Məhkəmə qərarları › İş №2(102)-643/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-643/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-643/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2068/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyik müqaviləsinin yerinə yetirilməməsinə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh öz öhdəliyini yerinə yetirmədiyinə görə mənzil alqı-satqı müqaviləsinə əsasən ödədiyi 43.908 manat, kirayə haqqı üçün ödədiyi 1200 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 55108 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi, Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC üzərinə düşən öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı ilə arasında bağlanmış 15 mart 20 15-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı müqaviləsinin ləğv edilməsi və iddiaçının ödədiyi 43.908 manat, kirayə haqqı üçün ödədiyi 1200 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 55108 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun MMC-dən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC Abşeron rayonu Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binaları inşa edir. O, həmin cəmiyyətlə 15 mart 2015ci il tarixdə, ABB YM-0153 saylı mənzilin alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə o, cavabdehə 43.908 manat məbləğində pul ödəməli, MMC isə 3 il ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi yaşayış sahəsi 68 kv.m ibarət 2 otaqlı 40 saylı mənzili ona təhvil verməli idi. O, mənzilin bütün pulunu ödəsə də, cavabdeh binanı tikib qurtarmamış və öz öhdəliyini yerinə yetirməmişdir. O, dəfərlərlə MMC-nin rəhbərliyinə yazılı və şifahi müraciət etsə də, heç bir nəticəsi olmamış, əksinə cavabdeh ona maddi və mənəvi ziyan vurmaqla onu ağır duruma salmışdır. O, tikintinin dayandığını görüb müxtəlif qurumlara rəsmi şikayət edəndən sonra MMC-nin direktoru Səlim Heydərov yazılı şəkildə bildirmişdir ki, binada işlərinin başa çatdırılması və mənzillərin sakinlərə təhvil verilməsi 2019-cu ilin əvvəllərinə planlaşdırılmışdır. L akin MMC-nin rəhbərliyi onu yenə aldatmış və bu günə kimi öhdəliyini yerinə yetirməyərək binada heç bir tikinti işləri aparmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" ASC məhkəmə gedişatında cavabdeh qismində işə cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 noyabr 2020-ci il tarixli 2(012)-3806/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 15 mart 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin ləğv edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, 15 mart 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən "xxxx" MMCy ə ödənilmiş 43908 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən alınaraq İddiaçı geri qaytarılması, iş üzrə ödənilmiş 30 manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulub İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 15 mart 2015-ci il tarixli, ABB YM - 0153 saylı müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyindən həmin müqavilə ləğv edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ABB YM - 0153 saylı, 15 mart 2015-ci il tarixli mənzilin alqısatqısı haqqında bağlanmış müqavilənin ləğv olunduğundan həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən ödənilmiş ödəniş iddiaçıya müqavilə şərtlərinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırılması nəti cəsində müəyyən edildi ki, iddiaçı tərəfindən mənzilə dair 15000 manat məbləğində ilkin ödəniş şəxsi vəsaiti hesabına olunmuşdur, mənzilin dəyərinin yerdə qalan məbləği isə iddiaçı tərəfindən "xxxx" ASC-dən əldə edilmiş mənzilə dair verilmiş kredit müqaviləsi hesabına ödənildiyindən, iddiaçı tərəfindən aylıq ödənişlər "xxxx" MMC-yə deyil, kredit müqaviləsi üzrə kredit borcu üzrə aylıq ödənişlər şəkildə "xxxx" ASC-nin hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə aparılmış aylıq ödənişlər kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinə yönəlmişdir. İş materiallarında olan "xxxx" ASC-nin MXK/0544 saylı, 02 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış 16.03.2015-ci il tarixli, 61 6-03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsinə əsasən hazırki dövrədək cəmi 23,224 manat ödənilmişdir. İşdə olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, İddiaçı 15 mart 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-dən aldığı mənzilə görə "xxxx" ASC-yə ödənişlərini tam şəkildə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mənzilin alınmasına görə ödənilmiş pul vəsaiti "xxxx" MMC-dən alınıb İddiaçı qaytarılmalıdır. Məhkəmə iddia tələbinin kirayə haqqı üçün 1200 manat, 10000 manat maddi və mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab etmir. Belə ki, iddia ərizəsindən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, iddi açının məqsədi mənzili sonrakı satış üçün əldə etmək yox, özünün şəxsi istehlakı, yəni həmin mənzildən yaşamaq üçün istifadə etmək olmuşdur. Beləliklə iddiaçı cavabdehlə müqavilə münasibətlərinə daxil olarkən, iddiaçının mənzilin sonrakı istifadəsindən hər hansı fayda əldə etmək niyyəti olmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ yoxdur. Qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda iddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə a id heç bir sübut istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə dair hissədə də təmin edilməməlidir. Bundan başqa, iddiaçı kirayə haqqı üçün 1200 manat məbləğində pulun cavabdehdən alınaraq ödənilməsini bildirsə də, iddiaçı bununla bağlı hər hansı bir müqaviləni və ya sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmin pulun ödənilməsi tələbini də əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 405.1, 421.1, 421.2, 421.3, 424.2, 424.4, 567, 600.1, 646-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinni təmin olunmuş hissəsində ləğv eidlməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakiml ər – Şəmsəddin Abasovsədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-2068/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(012)-3806/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən mənzilin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mənzilin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 6 ildən çox zaman keçsə də, mənzil hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır. İşin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli d ərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin mənzilin hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da "xxxx" MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mənzilin alınması üçün ilkin olaraq 15000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. Mənzilin qiymətinin qalan hissəsi üçün o, kredit müqaviləsi bağlamış və bu müqavilə üzrə bank tərəfindən "xxxx" MMC-yə 29200 manat ödəniş edilmişdir. Bu kreditin qaytarılması üçün İddiaçı öhdəlik daşıdığından və tərəflər arasında imzalanmış 15 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edildiyindən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil üçün "xxxx" MMC tərəfindən qəbul edilmiş cəmi 44200 manat ona geri qaytarılmalıdır. Lakin məhkəmə kollegiyası MPM-nin 217.3-cü maddəsinin tələblərini nəzərə alaraq dəymiş ziyanın məbləğinin 43908 manat təşkil etməsini məqbul hesab edir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır. Hazırki halda cavabdeh "xxxx" MMC apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC (vəkili Vəkil2 Alış oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv eidlərək iddia tələbinin təmin edilən hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi normanın tətbiqində yanlışlıq olmuş və iddiaçı tərəfin müqavilə üzrə hüququ yaranmadan, maddi norma düzgün tətbiq edilməmişdir. Mülki Məcəllənin 424-cü maddəinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyəənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 399-cu madd əsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki. müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir, 15.03.2015-ci il tarixli ABB YM-Ü153 saylı Mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbinə gəldikdə isə, həmin müqavilənin 10-eu bəndinə müqav ilənin ləğvinə dair tələblər öz əksini tapmışdır. Müqavilənin 10-cu bəndinə görə, alıcı tərəfindən hər hansı bir səbəbə, görə müqavilə şərtləri pozularsa Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən Cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində alıcıya qaytarılacaqdır. Hüquq norması insanların davranışını tənzimləyir, rəsmi xarakter daşıyır, sistemliliyi əks etdirir. Həmin müqavilə də cavabdeh Cəmiyyət ilə iddiaçı - Alıcı arasında yaranmış hüquq münasibətlərini tənz imləyir. Müqavilə öhdəliklərinə qanunvericiliyə və müqavilənin şərtlərinə uyğun tərzdə əməl edilməsi mülki dövriyyəni təmin edən mühüm şərtlərdən biridir. Mülki dövriyyənin təmin edilməsi də mülki qanunvericiliyin prinsiplərindən biridir. Satıcı/podratçı “AAAF-İNŞAAT" MMC sözügedən müqavilə öhdəliklərinin icrasından imtina etməmişdir. Eyni zamanda tərəflərin iradəsindən asılı olmayan forsmajor halları nəzərə almamışdır. Məhkəmə maddi normanı tətbiq etməyərək əsassız məhkəmə aktı qəbul etmişdir. “Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə borc alan İddiaçı arasında yaranmış müqavilə münasibətlərinin və öhdəliklərin tərəf olmayan şəxs “AAAF- İNŞAAT" MMC-nə şamil edilməsi və həmin münasibətlərdən irəli gələrək tələb irəli sürülməsi yolverilməzdir. Tərəflər arasında müqavilə bağlandığı üçün iddia tə ləblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7-ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şənlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Cavabdeh "xxxx" MMC deyil, İddiaçı tərəfindən öhdəliklərin icrasından, birtərəfli imtina edilmişdir. Belə olan halda maddi hüquq norması düzgün tətbiq edilməmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borc alan İddiaçı arasında bağlanmış 16.03.2015-ci il tarixli 6-16-03- 2015-YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi əsasında borc verən "Azərbaycan Beynəlxalq Bank” ASC borc alan İddiaçı. alınması üçün 29.200 mana t məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 12.2-ci bəndin tələbinə görə, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək vəzifəsidir. Lakin İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliyini icra etməyərək, ödənilməyən məbləğin cavabdeh "xxxx" MMC-dən tutulması hissəsində maddi hüquq normasını düzgün tətbiq etməmiş və normanın tələbini pozmuşdur. İddiaçı Bank- ABB ödənilməyən kredit öhdəliklərini tələb etmək hüququnun yaranmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə işin icraatını Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)4946/2021 nömrəli mülki işə baxılana kimi dayandırmalı olduğu halda və cavabdeh Cəmiyyəı tərəfindən vəsatət təqdim edilməsinə baxmayaraq icraat dayandırılmamışdır. Nəticədə məhkəmənin icraatında eyni mübahisə predmeti və əsaslar üzrə kredit münasibətləri iki iddiaçı tərəfindən mübahisələndiriiınəsi davam etdirilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər de dikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyə tli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qəra rının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında ba xıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayət ində Mülki Məcəllənin 399, 424 və digər normalarının tələblərinin pozulmasına, cavabdehin öhdəliklərinin icrasında imtina etmədiyinə, iddiaçı ilə "xxxx" ASC ilə arasında yaranmış borc münasibətləri üzrə öhdəliklərin ona aidiyyətinin olmaması, iddiaçının göstərilən banka olan borcunun tutulmasını ondan tələb etməsi, bunun isə əsassız olması, iş üzrə icraatın dayandırılmalı olması ilə əsaslandırmışdır ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı ilə kassator arasında mənzil alqısatqısına dair müqavilə bağlanmış, həmin müqavilənin bağlanmasından 6 ildən artıq müddət keçməsinə baxmayaraq, kassator iddiaçı qarşısında öhdəliklərini icra edərək mənzilin tikintisini başa çatdırıb iddiaçıya təhvil verməmişdir. Nəticədə iddiaçı kassatora ödəmiş olduğu pul vəsaitindən məhrum o lmuş, həmin vəsait qarşılığında əldə etməli olduğu mənzilə də malik ola bilməmişdir. Odur ki, işə baxmış aşağı instansiya məhkəmələri maddi hüquq normalarının tələblərinə riayət etməklə iddiaçı ilə hazırki kassator arasında bağlanmış müqaviləni ləğv etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə riayət edərək, iddiaçının mənzilə görə kassatora ödəmniş olduğu pul vəsaitini iddiaçıya dəymiş zərər kimi qiymətləndirərək həmin zərərin kassatordan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etmişlər. Hazırki iş üzrə icraatın dayandırılmalı olması barədə kassatorun dəlili üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti üzrə araşdırma aparılarkən iş üzrə icraatın dayandırılmalı olduğu hər hansı hal müəyyən edilməmişdir. Odur ki, iş üzrə icraatın dayandırılması b arədə qərardad qəbul edilməməklə apelyasiya kollegiyası hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri əsasında apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməsdiyindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2068/2021 nömr əli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar