Məhkəmə qərarları › İş №2(102)-6433/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6433/2019

09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6433/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bank) ərizə ilə məhkəməyə müraciət edərək, 15.10.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn 05.07.2016-cı il tarixə hesablanmış 3403 ABŞ dolları əsas, 1062 ABŞ dolları fai z borcu olmaqla, cəmi 4465 ABŞ dollarının, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh3, Cavabdeh2 və X4 tutulmasına dair əmr çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli əmri ilə ərizə təmin olunmuşdur. Sonradan Cavabdeh2 etiraz ərizəsi əsasında həmin əmr ləğv edilmiş və iddia icraatına keçilmiş, Yasamal Rayon Məhkəmənin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq 3403 ABŞ dolları əsas, 1062 ABŞ dolları faiz borcu olmaqla cəmi 4465 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin Cavabdeh3 və X4 müştərək qaydada tutularaq İddiaçına ödənilməsi, xairici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi, 10 manat dövlət rüsumunun Cavabdeh3 və X4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1513/2019 sayılı 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsinin cavabdehlərdən 1062 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh3 və X4 müştərək qaydada İddiaçı İKB-nın xeyrinə tutulmalı olan faiz borcu 782,34 (yeddi yüz səksən iki dollar 34 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğ ində müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 150 (yüz əlli) manatın 120 (yüz iyirmi) manatı Cavabdeh3 və X4 müştərək qaydada, 30 (otuz) manatı isə İddiaçından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İKB ASC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi yalnız iş üzrə ekspert rəyinə istinad edərək müqavilə üzrə tələb olunan faiz borcunu 782.34 ABŞ dollarına qədər azaltmışdır. Məhkəmə rəyi tədqiq etmədən, onun iş üzrə digər sübutlarla müqayisəli təhlilini aparmadan, sadəcə rəyə istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsinin faiz borcuna aid hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh3 nümayəndəsi X5 və cavabdeh X7 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-c i maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına d əlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bankla X9 arasında 15 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 24 ay müddətinə, illik 29 % ödəməsi şərtilə 5000 ABŞ dolları kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 və X8 bank qarşısında zamin qismində öhdəlik götürmüş, 05.07.2016-cı il tarixinə borcalanın 3403 ABŞ dolları əsas, 1062 ABŞ dolları faiz borcu olmaqla cəmi 4465 ABŞ dolları məbləğində borcunun yarandığı hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İsa Məmtiyev, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq onun h ərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh1 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və məhkəmə xərcləri əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş materialları üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçı bankın cavabdehlərdən tələb etdiyi faiz borcunu hesablayarkən səhvə yol verdiyi barədə apellyatorun irəli sürdüyü dəlil əsaslıdır, çünki, həmin məbləğin 782,34 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Həmçinin, apellyasiya instan siyası məhkəməsi borcalanın 3534,57 ABŞ dolları əsas kredit borcunun təşkil etdiyi ekspert rəyi ilə də müəyyən edildiyindən qətnamənin əsas borc tələbi ilə bağlı hissəsini əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəli llərinə qiymət verərək hesab edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin, həmin məbləğə hesablanmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən faiz borc məbləği iddiaçı tərəfin subyektiv mülahizəsinə əsaslandığından və iddiaçının mövqeyini əks etdirdiyindən, iddiaçının tələb etdiyi həddə deyil, ekspert rəyində göstərilən faiz borc məbləği nəzərə alınmaqla, iddia tələbi faiz borc məbləği hissəsində ekspert rəyinə uyğun təmin edilməlidir. Həmçinin məhkəmə kollegiyası qe yd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar