Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6436/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-67/2019, hakim Ş.Abdullayev) ilkin iddia qismən təmin edilmiş, “xxxx” MMC ilə “xxxx” LTD Şirkəti arasında bağlanmış 01-EL/17 nömrəli 08 fevral 2017-ci il tarixli müqavilə və həmin müqaviləyə əlavə № 1, “xxxx” MMC ilə “xxxx” LTD Şirkəti arasında bağlanmış 05-EL/16 nömrəli 30.09.2016-cı il tarixli müqavilə və həmin müqaviləyə əlavə № 01, əlavə № 02 və əlavə № 03, habelə “xxxx” LTD Şirkəti adından “xxxx” MMC-yə “E.Makoelante”nin imzası ilə göndərilmiş 03 ədəd məktubun etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi, “xxxx” LTD-nin “xxxx” MMC-yə qarşı dəymiş maddi ziyana görə 553149,8 dollar və mənəvi ziyana görə 500000 dollarının tutulması barədə qarşılıqlı iddiası rədd edilmiş, Cavabdeh1 dövlət nəfinə keçirilmiş məhkəmə ekspertizası xərci 142 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətn aməsi ilə (iş № 2(103)-4724/2019, hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) “xxxx” MMC və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasına kassatorun nümayəndəsi və vəklili kassasiya şikayətindən imtina edilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, iş üzrə kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam verilir. İş üzrə kassatorun kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassatorun kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6436/2019
Ali Məhkəmə Qərardad — İş №2(102)-6436/2019
31.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver