faəliyyətinin həyata keçirilməsini bu fəaliyyət növü üçün xüsusi icazənin (lisenziyanın) olması ilə şərtləşdirilmişdir. Ona görə də, qətnamə ləğv edilərək mülki iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə tərəflər arasındakı münasibətləri borc (kredit), borcun təminatı kimi bağlanmış girov, yaxud əşyanın lombardda girov olmasını müəyyən etməli, bundan sonra həmin münasibətlərə uyğun gələn maddi hüquq normalarını tətbiq edərək həm ilk idddia tələbinə, həm də qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərə k mübahisəni həll etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5638/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar