Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6478/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsindən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1292/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları: Tərəflər Göyçay rayonunun sakinləri olmaqla onlardan İddiaçı Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 1,34 ha torpaq sahəsinin, Cavabdeh isə Göyçay rayonun Qarabaqqal kəndində yerləşən 1,03 ha torpaq sahəsinin mülkiyyətçiləridirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsinin 2004-cü ildən Cavabdeh tərəfindən zəbt edilməklə istifadə olunmasını əsas göstərməklə cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsinə girməsinə qadağa qoyulması, həmin torpaq sahəsində yetişdirdiyi 60 ədəd xurma ağacı və 116 ədəd nar ağacından gəlir götürmək imkanından məhrum olunmaqla ona əldən çıxmış fayda şəklində dəymiş 35.880 manat məbləğində ziyanın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-62/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: İ.B.Fəttahov) iddia qismən təmin edilərək Cavabdeh mülkiyyət hüququ əsasında İddiaçı məxsus torpaq sahəsinin 0,44 ha hissəsindən çıxarılıb həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, onun müraciəti əsasında “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçıya məxsus 1,34 ha torpaq sahəsinin yalnız 0,22 ha hissəsinin onun tərəfindən naturada istifadə edilməsinin müəyyən olunmasını, lakin məhkəmənin təkrar ekspertiza keçirmədən, mütəxəssislərin iştirakı ilə yerli baxış keçirmədən sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə Göyçay Rayon Məhkəməsinin 16 mart 2021ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1292/2021 saylı, 05 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(046)-62/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gə ldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,44 ha hissəsinin iddiaçıya məxsus olması barədə nəticəyə gələrkən işin 51-52-ci səhifələrində olan "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin rəisi və sahə rəisi tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli mütəxəssis rəyinə və işin 61-62-ci səhifələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli rəyinə istinad olunmuşdur. Həmin rəylərə görə iddiaçının xüsusi mülkiyyətində olan 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, Dövlət Reyestrindən Çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Çıxarışa əlavə olunmuş plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0,44 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən olunur. İşdən görünür ki, tərəflərin mülkiyyətində olan torpaq sahələri bitişik vəziyyətdə olmaqla həmsərhəddir və iddiaçıya məxsus torpaq sahəsinə dair plan və ölçü sənədlərində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq mövcuddur. İddiaçı görə ona məxsus torpaq sahəsinin 0,41 ha hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Ona görə də cavabdehin 0,41 ha torpaq sahəsindən çıxarılmasını iddia etmişdir. Yuxarıda göstərilən mütəxəssis rəyləri ilə isə iddiaçıya məxsus torpaq sahəsinin 0,44 ha hissəsinin cavabdeh tərəfində n istifadə edilməsi müəyyən olunmuş və işə baxan birinci instansiya məhkəməsi də cavabdehin 0,44 ha torpaq sahəsindən, yəni iddianın predmetinə daxil olmayan 0,03 ha artıq torpaq sahəsindən çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirirlir. İşdən görünür ki, həmin mütəxəssis rəyləri ilə razılaşmayan Cavabdeh mübahisəli məsələ üzrə rəy verilməsi üçün “X2 və Ekspertiza Mərkəzi” MMC-y ə müraciət etmiş və MMCnin mühəndisi tərəfindən yerində araşdırma aparılmaqla verilmiş 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin yalnız 0,22 ha hissəsindən istifadə edir. (səh.105) Göstərilən mütəxəssis rəyi ilə ondan əvvəl verilmiş rəylər arasında cavabdeh tərəfindən qanunsuz istifadə olunan torpaq sahəsinin ölçüsünə münasibətdə kəskin fərq olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin rəyə qiymət verməmiş, göstərilən rəylər arasında olan ziddiyyətin səbəblərini araşdırmamış, iş üzrə həqiqətin müəyyən olunmasını təmin etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi əlavə təqdim olunmuş cavabdehin müraciəti əsasında verilmiş mütəxəssis rəyini də sübut kimi yoxlamalı idi. İddiaçıya məxsus torpaq sahəsinin plandakı ölçüsü ilə naturada istifadədə olan ölçüsü arasında uyğunsuzluq olduğundan, iş üzrə həqiqətin müəyyən olunması üçün tərəflərin təqdim etdiyi və işə aid olan bütün sübutlar yoxlanılmalı və onlara MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq qiymət verilməli idi. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1292/2021 nömrəli iş ü zrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6478/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6478/2021
10.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver