Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6483/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsindən “İddiaçı (Azərbaycan)” ASC və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-939/2017, hakim V.R.Qu rbanov) “İddiaçı (Azərbaycan)”ASC-nin Cavabdeh1, Cavabdeh2 və “Cavabdeh3sevis” MMC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 26.12.2013-cü il tarixli baş kredit razılaşması və 27.12.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə 597.141 manat məbləğində əsas borc, 88.575 manat faiz, 6.702 manat məbləğində cərimə və kapitallaşdırma gününə olan 245 manat cərimənin iddiaçının xeyrinə tutulması qət edilmiş, tələb üzrə tutmanın mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Quba şəhəri, Qəçrəş yolu ilə yaşayış massivində 0,13 ha torpaq sahəsində yerləşən 1.324,30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayş binasına ilkin satış qiyməti 1.469.000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə edilən vəsait hesabına borcun ödənilməsi, qalan vəsaitin Cavabdeh1 qaytarılması, qeyd edilən yaşayış sahəsi satıldıqdan sonra məcburi qaydada boşaldılması,“ İddiaçı (Azərbaycan)” ASC və Cavabdeh1 arasında bağlanmış 26.12.2013-cü il tarixli baş kredit razılaşması və 27.12.2013-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1782/2019, hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev, H.Ü.Həmidov) “İddiaçı (Azərbaycan)” ASC-nin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ipoteka pr edmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilib işin həmin hissədə yenidnən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını,Cavabdeh1 isə qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: “İddiaçı (Azərbaycan)”ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.201-cü il tarixli baş kredit razılaşmasına əsasən sonuncuya bank tərəfindən razılaşma ilə müəyyən edilmiş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üün 3.000.000 manat məbləğində kredit xətti açılmışdır. 27.12.2013-cü tarixli kredit müqaviləsinə əsasən“İddiaçı (Azərbaycan)”ASC tərəfindən Cavabdeh1 illik 15 faiz olmaqla, 60 ay müddətinə 665.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün həmin tarixdə bağlanmış ipoteka m üqaviləsinə əsasən Cavabdeh1 məxsus torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “İddiaçı (Azərbaycan)”ASC ilə Cavabdeh2 və “Cavabdeh3sevis” MMC arasında zaminlik müqaviləsi bağlanılmışdır. 25 iyul 2016-cı il tarixdə “İddiaçı (Azərbaycan)”ASC-nin Cavabdeh1, Cavabdeh2 və “Cavabdeh3sevis” MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və s. tələblərinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, “İpoteka h aqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.Göründüyü kimi qanunun tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən edilməlidir. Açıq hərraca çıxarılmış ipoteka predmetinin ilkin satış qiyməti adından da bəlii olduğu kimi “ilkin” qiymətdir və və hərracdan alış qiyməti deyil. Hərrac iştirakçılarının tələbatı əsasında həmin qiymətin artması da mümkündür. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti elə müəyyənləşdirilməlidir ki, əmlakın açıq hərracda tez və real olaraq satılması mümk ün olsun. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqavilələri bağlanan zaman bank üzərinə öhdəlik götürmüş və həmin öhdəliklər müvafiq protokollarda əks etdirilmişdir. Məhkəmə həmin prtotokolları tələb etməli və məhkəmə baxışı zamanı araşdırmalı idi. Eyni zamanda ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin yüksək olmasını mübahisələndirən bankın vəsatəti əsasında ipotekaya qoyulmuş torpaq sahəsinin qiyməti 88.400 manat, onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin qiyməti isə 2.260.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclası nın vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönə ldilməsi təşkil edir. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı bank tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində, Cavabdeh1 tərəfindən isə faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissələrdə yoxlamışdır. İddiaçı bank 26.12.2013-cü il tarixli baş kredit razılaşması və 27.12.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə 597.141 manat məbləğində əsas borc, 88.575 manat faiz, 6.702 manat məbləğində cərimə və kapitallaşdırma gününə olan 245 manat cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pul a və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya məhkəməsi tərəfindən bank tərəfindən tələb edilən faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 mart 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 “İ ddiaçı (Azərbaycan)” ASC-yə 19.07.2016-cı il tarixə olan faiz borcu 88.575 manat təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bankın tələb etdiyi faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğlə üst-üstə düşdüyündən bankın tələbinin əsaslılığı həmin hissədə şübhə doğurmur və birinci instansiya məhkəməsi faiz borcu məbləğini tam həcmdə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıd ır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya məhkəməsi dəbbə pulunun tutulması hissəsində qətnaməsini onunla əsaslandırmışdır ki, tələb edilən 6.702 manat məbləğində cərimə borcu cavabdehin əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olmamaqla, dəbbə pulunun azaldılması üçün əsas mövcud deyildir. Bununla bərabər, iddiaçı bank ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmamaqla qətnamə ni həmin hissədə mübahisələndirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. İpoteka müqaviləsində ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının bazar dəyəri tərəflərin razılığı ilə 1.700.000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 02 mart 2017-ci tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın real bazar dəyəri 1.469.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin ipoteka predmeti ola n torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin bazar qiymətinə uyğun olmamaqla yüksək olması barədə iddiaçının dəlillərinin araşdırılması məqsədilə təyin etdiyi müstəqil qiymətləndiricinin 11.03.2019-cu il tarixli rəyi ilə ipoteka predmeti olan torpaq sahəsinin bazar qiyməti 88.400 manat, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının qiyməti isə 2.260.000 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisə nin predmeti bölünməz olduqda isə tam yoxlayır Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu halda iddiaçının ipoteka predmetinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin yüksək olmaqla onun real dəyərini əks etdirmədiyi barədə dəlilləri əsassızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 ap rel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6483/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6483/2019
17.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver