Məhkəmə qərarları › İş №2(102)-644/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-644/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-644/2024 18.01.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1215/2023 nömrəli, 6 sentyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1215/2023 nömrəli, 6 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sa yılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdə kassasiya şikayəti verilməsi üçün iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 135 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 67,5 manat ödənilməli olduğu halda cavabdeh tərəfindən 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olu nmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1215/2023 nömrəli, 6 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar