Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6432/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(103)3175/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(001)9400/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2018-ci il tarixli, 2(103)2288/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9400/17 saylı, 27 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh 20.660,88 (iyirmi min altı yüz altmış manat, səksən səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(102)-7586/18 saylı qərarı ilə, Cavabdeh ***un kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Mə hkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2019-cu il tarixli, 2(103)3175/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan kommersiya fəaliyyəti ilə əlaqədar verilmiş pul vəsaitindən borclu qalmış 20660,88 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ticarə tlə məşğul olmaq məqsədilə Almaniya Respublikasının Düseldorf şəhərindən Bakı şəhərinə mal gətirib gömrük məntəqəsindən keçirmək üçün Almaniyada yaşayan Rəcəb Albuz vasitəsi ilə Bakı şəhərində yaşayan Cavabdeh ilə tanış olmuşdur. Belə ki, İddiaçı X3 vasitəsilə Cavabdeh 1500 avro pul vermişdir. Daha sonra tərəflər arasında razılıq əldə olunmuşdur ki, 16620,70 avro dəyərində 367 adda mallar Cavabdeh sürücüsü Arifə təhvil verilsin, Səməd isə həmin malların təminatı kimi Bakı şəhərində olan “Mercedes Benz E” markalı avtomobili girov qoysun. Lakin avtomobil tranzit nömrəli olduğu üçün X1 adına 1 ay müddətinə etibarnamə verilərək tranzitdə olan avtomaşınların sənədlərini sonuncuya təhvil vermişdir. 2016-cı ilin iyul ayının əvvəllərində Cavabdeh Almaniyadan gətirilən malları Qazax rayon X5 keçid məntəqəsindən keçirmək adı ilə *** Bakı şəhərində 4500 manat pul almış və yoxa çıxmışdır. 2016-ci ilin iyul ayının 26-da İddiaçı Cavabdehı axtarıb tapmış, sonuncu ona həmin malların Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsi tərəfindən yoxlanılması üçün saxlanıldığını bildirmişdir. Cavabdeh “X6 816 L” markalı, XU-605-15 tranzit nömrəli avtomobilini İddiaçı verərək, 1 həftə ərzində malları gətirə bilməyəcəyi halda, avtomobili satmasını və satışdan əldə olunan pul vəsaiti ilə malların dəyərini əvəz etməsini bildirmişdir. Həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq, mallar iddiaçıya təhvil verilməmiş, ona görə də iddiaçı həmin avtomobili 17000 manat pul müqabilində satmışdır. 2016-cı ilin noyabr ayında Cavabdeh malları onun yaşadığı evə gətirmişdir. Mallara baxış zamanı məlum olmuşdur, m alların bəziləri satılmış, bəziləri isə xarab olaraq yararsız vəziyyətə düşmüşdür. Bundan başqa, malların dəyəri 16620,70 avro yəni Azərbaycan manatı ilə 30415,88 manat olmuşdur. Cavabdeh yol pulu olaraq 1500 avro, yəni 2745 manat, malların gömrük məntəqəsindən keçirilməsi üçün isə 4500 manat pul verilmişdir. 37660,88 manat malların gətirilməsi və gömrük məntəqəsindən keçirilməsi üçün verilən pul vəsaitindən satılan avtomobilin 17000 manat dəyərini çıaxndan sonra, Cavabdeh İddiaçı 20660,88 manat borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması b arədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının qeyd etdiyi sübutlara və dəlillərə qiymət verilməmiş və bunun səbəbləri göstərilməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili ***kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Res publikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 02.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edil miş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyatİstintaq Baş İdarəsinin 29 aprel 2019-cu il tarixli 1000-154/150-22/009168 saylı məktubuna və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 noyabr 2016-cı il tarixli qərarına əsasən, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuş “Ford Transit” markalı nəqliyyat vasitəsinin içində invoys sənədləri təqdim edilməmiş müxtəlif məhsulların aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 18 avqust 2016-cı il tarixli, 17501 nömrəli arayışına əsasən, tədqiqata təqdim edilmiş 62 adda müxtəlif şampun, krem, sabun məhsulları və sair malların ümumilikdə qiyməti 80 25,00 (səkkiz min iyirmi beş) manat təşkil etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən isə müəyyən edilir ki, Cavabdeh “X6 816 L” markalı, XU-605-15 tranzit nömrəli avtomobilini İddiaçı verərək, 1 həftə ərzində malları gətirə bilməyəcəyi halda, avtomobili satmasını və satışdan əldə olunan pul vəsaiti ilə malların dəyərini əvəz etməsini bildirmişdir. Həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq, mallar iddiaçıya təhvil verilməmiş, ona görə də iddiaçı həmin avtomobili 17000 manat pul müqabilində satmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məc əllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, tərəflər arasında sözügədən malların cavabdeh tərəfindən Almaniyadan Azərbaycana gətirilməsi və burada iddiaçıya verməsi barədə müqavilənin bağlanmış olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, tərəflər arasında hər hansı notarial və ya sadə yazılı müqavilənin bağlandığı müəyyən edilməmişdir. Həmçinin qeyd edilən məzmunda şifahi müqavilənin mövcudluğu cavabdeh tərəfindən təkzib edilmi şdir. Bununla yanaşı hətta, tərəflər arasında podrat müqaviləsinin olduğu halda belə malların dəyərinin 8.025 manat, cavabdeh tərəfindən iddiaçıya 17.000 manat dəyərində olan avtomobil verməsi iddianın əsassız olmasını göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, sözügedən malların dəyərinin gömrük sənədlərində olduğundan daha yüksək olmasını, habelə onların cavabdeh tərəfindən Almaniyadan Azərbaycana gətirilməsi və bura da iddiaçıya verməsi barədə razılaşdıqlarını, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(103)-3175/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6432/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6432/2019
02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver