Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6477/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı X3 vəkili X4, Cavabdeh və vəkili Tağıyev Kamran Həsən oğlunun iştrakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmə dov, iş 2(006)-2857/2017) iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı1, X5, X13, İddiaçı6, X16, C8, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və sair tələbləri barədə” iddiası təmin edilməmiş, Cavabdeh iddiaçılar İddiaçı2 və qeyrilərinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilməmiş, məhkəmə xərclərinin hər iki tərəfin özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V. Ə. Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənova, N.Ş.Cəfərov, iş 2103)-7512/2017) iddiaçılar(qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı2 və qeyrilərinin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçı C8 iddia tələbi üzrə icraata xitam verilmiş hissə istisna olmaqla qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər V. Ə. Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənova, N.Ş.Cəfərov, iş 2(103)-7512/2017) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi iddiaçı C8 Cavabdeh qarşı 53.1 kv.m ölçüdə olan sahənin boşaldılması və dəymiş maddi ziyanın tutulmasına dair tələbinin rədd edilməsinə dair hissədə ləğv edilmiş, iddiaçı C8 Cavabdeh qarşı 53.1 kv.m ölçüdə olan sahənin boşaldılması və dəymiş maddi ziyanın tutulmasına dair tələbi üzrə icr aata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2018-ci tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev, V.Ə.İbayev 2(102)-9234/2018) iddiaçı Cahangirova Tahirə Möhübbət qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2018-ci tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev, V.Ə.İbayev 2(102)-9234/2018) Cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı2, X6, X7, X8, X14, X9, İddiaçı1, X1, X10, İddiaçı7, İddiaçı8, İddiaçı10, İddiaçı12 kassasiya şikayəti qismən təmin edilmi ş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov(sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov; iş 2(103)-4215/2018) iddiaçıların birgə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.04.2017-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iddiaçıların cavabdehə qarşı “vurulmuş ziyanın ödənilməsi və sair tələbləri barədə” ilk iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, ************* saylı binada yerləşən 53,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin boşaldılmasını, qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ilk iddianın vurulmuş zərərin ödənilməsi hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər M.A.Məmmədov(sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və A.N.İmanov; iş 2(103)-4215/2018) Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu tarixli qərarı ilə (hakimlər Q.A.Əsgərov (sə drlik edən və məruzəçi), E.R.Vəliyeva, S.F.Haciyev 2(102)-75/2019) Cavabdehn kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qərardadı ilə (hakimlər M.A.Məmmədov(sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev; iş 2(103)-4215/2018) cavabdehl Cavabdeh “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qəradadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3, 133.1-ci maddlərinin tələblərinin pozulması ilə çıxarılmış, onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddət üzürlü səbəbdən ötürüldüyünə görə bərpa edilməli olduğu halda, əsassız və qanunsuz olaraqbərpa edilməmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 vəkili X11 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcələsinin: - 405-ci maddəsinə əsasən kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilər. - 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə,kassasiya şikayəti qaytarılmalıdır. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddət bərpa edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən müvafiq rabitə orqanının “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” müəy yən edilir ki, məhkəmənin qəbul etdiyi 11.05.2018-ci il tarixli qətnaməsi cavabdehə 30.06.2018-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən qətnamədən ilk dəfə 28.08.2018-ci il tarixdə verilən kassasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilsə də, şikayət vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığından, habelə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından məhkəmənin 04.09.2018-ci il tarixli qərardadı ilə cavabdehə qaytarılmışdır. 10.10.2018-ci il tarixdə həmin qərardadı alan Cavabdeh qərardaddan 23.10.2018- ci il tarixdə kassasiya şikayəti vermiş, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Mülki iş apellyasiya instansiy ası məhkəməsinə qaytarıldıqdan sonra, məhkəmənin 11.05.2018-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. 13.05.2019-cu il tarixdə ərizə ilə Məhkəməyə müraciət edən cavabdeh,Cavabdeh 11.05.2018-ci il tarixli qətnamədən yenidən kassasiya şikayəti vermək niyyətində olduğunu və bunun üçün tərəfindən ilk dəfə verilmiş kassasiya şikayətinin və şikayətə əlavə edilmiş sənədlərin ona göndərilməsini xahiş etmişdir. Məhkəmənin 04.09.2018-ci il tarixli qərardadı ilə cavabdehin ilk dəfə verdiyi kassasiya şikayəti poçt vasitəsi ilə qərardadla birlikdə onun özünə qaytarıldığına görə, ərizə həmin hissədə təmin edilməmiş, fotosurət şəklində şikayətə əlavə edilmiş sənədlər isə cavabdehə qaytarılmışdır. Prosessual qanunun qeyd olunan normalarının tələblərinə müvafiq olaraq sənədlərə qiymət verərək apelly asiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kassasiya şikayətinin qaytarılması haqda Məhkəmənin 04.09.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2019-cu il tarixli qərarı çıxarıldıqdan sonra Cavabdeh prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin o, həmin vaxtdan təxminən 6 ay keçdikdən sonra Məhkəməyə kassasiya şikayəti iİə müraciət etmişdir. Cavabdeh bu gecikməni ona sənədlərin qaytarılmaması ilə zah etsə də, məkkəmə bildirmişdir ki, cavabdeh tərəfindən 28.08.2018-ci il tarixdə Məhkəməyə yalnız sənədlərin fotosurətləri təqdim olunmuşdur. Digər tərəfdən isə Məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin sənədlərin cavabdehə qaytarılma yaraq işə əlavə edilməsi, yeridən kassasiya şikayəti verilməsinin qarşısını almamışdır. Belə ki, kassasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən üzürsüz səbəbdən ötürülmüşdür. Apellyasiya instansiyası haqlı olaraq nəticəyə gəlmişdir ki, “qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməsi barədə” ərizə təmin edilməməli və Məhkəmənin 11.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş və buraxılmış müddət Cavabdeh münasibətdə bərpa edilməməlidir. Kassasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən buraxılmış müddət bərpa edilmədiyi üçün verilmiş kassasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə qaytarılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nət icəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 28 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6477/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6477/2019
26.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver