Məhkəmə qərarları › İş №2(102)-6427/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6427/2021

23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6427/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-973/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 ASC Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7092.63 manat zərərin əvəzinin və gecikdirməyə görə 2837.04 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əvvəllər İddiaçı1 ASC Yeni Gəncə TXS Filialının direktoru olmuş, müəssisəni təhvil verərkən yarıtmaz işi sayəsində müəssisəyə vurduğu zərərə görə 7092.63 manat borcu qalmışdır. İddia ərizəsinə əlavə olunan 24.12.2011-ci il tarixli aktdan və 21.12.2011-ci il tarixli izahatdan göründüyü kimi cavabdeh öhdəlik götürmüşdür ki, direktor işləyərkən yaranmış həmi n vəsaitləri 3 ay ərzində ödəyəcəkdir. Cavabdeh zərərə görə borcu etiraf edən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Cavabdehin yeni öhdəlikləri yarandığından iddia müddətinin hesablanması 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin təsiri altına düşür. Həmin Məcəllənin 373-cü maddəsinə müvafiq olaraq ümumi idda müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 ildir. 8 il keçməsinə baxmayaraq cavabdeh müxtəfil bəhanələrlə borcunu ödəməkdən bu günə kimi yayınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-2325/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmış dır ki, əvvəla məhkəmə qeyd edir ki, iddiaçı təşkilatı-hüquqi forması açıq səhmdar cəmiyyəti olmaqla öz əqdlərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. İddiaçı1 ASC-nin nizamnaməsinin 1.4-cü bəndində qeyd edilmişdir ki, cəmiyyət öz əqdlərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Həmin nizamnamənin 6.2.6-cı bəndində isə qeyd edilmişdir ki, cəmiyyətin illik hesabatını, mühasibat balanslarını, mənfəət və zərər hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstənsa saəlahiyyətlərinə aiddir. Nəzərə alsaq ki, vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra qalan gəlirlər cəmiyyətin gəliri hesab edilir, o zaman əvvəllər cəmiyyətin direktoru olmuş hazırki iş üzrə cavbabdehdən də cəmiyyətin fəaliyyəti ilə bağlı yaranmış pulun tutulması məsələsi səhmdarların ümumi yığıncağında müzakirə edilməli idi. Ancaq iş materiallarından göründüyü kimi həmin məsələ cəmiyyətin ümumi yığıncağında müzakirə edilməmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Məh kəmə hesab edir ki, Mülki Məcəllənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamış və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmadığından və iddiaçı təşkilatı-hüquqi forması açıq səhmdar cəmiyyəti olmaqla öz əqdlərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıdığından iddiaçının tələbində göstərilən əsasla iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21, 49.1, 49.2, 49.3, 49.4, 102, 385, 386.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Azər Bayramov) 2(104)-973/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2325/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, cavabdeh X1 2829.47 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İd diaçı1 ASC-yə verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı qismində iddiaçı cəmiyyət çıxış edir və cəmiyyət onun əvvəlki rəhbərinin ona vurduğu ziyanın ödənilməsini tələb edir. Yəni, hazırki iddianın mahiyyəti ondan ibarət olmuşdur ki, cavabdeh cəmiyyətin borclarını ödəməli olduğu təqdirdə pulu mənimsəmişdir. Bu səbəbdən də həmin məbləğlər geri tələb edilir. Cavabdehin izahatından görünür ki, o Baş İdarəyə olan borclarını yaxın müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq iş materialları ilə cavabdehin cəmiyyətə vurduğu ziyan yalnız onun DSMF-na ödəmədiyi 2829,47 manat məbləğində borcla müəyyən olunur. İddiada göstərilən digər borclara dair sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi isə işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, nəticədə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaların tətbiqində səhvə yol vermişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya kollegiyasının qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində qismən ləğv edilməsi, həmin hissədə işin yenidən apelyasiya qaydasında baxılması üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qətnamə maddi və prosesual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin hallarına uyğun tərəflərin məsuliyyət məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı1 ASC hüquqi şəxsdir. İşdə olan "xxxx" ASC-nin filialı “X3 Xidmət Stansiyası” tərəfindən təqdim edilmiş hesabatlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə rayon Nizami rayon Şöbəsinin 04 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Dövlət Sosial Sığorta haqları üzrə ASC-nin 2829.47 manat məbləğində borcu yaranmış qeyd edilən məbləğin 2706,15 manatı əsas borc, 123.32 manatı isə sosial siğorta haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq hesablanmış maliyyə sanksiyası təşkil edir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə görə hüquqi şəxslərin yaranmış öhdəliklərinə və bor clarına görə hüquqi şəxs özü məsuliyyət daşıyır. "xxxx" ASC-nin direktoru olduğu müddətdə 2706,15 manat məbləğində sosial siğorta haqqı onun tərəfindən ASC-nə vurulmuş maddi ziyan kimi hesablanması qanunvericiliklə yolverilməzdir. Bu məbləğ onun tərəfindən mənimsənilməmişdir. Yalnız həmin məbləğ vaxtında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməmişdir. Ancaq hesab edir ki, onun “hərəkətsizliyi” yəni sosial sığorta haqqı olan 2706,15 manatın vaxtında DSMF-nin hesabına ödənilməməsi nəticəsində maliyyə sanksiyası şəklində müəyyən edilmiş 123.32 manat məndən tələb edilə bilər, bu səbəbdən ki, onun hərəkətsizliyi nəticəsində "xxxx" ASC 1243.32 manat əlavə pul ödəmək məcburiyyətində qalır. Maliyyə sanksiyası şəklində hesablanmış 123.32 manat pul vəsaiti isə o halda ondan tələb edilə bilə r ki, həmin məbləğ DSMF-nin hesabına köçürülmüş olsun. İddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxardan məhkəmə kollegiyası onun tərəfindən imzalanmış 24.12.2011-ci il tarixli AKT və 21.12.2011-ci il tarixli izahatına istinad edərək cavabdehin borcu etiraf etməsi, öz üzərinə öhdəlik götürməsi kimi qiymətləndirilməsi tam olaraq əsassızdır. Onun "xxxx" ASC-nin ödənilməmiş sosial sığorta haqlarını öz üzərinə götürməyim hüquqi cəhətdən mümkün deyil. Belə olan halda Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 22-ci maddələrinin, eləcə də həmin Məcəllənin 1096,1097-ci maddələrini düzgün tətbiq etməmişdir. Həmçinin iddiaçı ilə yaranan münasibətləri 01 sentyabr 2000-ci il tarixdən əvvəlki dövrə aid olduğundan iddia müddətinin tətbiqi ilə bağlı məsələlər 2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq həll edilməlidir. Bu səbəbdən məhkəmənin hazırki iş üzrə tərəflərin qarşılıqlı münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan mülki qanunvericiliyin normalarına uyğun olaraq tətbiq olunmalıdır. Məhkəmə çıxardığı qətnamədə Mülki Məcəllənin 373-cü maddəsini və digər maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1 və vəkili Vəkil məhkəm ə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerin ə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini-pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müq avilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. “Sosial Sığorta haqqında” Azə rbaycan Respublikasının Qanunu: Maddə 8.Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. [17] Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçı olan hüquqi şəxsin Gəncə TXS filialının direktoru işləmiş, onun işlədiyi müddətdə, yəni B1 proqramına əsasən İddiaçı1 ASC-nin filialı “Yeni-Gəncə” Texniki Xidmət Stansiyası tərəfindən təqdim edilmiş hesabatlarda 01.01.2012-ci il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə 2829,47 manat məbləğində borc yaranmışdır. Qeyd edilən məbləğin 2706,15 manatını əsas borc, 123,32 manatını isə “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21ci ma ddəsinə uyğun olaraq hesablanmış maliyyə sanksiyası təşkil edir. Apelyasiya kollegiyası cavabdehin iş materiallarında olan izahatına istinad edərək, iddia tələbini qismən təmin etmiş və göstərmişdir ki, cavabdehin izahatından görünür ki, o Baş İdarəyə olan borclarını yaxın müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq iş materialları ilə cavabdehin cəmiyyətə vurduğu ziyan yalnız onun DSMF-na ödəmədiyi 2829,47 manat məbləğində borcla müəyyən olunur. İddiada göstərilən digər borclara dair sübut təqdim olunmamışdır. Lakin işə baxmış apelyasiya kollegiyası hüquqi şəxsin məsuliyyəti və onun rəhbərinin məsuliyyəti ilə bağlı Mülki qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş məbləğ ASC-nin DSMF-nə yaranmış əsas və maliyyə sanksiyasından ibarət pul vəsaiti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşımalı olmasının əsasları konkret olaraq müəyyən edilmişdir. Lakin işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası adıçəkilən normanın tələblərini nəzərə almamış, yalnız cavabdehin izahatına istinad etməklə müəssisənin sosial sığorta üzrə yaranmış borcunun cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər məblə ği kimi qiymətləndirmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri və maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıld ıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.03.2020-ci il tarixli, 2(104)-973/2020 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03.03.2020-ci il tarixli, 2(104)973/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar