Məhkəmə qərarları › İş №2(102)-6444/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6444/2019

09.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6444/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Mikayılov Arslan Eldar oğlunun və cavabdehin vəkili Seyidzadə Vüqar Fazil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Mikayılov Arslan Eldar oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il ta rixli 2(005)4527/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 9180 manat borc və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim R.N.Quliyev). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli, 2(103)6681/2019-saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi, R.Qurbanov və A.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(005)-4527/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə avtomobilə görə ödədiyi 2700 manat ilkin ödəniş, 9180 manat aylıq ödə nişin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh 9.180 manat aylıq ödənişin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Mikayılov Arslan Eldar oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı, iş üzrə həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşd ırmamış, mövcud mübahisənin həlli zamanı lizinq müqaviləsi ilə bağlı qaydaların tətbiq edilməli olduğu barədə gəldiyi qənaət yanlış olmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili A.E.Mikayılov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməs ini, cavabdehin vəkili V.F.Seyidzadə isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materialları üzrə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış razılaşma hüquqi təbiətinə görə lizinq müqaviləsinə oxşar olduğuna görə mövcüd mübahisənin həlli zamanı lizinq müqaviləsi ilə bağlı qaydalar tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, tərəflər arasında hüquqi təbiətinə görə lizinq müqaviləsi bağlanmış olduğu halda, həmin müqavilənin şərtləri İddiaçı tərəfindən pozulduğundan, cavabdehə məxsus olan avtomobil faktiki onun istifadəsində və sahibliyində olsa da, ödənişlər vaxtında və tam həyata keçirilmədiyindən, həmin müddət ərzində İddiaçı cavabdehə məxsus olan avtomobildən yararlandığından, lizinq mümasi bətlərini tənzimləyən normaların tələbinə görə İddiaçı tərəfindən müqavilənin şərtləri pozulduğuna görə Cavabdeh mübahisəli avtomobili geri almaq və ödənişləri qaytarmamaq hüququna malik olduğundan, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-2.1, 748-10.1, 748-2.3, 748-1.9, 748-1.12.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı tərəfindən Cavabdeh «xxxxx» İKB-də olan 17-155782-1 nömrəli kredit hesabına 11.07.2014-cü il tarixdə 330 manat, 02.09.2014-cü il tarixdə 330 manat, 08.10.2014-cü il tarixdə 330 manat, 11.11.2014-cü il tarixdə 330 manat, 03.12.2014- cü il tarixdə 330 manat, 29.12.2014-cü il tarixdə 330 manat, 16.02.2015-ci il tarixdə 330 manat, 04.05.2015-ci il tarixdə 330 manat, 08.06.2015-ci il tarixdə 330 manat, 01.07.2015-ci il tarixdə 330 manat, 10.08.2015-ci il tarixdə 330 manat, 02.10.2015-ci il tarixdə 660 manat, 02.12.2015-ci il tarixdə 330 manat, 07.03.2016-cı il tarixdə 330 manat, 11.07.2016-cı il tarixdə 330 manat, 09.08.2016-cı il tarixdə 300 manat, 2 2.08.2017-ci il tarixdə 3500 manat və 11.10.2017-ci il tarixdə 100 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş AC seriyalı 033253 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-TL-*** dövlət qeydiyyat nişanlı «VAZ 21073» markalı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur, «xxxxx» İKB-nın 6 saylı filialında ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh ilə «xxxxx» İKB-nin 6 saylı filialı arasında 02.12.2013-cü il tarixdə 17-A-1-0-6647-13 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit məbləğinin təminatı olaraq Cavabdeh məxsus «VAZ 21703» minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bir müddət banka olan kredit borcunu ödəsə də, sonradan ödənişləri edə bilmədiyi üçün tanışı İddiaçı özünə məxsus və banka girov qoyulmuş avtomobil üçün onun əvəzinə banka olan aylıq ödənişləri etməsini və kredit tam ödənildikdən sonra avtomobilin ona veriləcəyini təklif etmişdir. Aralarında olan şifahi razılıq əsasında Cavabdeh etibarnamə əsasında yuxarıda qeyd olunan avtomobili İddiaçı istifadəsinə vermiş, sonuncu isə banka olan kredit məbləğini hər ay ödəyəcəyini bildirmişdir. Bundan sonra İddiaçı müxtəlif tarixlərdə banka olan kredit borcunu hissə-hissə ödəməklə, cəmi 9.180 (doqquz min yüz səksən) manat məbləğində pul ödəmişdir. Lakin sonradan avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyi üçün və avtomobilin təmiri ilə bağlı əlavə xərcləri olduğu üçün banka olan kredit ödənişlərini edə bilməmişdir. Sonradan ona məl um olmuşdur ki, bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulmasını və tutmanın ipoteka ilə yüklü edilmiş «VAZ 21703» minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1898/2017 nömrəli 17.04.2017-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qeyd olunan qətnamə qüvvəyə mindikdən sonra avtomobil icra məmurları tərəfindən müsadirə edilmiş və hərrac vasitəsi ilə satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin aralarında olan şifahi razılaşma əsasında cavabdeh tərəfindən “xxxxx” İKB-də ipoteka ilə yüklü edilmiş cavabdehin özünə məxsus "VAZ 21703" minik markalı **-TL-*** dövlət nömrə nişanlı avtomobilin etibarnamə əsasında İddiaçı istifadəsinə verməsi ilə yaranan münasibətlərin nisyə alqı-satqı münasibətləri olduğu halda bu münasibətlərə lizinq münasibətləri kimi düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hallarla bağlı ətraflı araşdırma aparmayaraq tərəflər arasında bağlanmış razılaşmanın hüquqi təbiətinə görə lizinq müqaviləsinə oxşar olduğuna görə mövcüd mübahisənin həlli zamanı lizinq müqaviləsi ilə bağlı qaydalar tətbiq edilməli olması barədə səhv nəticəyə gəlməklə yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1, 748-2.1, 748-10.1, 748-2.3, 748-1.9, 748-1.12.4-cü maddələrini də hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddənin məzmunundan göründüyü kimi, lizinq müqaviləsi üzrə lizinq verənin əmlak mənafeyi öz vəsaiti hesabına lizinq alanın göstərdiyi hər hansı daşınmaz, yaxud daşınar əmlakı 3-cü şəxsdən (satandan) alıb lizinq alanın istifadəsinə (sonradan mülkiyyətinə) vermək, bunun müqabilində lizinq ödənişləri formasında lizinq alandan müəyyən haqq almaqla gəlir əldə etməkdir. Lizinq alanın əmlak mənafeyi isə 3-cü şəxsdə olan əmlakı əldə et məkdən ibarətdir. Lizinq obyekti olan əmlaka yiyələnmək kimi son məqsədi yoxdur. Həmin Məcəllənin 747-5-ci maddəsinə əsasən isə lizinq əıməliyyatlanın hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektinin satıcısı ilə lizinq verən arasında b ağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Göründüyü kimi, mövcud qanunvericilikdə lizinq müqaviiəsinin iki hiiquqi forması nəzərdə tutulmuşdur: ya ən azı iki müqavilənin bağlanması və ya bir üçtərəfli müqavilənin bağlanması:

1. Lizinqverən (lizinq şirkəti) və lizinqalan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması (lizinqalanın müraciəti təsdiq edildikdən sonra lizinqverən və lizinqalan arasında lizinq müqaviiəsi bağlanır);

2. Alqı-satqı müqaviləsinin bağlanması (lizinqverən və avadanlığın satısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır). Lizinqverən satıcı ilə alqı-satqı müqaviləsini lizinq alanın marağında bağlayır. Lizinqverən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludıır. Beləliklə, də göründüyü kimi, lizin q müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu müqavilədə üç tərəf iştirak etməlidir. Mövcud mülki qanunvericilik lizinq əməliyyatlarının aparılmasında satıcının iştirakını vacib şərt kiıni göstərir. Lizinqlə əlaqədar satıcı ilə alqı-satqı müqaviləsinin bağlanması mütləqdir. Azərbaycan Respublikasının MM-nin 747-5-ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsində müttləq lizinq obyektinin lizinq verən tərəfındən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir. Həmin Məcəllənin 748-2.1-ci maddəsində qeyd edilir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir və bu maddə lizinq obyektinin lizinqdən əvvəl, yaxud sonra lizinq verənin mülkiyyətində olmasını şərtlən dirmir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi lizinq münasibətləri ilə nisyə alqı- satqı münasibətlərini tənzimləyən qanunvericilik normalarını ayrı-ayrılıqda təhlil edib, tərəflərin qarşılıqlı münasibətlərinə uyğunlaşdırmalı, hazırki mübahisəyə lizinq və ya nisyə alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilik normalarının tətbiq edilməli olmasının hüquqi əsaslarını düzgün qiymətləndirməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Həmçinin kollegiya qeyd edir ki, Azə rbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsası kimi istinad etdiyi hallara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsi nin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qə tnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar