Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-644/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 04 fevral 2019-cu il İş № 2(102)-644/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)6980/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: B akı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz hüseynov) 12 mart 2018-ci il tarixli 2(006)-219/2018 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, 15.05.2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə 19585,70 ABŞ dolları əsas borc, 1440,92 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu və 15.05.2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə 35000 ABŞ dolları əsas borc, 5207,60 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, ümumilikdə 61734,22 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Məmməd cəfər Cəfərov küçəsi, 16 saylı evi 125 saylı mənzilinə (3 otaq, ümumi sahəsi 110,4 kvadrat metr, yaşayış sahəsi 69,1 kvadrat metr, yardımçı sahə 41,3 kvadrat metr) yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 176000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 61734,22 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə 19585,70 ABŞ dolları əsas borc, 1440,92 ABŞ dolları faiz borcu, 6568,06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27594,68 ABŞ dolları borcun və 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə isə 35000 ABŞ dolları əsas, 5207,60 ABŞ dolları faiz, 8294,03 ABŞ dolları cərimə faizi olmaqla, cəmi 48501,63 ABŞ dolları məbləğində pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ödənilmiş 31 manat r üsumun və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında 15-ci mərtəbədə yerləşən 110,4 kvadrat metr ümumi, 69,1 kvadrat metr yaşayış sahəsi, 41,3 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 125 saylı mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunıla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialı ilə Cavabdeh arasında bağlanmış 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19% faiz olmaqla 24 ay müddətinə 35.000 ABŞ dollar məbləğində, bankla Cavabdeh arasında bağlanmış 15 may 2015-ci il tarixli, ************* saylı kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 19% faiz olmaqla 24 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən 15 may 2015-ci il tarixli ************* saylı və ************* saylı kredit müqavilələri üzrə Cavabdeh (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh arasında 15 may 2015-ci il tarixli ************* saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Cavabdeh məxsus olan ünvan 1 ünvanında 15-ci mərtəbədə yerləşən 110.4 kvadrat metr ümumi, 69,1 kvadrat metr yaşayış sahəsi, 41.3 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 125 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 15 may 2015-ci il tarixli, ************* saylı kredit müqaviləsi üzrə hal-h azırda Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 19585,70 ABŞ dolları, faiz borcu 1440,92 ABŞ dolları və cərimə borcu 6568,06 ABŞ dolları təşkil edir. 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə hal-hazırda Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 35000 ABŞ dolları, faiz borcu 5207,60 ABŞ dolları və cərimə borcu 8294,03 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar Cavabdeh dəfələrlə müraciət olunmasına, xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Həmçinin, cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, İddia çı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 15 may 2015-ci il tarixli ************* saylı və 15 may 2015-ci il tarixli ************* saylı kredit müqavilələrinə dəyişklik edilərək faiz dərəcəsinin 19 faizdən 14 faizə endirilməsi, kredit müddətinin əlavə olaraq 36 ayadək artırılması, kredit məbləğinin qalan hissəsinin 1 ABŞ dolları 1,10 manat məzənnəsi ilə manatla əvəz edilməsi, cərimə faizinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, 15 may 2015-ci il tarixli ************* saylı və 15 may 2015-ci il tarixli, ************* saylı kredit müqavilələri üzrə indiyədək əsas və faiz borclarının əvəzi olaraq banka cəmi 68060 manat və ya 50000 ABŞ dolları, yəni 1 ABŞ dolları 1,05 manat məzənnəsi ilə pul ödəmişdir. Göründüyü kimi b ank qarısında olan öhdəliyini vicdanla yerinə yetirməyə çalışmışdır. Ancaq son 1 ildə manatın ikinci devalvasiyasının törətdiyi nəticələr, iqtisadiyyatda yaranan böhranlı şərait, nəticədə kommersiya fəaliyyəti ilə bağlı pul gəlirlərinin kəskin azalması, hətta yox həddinə çatması onu bank qarşısında çətin vəziyyətə salmışdır. Yaranmış vəziyyətdən çıxacağına hələlik ümidlər görünmür. Konstitusiya Məhkəməsinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara faiz dərəcələrinin azaldılmasına dair və başqa müvafiq tövsiyələri vardır. Ona görə də ABŞ dollarının məzənnəsinin manata mübasibətdə kəskin qalxması ilə bağlı itkiləri borcalanlarla yanaşı borcverən banklar da qarşılamalıdır. Əks halda tərəflərindən kredit borclarına görə öhdəliklərinin icrası mümkün deyildir. Göstərilənlərə əsasən on un ilkin iddiaçı ilə müqavilə bağlayarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu isə müqavilə şərtlərinə yenidən baxmağa əsas verir. O, əvvəldən ölkədə manatın daha ciddi devalvasiyaya uğrayacağını, manatın məzənnəsinin ABŞ dollarına nisbətdə öz dəyərini əhəmiyyətli dərəcədə itirəcəyini bilsəydi, göstərilən müqavilələri həmin şərtlərlə bağlamaz, ABŞ dolları ilə kredit götürməzdi. Çünki onlar ölkədə ticarət alış-verişini manatla aparırlar. Devalvasiyadan əvvəl ölkəyə satmaq üçün gətirdiyi malları sonradan ölkə rəhbərliyinin tövsiyəsinə əsasən əvvəlki qiymətlərlə satmış, yaxud yeni qiymətlər sabitləşənədək külli miqdarda zərər qaçılmaz olmuşdur. 12 aprel 2017-ci il və 04 may 2017-ci il tarixlərdə müqavilə şərtlərinin dəyişdirilməsi barədə iddiaçı banka 2 dəfə təklif gön dərmişdir. Hər dəfə iddiaçı bank yazılı cavablar verərək təklifini qəbul etməmiş və onu məhkəmə ilə hədələmişdir. Yuxarıda qeyd olunan hər iki müqavilədə dəyişklik edilərək əlverişsiz vəziyyətdə olduğu üçün faiz dərəcəsi 19 faizdən 14 faizə endirilməli, kredit müddəti əlavə olaraq 36 ayadək artırılmalı, kredit məbləğinin qalan hissəsi 1 ABŞ dolları 1 manat 10 qəpik məzənnəsi ilə manatla əvəz edilməli, cərimə faizi ləğv edilməlidir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 iyun 2018 -ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə əlavə ərizəsi daxil olmuşdur. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 məhkəmə kolleg iyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.05.2015-ci il tarixli ************* saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 19% hesablanmaqla 24 ay müddətinə 50000 ABŞ dolları m əbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsinə əsasən isə cavabdehə 24 ay müddətinə illik 19% ödəmək şərti ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15 may 2015-ci il tarixli ************* saylı və 15 may 2015-ci il tarixli ************* saylı kredit öhdəliklərinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ************************ saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh qeyd olunan kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə bank tərəfindən ona 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə 19585,70 ABŞ dolları məbləğində əsas borc, 1440,92 ABŞ dolları məbləğ ində faiz borcu, 6568,06 ABŞ dolları məbləğində cərimə borcu, 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsi üzrə 35.000 ABŞ dolları məbləğində əsas borc, 5207,60 ABŞ dolları məbləğində faiz borcu, 8.294,03 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə f əaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əş yanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yax ud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.1-ci maddəsinin görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq ilkin iddia tələbinə sadalanan normalara əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edilmədiyindən borc tutulmalı, borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ mülkiyyətçiyə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin hər iki müqavilə üzrə cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, hər iki müqavilə üzrə cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, 15 may 2015-ci il tarixli ************* saylı müqavilə üzrə cərimənin miqdarı 200 ABŞ dolları məbləğinədək və 15 may 2015-ci il tarixli ************* saylı müqavilə üzrə cərimənin miqdarı 300 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməd ə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, İddiaçı ASC ilə ipoteka qoyan və borc alan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən tərəflərin öz aralarında ipoteka predmetinin müəyyən etdikləri və razılaşdırdıqları qiymətinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiyməti 176000 manat müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan ş əkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 439.2-cı maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. İddiaçı ASC ilə T6 arasında bağlanmış 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh şəxsi istehlak məqsədi ilə illik 19 faiz ödəmək şərtilə 24 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağıöhdəsinə götürmüşdür. İddiaçı ASC ilə T6 arasında bağlanmış 15 may 2015-ci il tarixli ************* saylı kredit müqaviləsinə əsasən bank T6 şəxsi istehlak məqsədi ilə illik 19 faiz ödəmək şərtilə 24 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağıöhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, kreditlər tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, müqavilələrə və ödəniş cədvəllərinə əsasən tərəflər kreditin və kreditdən istifadəyə görə faizlərin hər ay hissə-hissə olmaqla kreditin verildiyi ABŞ dolları ilə qaytarılması, eləcə də borcalan tərəfindən kredit məbləğinə ödəniləcək illik faizlərin məbləği, müqavilənin müddəti, borcalanın müqavilə şərtlərini pozduqda ödəyəcəyi cərimə faizi barədə razılığa gəlmişlər və bu, tərəflər arasında şərtləşdirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlə aralarında bağlanmış kredit müqavilələrinin dəyişdirilməsini tələb etsə də, o, mübahisələndirilən kredit müqavilələrinin dəyişdirilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmamışdır. Bundan başqa Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 39.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Həmin qərarda göstərilir ki, “Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında” sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin han sı valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin milli valyutasında həyata keçirilməlidir. Həmçinin, “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur. Məhkəmə qeyd etmişdir ki, banklar ayrı-ayrı fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kredit lərin verilməsini həyata keçirən hüquqi şəxsdir. Bankların öz müştəriləri ilə aralarında qarşılıqlı öhdəlikləri vardır. Ölkə daxilində baş verən iqtisadi dəyişiliklər hər bir subyektə bu və ya digər dərəcədə təsir göstərir. Belə olan halda ABŞ dollarının manata nisbətən məzənnəsinin artması müqavilənin məhkəmə qaydasında dəyişdirilməsinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sübutlardan müəyyən olunduğu kimi, borc alanın borc verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də, məhkəmə Mülki Məcə llənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Borc alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur. Qarşılıqlı iddia devalvasiyanm baş verməsi ilə əsaslandırılmışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, banklar kommersiya hüquqi şəxsləridir, əsas məqsədləri mənfəət götüməkdən ibarətdir, onlar devalvasiyanm baş verməsinə görə məsuliyyət daşımırlar, ona görə də başqaların a verdikləri pulu geri almaq və buna görə mənfəət (faiz) əldə etmək hüququndan məhrum edilə bilməzlər. Kredit müqaviləsinin dəyişdirilməsi üçün Mülki Məcəllənin 421 və 422-ci maddəsində müəyyən edilmiş əsaslar yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində gös tərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 07.09.2018-ci il tarixli qərarında qeyd edilmişd ir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti tə min edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6980/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-644/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-644/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver