Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-647/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1485/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Kamran Əsədov) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 90000 manat əsas, 52980 manat faiz, 2000 manat cərimə borcu olmaqla, ümumilikdə 144980 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh 52980 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə tutulmalı olan faiz borcu 43200 manat məbləğində müəyyənləşdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni Cavabdeh 90000 manat əsas, 2000 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 150 manatın 120 manatının Cavabdeh, 30 manatının isə İddiaçı-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi müəyyən edilmişdir. İşin halları Ləğv prosesində olan İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 90000 manat əsas, 52980 manat faiz, 23275,79 manat cərimə borcu olmaqla, ümumilikdə 166255,79 manat borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbu l edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə faiz borcu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə bu hissədə ekspert rəyini əsas götürmüşdür. Lakin ekspert rəyi əsaslandırılmamış, məhkəmə bu hala əhəmiyyət verməmişdir. Cavabdehkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəfindən götürülmüş kredit iribuynuzlu mal-qaranın saxlanmasına sərf edilmişdir. Lakin heyvanlar xəstələnmiş, tələf olmuş, biznesinə külli miqdarda ziyan dəymişdir. Bununla bağlı banka etdiyi mürqacitələr nəticəsiz qalmışdır. Borcun hər ay 20000 manat olmaqla hissə-hissə ödənilməsi barədə müraciəti də cavabsız qalmış, məhkəmə bu hallara qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xa hiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən ümumi borcun tutulması hissədə dəyişdirilərək ümumi borcun məbləği 135200 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə Cavabde h arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə, illik 24% hesablanmaqla 90000 manat kredit verilmiş, iddiaçı xx.xx.2017-ci il tarixinədək onun 90000 manat əsas, 52980 manat faiz borcu yarandığını irəli sürməklə müvafiq iddia tələbi ilə çıxış etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə ö hdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəm əsinin qətnaməsində apellyasiya şikayəti verən cavabdeh faiz və cərimə borcunun düzgün hesablanmadığını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı bankın faiz borcunu hesablayarkən səhvə yol verdiyi barədə cavabdehin irəli sürdüyü dəlil əsaslıdır. Çünkü həmin məbləğin 43200 manat təşkil etdiyi apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyinə istinad edərək faiz borcu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş və faiz borcunu ekspert rəyinə uyğun müəyyən etmişdir. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni 2000 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi cavabdehdə n tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 2000 manat müəyyən etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verən iddiaçı bankın ləğvedicisi apellyasiya instansiyası məhkəməsinin faiz borcu hissədə gəldiyi nəticəni əsaslı hesab etməmiş, ekspert rəyinin əsaslandırılmadığını qeyd etmişdir. Lakin iddiaçı etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamış, iş üzrə ekspert rəyinin əsasızlığına səbəb olacaq hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə göstərilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Borcun hissə-hissə ödənilməsi məhkəmə qətnməsinin icra mərhələsində həll edilən məsələ olmaqla hazırki mübahisənin predmetini təşkil etmir. Banka etdiyi müxtəlif müraciətlərin nəzərə alınmaması cavabdehi müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən azad edilməsi üçün əsas olan hal deyildir. Qeyd edil ənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində prosessual pozuntuya yol verdiyindən qətnamə dəyişdirilməlidir. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin etmiş və rəyə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilən faiz borcunun məbləğini dəyişdirmişdir. Lakin məhkəmə faiz borcunun məbləğini dəyişdirməsinə baxmayaraq, cavabdehlərdən tutulmalı olan ümumi borcun məbləğini müəyyən etdiyi faiz borcuna uyğun olaraq azaltmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qalan hissədə dəyişdi rmədən saxlamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən 144980 ABŞ dolları ümumi borcun tutulması hissədə dəyişdirilməli, ümumi borcun məbləği də azaldılmış 43200 ABŞ dolları faiz borcuna müvafiq olaraq azaldılmalı və 135200 ABŞ ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh xxxxx ümumi borcun tutulması hissədə dəyişdirilərək ümumi borcun məbləği 135200 (bir yüz otuz beş min iki yüz) ABŞdolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-647/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-647/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver