Məhkəmə qərarları › İş №2(102)-6469/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6469/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6469/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6469/21 Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1317/2021 nömrəli, 01.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında məişət texnikalarının cavabdeh tərəfindən nisyə alınmasını təsdiq edən bir neçə müqavilələr bağlanmışdır. İdiaçı cavabdehin həmin müqavilələr üzrə ödənişləri həyata keçirməməsinə istinad edərək hazırkı mübahisni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavabdehdən 3647 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı MMC-nin nümayəndəsi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC-nin arasında olan 11 oktyabr 2013-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən kredit yolu ilə cavabdeh də yəri 788 manat olan məişət avadanlığı əldə edib. Daha sonra borclu İddiaçı MMC-dən 14 oktyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 788 manat və 16 oktyabr 2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1382 manat, 24 oktyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 635 manat, 16 noyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 600 manat, 25 noyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat, 07 dekabr 2013cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, 20 dekabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə edib. Borclunun hər 10 müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 3647 (üç min altı yüz qırx yeddi) manat borcu qalıb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun 3647 manat məbləğdə əsas borcu yaranmışdır. Buna görə də, Cavabdeh 3647 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının, cəmi 3668 manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)1317/2020 saylı qətnaməsi i lə (hakim.H.Mirzəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 3647 manat məbləğdə pulun alınıb İddiaçı MMC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun və 1 manat xidmət haqqının cavabdehdən tutulub İddiaçı MMC-nə ödənilməsi, ödənilməmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 2(107)-1317/2021 nömrəli, 01.07.2021-ci il tarixli qətnaməsi ilə Cava bdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətini onunla əsasland ırmışdır ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki,tərəflər arasında olan müqavilədə imzalar yoxdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayar aq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə.

385. Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

18. Maddə. 443.

1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə.

739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə. 742.1. Borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə 11.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 788 manat, 14.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 788 manat, 16.10.2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 1382 manat, 24.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 635 manat, 11.11.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 600 manat, 24.11.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 766 manat, 07.12.2013-cü il ta rixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 707 manat, 20.12.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdeh 11.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 300 manat, 14.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 292 manat, 16.10.2013cü il tarixdə bağlanmış MİK 4427379/80/81/82 saylı müqavilə üzrə ödənilməmiş 552 manat, 25.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 254 manat, 25.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 315 manat, 16.11.2013- cü il tarixdə bağlanmış MİK ******* saylı müqavi lə üzrə ödənilməmiş 329 manat, 25.11.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 520, 12.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 285 manat, 21.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 480 manat, 25.12.2013cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 320 manat olmaqla ümumilikdə 3647 manat əsas (qalıq) borcu vardır.

26. Eyni zamanda işdə olan həmin müqavilələrdə hər iki tərəfin müqaviləni öz imzaları ilə təsdiq etmələri sübut olunur. Ona görə cavabdehin özünün təsdiq olunmayan imzasız müqavilələr təqdim etməsi müqavilələrdə imzaların olmaması demək deyil. Həmçinin məhkəmələr sübut etmişlər ki, cavabdeh aldığı mallar üzrə ödənişlər etmişdir.

27. Apellyasiya instansiya məhkəməsi eyni zamanda cavabdehin məhkəmə iclaslarında onun iştirakının təmin olunmaması barədə etirazlarını yoxlamış və hüquqi qiymət vermişdir.

28. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlil irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.

29. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Məhkəmələr haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrini tətbiq etməklə borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətlənd irməklə iddianı qismən təmin etmişlər. Cavabdeh şikayətin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, düzgün olmayan qərarın çıxarılmasına əsas verən heç bir halı sübut edə bilməmişdir.

31. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1317/2021 nömrəli, 01.07.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar