Məhkəmə qərarları › İş №2(102)-6445/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6445/2019

29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6445/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X3, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)6410/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(007)4235/2018 saylı qətnaməsi ilə (sədrlik edə n, hakim F.X.Mirzəyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında “Mercedes Benz E 220” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 18 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)6410/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd o lunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq “Mercedes Benz E 220” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh2 nümayəndəsi və vəkili xxxun kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 nümayəndəsi və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməldən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xə bərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, cavabdehlər arasında mübahisəli avtomlbilə dair alqı-satqı müqaviləsi bağalanarkən, həmin avtomobilin üzərində hər hansı yüklülüyün, məhdudiyyətin olmamasına, Cavabdeh2 avtomobili əvəzi ödənilməklə vicdanlı əldə etməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 337.1, 337.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə r azılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cəlilabad rayon məhkəməsinin 10 fevral 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Samir Təhməzov və Cavabdeh1 qarşı “əmlak bölgüsü, qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə edilmiş avtomobildən payın müəyyən edilməsi” barədə iddiası təmin edilərək, Samir Təhməzovdan 320 manat dəyərində 1 ədəd şkafın, 170 manat dəyərində 1 ədəd 5 qramlıq qızıl üzüyün, 220 manat dəyərində 1 ədəd 6 qramlıq qızıl sırğanın və ya onun dəyərinin alınaraq İddiaçı verilməsi, eləcə də “Chrysler 300 C” markalı, ** HK *** dövlət nömrə nişanlı avtomobilin sonuncu ilə Samir Təhməzov arasında bərabər paylar üzrə bölünməsi qət edilib. Qətnamənin icrası ilə bağlı icra məmurunun təqdimatına əsasən Bakı şəhəri, Nizami rayon məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz E 200” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin və digər avtomobillərin üzərinə həbs qoyulub. Lakin sonradan Hüseyn Hüseynovun şikayətinə əsasən Bakı şəhəri, Nizami rayon məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qərardadı ilə sözügedən qərardad qismən ləğv edilərək, “Mercedes Benz E 220” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin və digər məhdudiyyətin götürülməsi qərara alınıb. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz E 220” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili 18 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıb və alqı-satqı müqaviləsindən sonra avtomobilə yeni ** LS *** dövlət qeydiyyat nişanı verilib. Sonradan İddiaçı şikayətinə əsasən Bakı şəhəri, Nizami rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qərardadı ilə sözügedən avtomobilin üzərindən həbsin və digər məhdudiyyətin götürülməsinə dair həmin məhkəmənin 06 sentyabr 2017-ci il tarixli qərardadı ləğv edilib və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərardadı ilə icra məmurunun təqdim atı təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan bir sıra avtomobillərin, o cümlədən “Mercedes Benz E 220” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu və digər şəxslər tərəfindən istifadəsinə qadağa qoyulub. Hazırda İddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq “Mercedes Benz E 220” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini iddia edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işin faktiki hallarını nəzərə alıb müəyyən etmişdir ki, mübahisəli avtomobilə dair cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanarkən həmin avtomobilin üzərində hər ha nsı məhdudiyyət və ya yüklülük olmayıb və Cavabdeh2 avtomobili əvəzi ödənilməklə vicdanlı əldə edib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, Mülki Məcəllənin 182.1-ci maddənin mənasına görə, əşyanı özgəninkiləşdirənən onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barəsində vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququ na dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin Qərarda eyni zam anda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mülki qanunverciliyə görə yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1-ci maddəsi). Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Kassator kassasiya şikayətində sözügedən avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtlərin pozulmaqla bağlandığını, alqı-satqı müqaviləsinin bağlanması zamanı avtomobil ə olan hüququnun pozulduğunu və sair göstərsə də, Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin, avtomobilə münasibətdə hansı hüquqlarının pozulduğunu kassasiya şikayətində göstərməmişdir. Daha sonra kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Eyni zamanda kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 10 fevral 2016-cı il ta rixli qətnaməsi ilə tələbkar İddiaçı xeyrinə alınmalı olan əmlakların dəyərinə münasibətdə həmin qətnamənin icrası ilə bağlı borclu Cavabdeh1 mülkiyyətində olan bir neçə avtomobilin üzərinə həbs qoyulması həmin qətnamənin icrasının təmin edilməsinə kifayət edir. Həmçinin sözügedən qətnamənin icrası borclulara məxsus olan digər əmlakların harracda satılması hesabına da ödənilə bilər. Beləliklə də kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyy ətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)-6410/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar