Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6481/2022 02.12.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.613,72 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1.590,76 ABŞ dolları məbləğində faiz, müqavilə müddə ti bitdikdən sonra əsas borca illik 5% faiz dərəcəsi ilə hesablanmış 346,06 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.276,09 ABŞ dolları məbləğində cərimə, cəmi 4.826,63 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2242/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6153/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6153/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3) kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)6153/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıd ır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, kassasiya şikayətinə Vəkil orderi əlavə edilsə belə mülki prosessual qanunvericiliyin tələbləri baxımından şikayəti imzalamaq üçün etibarnamənin olması labüddür. Lakin Vəkil nümayəndə qismində imza səlahiyyətlərini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə edilməmişdir. Beləliklə, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404- 1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6153/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6481/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6481/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver