Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6438/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı Qapalı Səhmdar Cəmiyyətinin və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(001)1228/2018 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia qismən təmin olunmuş, 10 ok tyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 25296,3 ABŞ dolları məbləğində əsas, 1774,55 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 27570,85 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 14 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh1na məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,9 kv.metr, yaşayış sahəsi 60,1 kv.metr, yardımçı sahəsi 22,8 kv.metrdən ibarət 4 otaqlı mənzilə tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiyməti 81000 manat müəyyən olunmaqla həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan 27570,85 ABŞ dolları məbləği ndə borcunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 və X1 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 6-cı mkr., 3 saylı evin 3 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1həmin evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 30 manat məbləğində hissəsinin Cavabdeh1 və Cavabdeh2, 20 manat məbləğində hissəsinin İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkə zinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)6082/2019 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) cavabdeh Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1228/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilməmiş, iddiaçıya tərəflər arasında bağlanmış 17 mart 2016-cı il tarixli Əlavə Razılaşmanın şərtlərinə uyğun cavabdehdən öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar kredit borcunu n qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ izah edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 10 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 25308,09 ABŞ dolları məbləğində əsas, 1774,55 ABŞ dolları məbləğində faiz, 19495,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 46578,59 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə, eləcə də ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün xərclənmiş 16,5 manat məbləğində pulun, habelə 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 14 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,9 kv.metr, yaşayış sahəsi 60,1 kv.metr, yardımçı sahəsi 22,8 kv.metrdən ibarət 4 otaqlı mənzilə tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiyməti 72000 manat müəyyən olunmaqla həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 və X1 ümumi qaydada tutulması, mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1həmin evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı QSC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hes ab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdehlər məhkəməyə kassasiya şikayətinə qarşı etiraz təqdim etmələrinə baxmayaraq məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mü bahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli, 117717 saylı kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 15 faiz hesablanmaqla 36 ay müddətinə 68842 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla X2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin icrasına birgə məsuliyyət daşıyırlar. Bundan başqa, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə 14 oktyabr 2013-cü il tarixdə bankla Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh1 öz mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,9 kv.metr, yaşayış sahəsi 60,1 kv.metr, yardımçı sahəsi 22,8 kv.metrdən ibarət 4 otaqlı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, banka 25308,09 ABŞ dolları məbləğində əsas, 1774,55 ABŞ dolları məbləğində faiz, 19495,95 ABŞ dolları gecikdirilmiş cərimə borcu olmaqla ümumilikdə 46578,59 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 01 dekabr 2017-ci il tarixli, 19368 №-li rəyində qeyd olunur ki, müqavilə müddətinin bitdiyi 10.10.2016-cı il tarixə Cavabdeh1banka 25296,3 ABŞ dolları məbləğində əsas, 2831,98 ABŞ dolları məbləğində faiz borcunun olduğu müəyyən e dilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 26 aprel 2018-ci il tarixli, QXM 136/M nömrəli rəydə qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 6-cı mkr., ev 3 ünvanında yerləşən, Cavabdeh1na məxsus 3 saylı mənzilin bazar dəyəri 81000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdə olan (iş.v.209-218) notariat işindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 17 mart 2016-cı il tarixdə “10 oktyabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləs inə əlavə razılaşma” bağlanmış və tərəflər 10.10.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin bəndlərinə 17 mart 2016-cı il tarixdə bağlanmış 117717 nömrəli kredit və zaminlik müqaviləsinə əsasən aşağıdakı qaydada dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: Kreditin məbləği 43400 (qırx üç min dörd yüz manat); kreditin müddəti 36 (otuz altı) ay müddətinədək; kredit üzrə ödəniləcək faiz dərəcəsi 17% (on yeddi faiz); kredit üzrə əsas borc və faizlər 36 (otuz altı) ay müddətinə 1547.33 (bir min beş yüz qırx yeddi Azərbaycan manatı) 33 qəpik; ipoteka predmetinin dəyəri 10 mart 2016-cı il il tarixli qiymətləndirmə rəyinə əsasən 63000 AZN (altmış üç min Azərbaycan manatı) təşkil edir. Notariat işində iddiaçı bankın direktorunun səlahiyyətli nümayəndəsinə cavabdehlə belə bir razılaşma bağlamasına dair notarial qaydada təsdiq edilmiş etibarnamə də verilmişdir. Ona görə də bu razılaşmanın bankda qeydiyyatdan keçib-keçməməsinin cavabdeh üçün hər hansı bir mənfi təsiri ola bilməz. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr 17 mart 2016-cı tarixli Əlavə Razılaşma ilə dəyişdirilmiş və onlar üçün yeni öhdəliklər müəyyən edilmişdir. Mülki Məcəllənin 424.3-cü maddəsinin tələbinə əsasən müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər tərəflər üçün dəyişdirilmiş sayılır. Tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda da irəli gəlmir. Buna görə də iddiaçı cavabdehlərdən müqavilələrin dəyişdirilməmişdən əvvəl ki məzmununa istinad etməklə yaxud iddia tələbinin faktiki əsası kimi həmin müqavilələrə istinad etməklə kredit borcunu tələb edə bilməzdi. Çünki, iddiaçı tərəfindən iddianın faktiki əsasını təşkil edən kredit müqaviləsi faktiki olaraq dəyişdirilməklə kreditin valyutası və məbləği barədə əvvəlki müqavilənin şərtləri öz əhmiyyətini itirmişdir. Buna görə də, məhz həmin müqaviləyə əsaslanan iddia təmin edilə bilməzdi. Lakin iddiaçının tərəflər arasında bağlanmış 17 mart 2016-cı il tarixli Əlavə Razılaşmanın şərtlərinə uyğun cavabdehdən öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar kredit borcunu tələb etmək hüququ mövcuddur. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.1, 424.3, 424.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmamasının səbəbini 17 mart 2016-cı il tarixli əlavə razılaşmanın tərtibatının tələb olunan qaydada həyata keçirilməməsi, yəni əlavə razılaşmada qeyd olunan 17 mart 2016-cı il tarixli kredit və zaminlik müqaviləsinin tərəflər arasında bağlanılmaması, nəzərdə tutulan məbləğin müştərinin hesabına köçürülməməsi ilə əsaslandırsa da bununla əlaqədar əsaslı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması barədə kassasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarət olmuşdur, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş və həmin nəticəyə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı saymır. Kollegiya hesab edir ki, kassasiya şika yəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 24 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6438/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6438/2019
09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver