Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6483/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İlqar oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6483/21 (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddia rədd edilib) Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə” dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-582/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhm dar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2011-ci il tarixli 2663 saylı kredit müqaviləsinə əsasən Bank ona 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 19.990 manat məbləğində kredit vermişdir. Borclunun müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi əsası ilə iddiaçı həmin mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan 18731 manat məbləğində əsas kredit borcun, 1502 manat məbləğində hesablanmış faiz borcunun, 1112 manat məbləğində dəbbə üzrə borcun, cəmi 2134 5 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5476/2011 saylı, 20 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə (hakim.T.İsmayılov) iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdehdan 18731 (on səkkiz min yeddi yüz otuz bir) manat əsas kredit borcu, 1.502 (bir min beş yüz iki) manat məbləğində hesablanmış faiz borcu, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 20.773 (iyirmi min yeddi yüz o tuz bir) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 739.1, 385, 427.3, 442, 462.1, 467-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev) 2(103)-582/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5476/2011 saylı, 20 sentyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1, 385.1.2-ci və 385.1.3-cü maddələrinə istinad etmişdir.
9. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının istinad etdiyi kredit müqaviləsi üzrə cavabdehə pul vəsaiti verilməmişdir. Beləki, keçirilmiş məhkəmə-xətt ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsinə dair kassa məxaric orderindəki imza cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, eləcə də, iddiaçı kredit müqavilələrinin əslini məhkəməyə təqdim edə bilməmişdir.
10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmi yyəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin müəyyən edilən faktiki halarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
13. Həmçinin qeyd edilmişdir ki, tələb edilən kredit müqaviləsi məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə keçirilmiş ekspertizaının nəticəsinə görə xüsusi qərardad qəbul etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1
9. Maddə. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfi olduğu kredit müqaviləsi ilə bağlı sənədlərə imza etməmiş, müqaviləyə dair hüquqi proseslərdə tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bankdan pul götürməmişdir. 24. 7 fevral 2011-ci il tarixli 2663 saylı kredit müqaviləsi üzrə verilmiş pulun götürülməsi barədə kassa məxaric orderindəki imza Cavabdeh məxsus olmadığından sonuncunun da iddiaçı bank qarşısında hər hansı öhdəliyi olmamışdır. Beləki, öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında etibarlı müqavilə olması gərəkdir. İddiaçı nə müqavilənin əsllərini məhkəməyə təqdim edə bilmiş və nədə həmin müqavilə üzrə pulun cavabdehə verilməsini sübuta yetirə bilmişdir.
25. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçının formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-582/2021 saylı, 08.07.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.