Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6464/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Ləğv prosesində olan QSC xxx KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2, Cavabdeh1 MMC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli, 2(103)1772/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC xxx KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayət i üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(011)-1393/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) iddiaçı Ləğv prosesində olan QSC xxx KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC və digərlərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 4.167.850 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcuna görə 10.031,33 manat, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cəriməyə görə 24.000 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcuna görə 127.741,65 manat, cəmi 4.329.622,98 manat kredit bor cunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipotekanın predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 900.000 manat, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.000.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin əmlakların satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, həmin əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra əmlakların boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli, 2(103)-1772/2019 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və X.A.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1.936.000 manat müəyyən edilib və qətnamə apellyasiya baxışının predmeti olan qalan mübahisələndirilən dəyişdirilmədən saxlanıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. hissədə İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın ləğvedicisi ola n Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC arasında 03 noyabr 2014-cü il tarixdə bağlanmış “kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.300.000 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.031,33 manat, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 241.755,55 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun ödənilməsi məqsədi ilə 128.999,52 manat, cəmi 4.680.786,40 manat pulun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə, yəni Cavabdeh2 mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinə və Cavabdeh3 mülkiyyətində olan və ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan qeyri-y aşayış sahəsinin ilkin satış qiymətinin 1.900.000 manat, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 4.550.000 manat müəyyən edilərək açıq hərracdan satışa çıxarılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qeyri-yaşayış sahələrinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırıb ki, Bankla Cavabdeh1 MMC arasında bağlanmış 03 noyabr 2014-cü il tarixli “kredit müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1 MMC illik 6 faiz ödənilməsi şərti ilə 14 oktyabr 2016-cı il tarixədək 4.300.000 manat məbləğində bərpa olunmayan kredit xətti açılıb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2la borclu Cavabdeh1 MMC və Ba nk arasında 17 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi və Cavabdeh3la borclu Cavabdeh1 MMC və Bank arasında 25 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilib. Qeyd edilənlərə baxmayaraq, Cavabdeh1 MMC kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyib, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınıb. Nəticədə, Cavabdeh1 MMC Banka 18 may 2017-ci il tarixə 4.300.000 manat məbləğində əsas kredit borcu, 10.031,33 manat məbləğində faiz borcu, 241.755,55 manat cərimə borcu, 128.999,52 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu yaranıb. Bank borcun ödənilməs ini dəfələrlə cavabdehlərdən tələb etsə də, borc ödənilməmiş qalıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ləğv pros esində olan QSC xxx KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 MMC vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəx slərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən iplteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, t ərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranmasına, Cavabdeh1 MMC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, qalan mübahisələndirilən hissədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.1, 445.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini d üzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 03 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 MMC illik 6 faiz ödəmək şərti ilə 14 oktyabr 2016-cı il tarixədək 4.300.000 manat kredit xətti açılıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, eləcə də 25 dekabr 2014-cü il tarixli sonrakı ipotek a müqaviləsinə əsasən digər Cavabdeh3 məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka qoyulub. şdə olan sənədlərdən görünür ki, borcalan Cavabdeh1 MMC kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Bankın təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh1 MMC 03 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Banka 30 may 2018-ci il tarixə 4.170.000 manat əsas kredit borcu, 10.031,33 manat faiz borcu, 241.755,55 manat ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimə (dəbbə) borcu və 343.447,81 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu mövcuddur. 19 iyul 2017-ci il tarixli bildirişlərdə n görünür ki, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi mövcud mülki mübahisənin həlli ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh1 MMC isə bu öhdəliyin onun tərəfindən tam həcmdə icra edildiyini nəinki sübuta yetirməmişdir və ümumiyyətlə, bu halı mübahisələndirməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M əhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2018-ci il tarixli rəyinə görə Cavabdeh1 MMC sözügedən kredit müqaviləsi üzrə Banka 4.297.850 manat əsas kredit borcu, 14.087,67 manat faiz borcu, 127.741,67 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC Banka olan borcunun məbləğini müəyyən edərkən onun tərəfindən 11 yanvar 2018-ci il tarixdən 19 yanvar 2018-ci il tarixədək edilmiş 130.000 manat məbləğində ödənişi nəzərə almış, həmin məbləği ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğindən çıxmış və əsas borcun məbləğini (4. 297.850 manat-130.000 manat) 4.167.850 manat olaraq hesablamışdır. Göstərilən ödənişdən başqa, hansı ödənişin aparıldığı və birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığına dair Cavabdeh1 MMC tərəfindən hər hansı bir açıqlama gətirilməmiş, bu barədə sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC Bank qarşısında icra edilməmiş öhdəliyinin olmasını müəyyən etməklə və iş üzrə verilmiş ekspert rəyini, o cümlədən iddia tələbinin həcmini nəzərə almaqla əsas borc qismində 4.167.850 manat, faiz borcu qismində 10.031,33 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 127.741,65 manat məbləğində pulu Cavabdeh1 MMC Bankın xeyr inə tutmaqda haqlı olmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ t ələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bank tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini rəhbər tutmaqla müqavilə üzrə ödənişi gecikdirdiyinə görə, Cavabdeh1 MMC 241.755,55 manat məbləğində cərimə borcu hesablamış və Bankın xeyrinə tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulu nu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək həmin məbləği azaltmaq və 24.000 manat məbləğində müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, iddia tələbinə həm də tutmanın ipoteka predmetlərinə yönəldilməsi daxildir. İş materiallarından görünür ki, 03 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 17 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşay ış sahəsi, 25 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi ilə isə Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı təşkilat Cavabdeh1 MMC Bank qarşısında icra edilməmiş öhdəliyinin olmasına istinad edərək, borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etmişdir. İddiaçı təşkilatın kassasiya şikayətinin dəlili ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin ilkin satış qiymətləri ilə bağlıdır. İddiaçı təşkilat apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 məxsus olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini 1.936.00 manat məbləğdə müəyyən etməsi ilə razılaşmır və həmin qiymətin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin hazırki bazar dəyərini əks etdirmədiyini iddia edir. “İpoteka haqqında” Azərb aycan Respublikası Qanununun 39.3.3-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutman ın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində apar ılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. İş materiallarında olan “xxxx” MMC 18 aprel 2018-ci il tarixli qiymətləndirici rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 1.000.000 məbləğində müəyyən edilmişdir. Eyni zamanda işə əlavə edilmiş “xxxx” MMC 27 fevral 2019-cu il tarixli qiymətləndirici rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 2018-ci ilin aprel ayına 1.850.000 manat civarında olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş qiymətləndirici rəylərini digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 mülkiyyətind ə olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini həmin qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun müəyyən etməmişdir. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilməli və Cavabdeh3 mülkiyyətində olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 1.936.000 manat məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya inst ansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan QSC xxx KB Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il t arixli, 2(103)-1772/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6464/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6464/2019
31.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver