Məhkəmə qərarları › İş №2(102)-6485/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6485/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6485/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6462/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4610,10 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4640,10 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 18 dekabr tarixdə 6943 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 0 9.12.2016-cı il tarixli ******* saylı akt əsasında 235,20 manat; 24.01.2017-ci il tarixli ******* saylı akt əsasında 132,40 manat; 20.02.2017-ci il tarixli ******* saylı akt əsasında 38,80 manat; 27.0.2017-ci il tarixli ******* saylı akt əsasında 50,40 manat; 11.05.2017-ci il tarixli ******* saylı akt əsasında 59,60 manat; 24.10.2017-ci il tarixli ******* saylı akt əsasında 186 manat; 22.11.2017-ci il tarixli ******* saylı akt əsasında 35,80 manat; 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 695 manat; 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat; 13.03.2018-ci il tarixli ******* saylı akt əsasında 207,20 manat; 13.04.2018-ci il tarixli ******* saylı akt əsasında 178,60 manat; 11.05.2018-ci il tarixli ******* saylı akt əsasında 66,40 manat; 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat; 27.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 135 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əs asında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 18.03.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat olmaqla, cəmi 4.591,10 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə 37 manat məbləğində ödənilməmiş debitor borcu mövcud olmuşdur. 11/2019 və 12/2019-cu il tarixdə 30 manat ödəniş edilmiş, həmin ödənişlərdən 18 manat borca tutularaq ümumi borcdan silinmişdir. Cavabdeh tərəfindən İddiaçı İByə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumilikdə 4.610,10 manat təşkil et məkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçı lar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» 29.06.2020-ci il tarixli 356 nömrəli Fərmanının 9-cu bəndində qeyd olunur ki, İddiaçı İB təb ii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 aprel 2021-ci il tarixli, 2(006)-1216/2021 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, müqavilənin bağlanmış hesab edilməsi üçün bir sıra şərtlər tələb olunur. Həmin şərtlərə müqavilədə tərəflərin, müqavilənin bağlanma tarixi və s. rekvizi tlərin göstərilməsi də daxildir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı iddia tələbinin yaranma əsası kimi tərəflər arasında bağlanması qeyd olunan 18 dekabr tarixli 6943 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə istinad etmişdir. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış sözügedən müqavilədə onun bağlanma tarixi tam göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə tərəflər arasında öhdəliklərin hansı tarixdən yarandığını müəyyən etmək mümkün deyildir. Belə olduğu təqdirdə, hazırkı iddianın təmin edilməsi qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilədə tarix göstərilmədiyindən və müqavilənin hansı tarixdə imzal andığını müəyyən etmək mümkün olmadığından, iş materiallarına əlavə edilmiş “təbii X1nın pozulması haqqında” aktlara və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 405.1, 406.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova- sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) 2(103)-646 2/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-1216/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, 09.12.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 235.20 manatın və debitor borca görə hesablanmış 36 manatın, cəmi 271.20 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları isti sna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Normanın tələblərindən göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün iştirakçılar arasında müqavilə olmasından başqa öhdəliyin yaranması üçün zərər vurulması da kifayətdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı İB Cavabdeh məxsus Sabunçu rayonu, Nardaran kəndi, X2 (Ə.Qarayev küçəsi) küçəsindəki fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır və cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar q anunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh də həmin faktı mübahisələndirməmiş və qaz xəttinə qanunsuz qoşulmanın olmasını təsdiq etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan ünvanda qaz xəttindən qeyri-qanuni şəkildə istifadə etməsi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də, həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini t ələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə 30 akt tərtib etmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunsuz xəttin ilk olaraq müəyyən edilməsi barədə akta əsasən tələb edilən məbləğ cavabdehdən tutulmalıdır. Buna görə də iddia tələbi - 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında hesablanmış 235,20 manatın cavabdehdən tutulması hissəsində əsaslı olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə müəyyən edilmiş, cavabdeh istifadə olunan təbii qazın dəyər məbləğini vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin 36 manat debitor borcu yaranmışdır. Belə ki, abonentin saldosundan görünür ki,03/2020-ci il tarixdən 0 5/2021-ci il tarixə qədər cavabdehin üç ay ərzində mexaniki tipli qaz sayğacı üzrə faktiki istehlak etmiş olduğu qaz sərfiyyatına görə 36 manat debitor borcu mövcuddur və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, mülki işin iddia tələbinin mübahisələndirilən hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məh kəmə instansiyası işin müəyyən edilmiş faktiki və həqiqi hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 14.07.2021-ci il tarixli 2(103)6462/2021 saylı qətnamədə aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş, ümumiyyətlə tətbiq edilməmiş və ya hüququn tədbiq edilməsində səhvə yol verilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin 3-cü vərəqəsinin 4-cü abzasında cavabdehin izahatı bölümündə göstərilmişdir ki: qeyd olunan ünvana 2011-ci ildə köçmüşdür. Evə köçən vaxt qaz xəttinə qanunsuz qoşulma var idi, köçəndən sonra isə həmin qanunsuz xətti ayırmamışdır. 4-cü vərəqəsinin 1-ci abzasında göstərilmişdir ki: apelyasiya baxışı zamanı cavabdeh həmin faktı mübahisələndirməmiş və qaz xəttinə qanunsuz qoşulmanın olmasını təsdiq etmişdir. 4-cü vərəqəsinin 2-ci abzasında göstərilmişdir ki: göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan ünvanda qaz xəttindən qeyri-qanuni şəkildə istifadə etməsi müəyyən edilir. Qətnamənin istinad edilən vərəqələrindən görünür ki, iddiaçı Birliyin cavabdeh şəxsə qarşı iddia tələbi sübuta yetirilmiş, cavabdeh tərəf 2011-ci ildən etibarən yaşadığı ünvanda təbii qazdan qanunsuz şəkildə istifadə etmişdir. Mülki iş üzrə qeyd olunan həqiqi halları nəzərə almayan apelyasiya instansiya məhkəməsi qanunsuz və əsassız şəkildə iddia tələbini qismən təmin etmiş, cavabdeh tərəfindən iddianın etiraf edilməklə iddi açı Birliyin sübut etmə yükündən azad edildiyini nəzərə almamışdır. Nəzərə alınsa ki, cavabdeh tərəf 2011-ci ildən etibarən yaşadığı ünvanda təbii qazdan qanunsuz şəkildə istifadə etmiş olduğunu etiraf etmişdir, belə olan Mülki Məcəllənin 448.2ci maddəsinin də tələbləri apelyasiya instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Mülki işin 13 və 134-cü vərəqələrində olan, iş üzrə əhəmiyyətli halları da özündə əks etdirən ABONENTİN SALDOSU (smart qaz sayğacı dövrü üçün) apelyasiya məhkəməsi tərəfindən tədqiq edilməmiş, aktların tərtib edildiyi tarixlərdə cavabdeh tərəfindən smart qaz sayğacı üzrə nə qədər pul ödənildiyi araşdırılmamışdır. Cavabdeh tərəf 2012-ci il tarixdən etibarən məhkəməyə müraciət edilən günə kimi, 8 il müddətində cəmi 30 manat ödəniş etmişdir. Bakı Apelyasiya Məhkəməsi tə rəfindən qəbul edilmiş qətnamədə Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinin tələbləri pozulmuşdur. Mülki işin 123-131-ci vərəqələrində olan fotoşəkillər məhkəmə iclasında sübut qismində tədqiq edilməmişdir. Mülki işə əlavə olunmuş həmin fotogörüntülərdən müəyyən olunur ki, cavabdeh tərəf müxtəlif vaxtlarda (küçə qaz xəttinin arxa tərəfi dəmir setka və daş hasar olan dövrlərdə) fərqlifərqli ölçülərdə və rənglərdə olan rezin qaz şlanqları ilə Birliyə məxsus küçə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etmişdir. Cavabdeh tərəfin müxtəlif vaxtlarda fərqli-fərqli ölçülərdə və rənglərdə olan rezin qaz şlanqları ilə Birliyə məxsus küçə qaz xəttinə qanunsuz qoşulması onu düşünməyə əsas verir ki: cavabdeh tərəfindən küçə qaz xəttinə qoşulmuş qanunsuz xətlər Birliyin əməkd aşları tərəfindən aşkar olunduğu zaman aradan qaldırılmış, lakin cavabdeh tərəf hər dəfəsində başqa-başqa rezin qaz şlanqları ilə yenidən qaz xəttinə qanunsuz qoşulmuşdur. Bu səbəbdən də cavabdeh tərəf, hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda isə müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, fotoşəkillər, abonent saldoları və s.) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh tərəf barəsində tərtib olunmuş aktları mübahisələndirməyə belə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi də ir əli sürməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bundan başqa, İddiaçı vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, Covid-19 xəstəliyinə yoluxması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunan normanın tələbinə əməl edilməklə bildirilməlidir ki, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığından, iddiaçı tərəf pozulmasını hesab etdiyi maddi və prosessual hüquq normalarını kasasiya şikayətində göstərdiyindən və digər hər hansı pozuntu ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olması barədə məhkəməyə hər hansı məlumat vermədiyindən, məhkəmə kollegiyası işə İddiaçı vəkili Vəkil da iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı hüquqi şəxsdir. Bu halda o, vəkilinin xəstə liyini nəzərə alıb digər vəkilinin və ya nümayəndəsinin iştirakı ilə məhkəmədə təmsil edilmək hüququna malik olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində iddia tələbinin cavabdeh tərəfindən etiraf edildiyini göstərmiş olsa da, iddianın etiraf edilmə qaydası və prosedura Mülki prosessual qanunvericilikdə dəqiq və aydın şəkildə ifadə edilmişdir ki, həmin tələblərə əməl edilməsi də iş materialları ilə müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh həmin evə köçdüyü zaman orada qanunsuz xəttin mövcud olduğunu bildirmiş olsa da, həmin xətdən istifadə etməsi barədə hər hansı izahat verməmişdir. İddianın təmin edilməyən hissəsinə münasibətdə həmçinin iddiaçı göstərmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə zənn etmək olar ki, iddiaçının əməkdaşları hər dəfə qanunsuz qoşulma aşkar edib akt tərtib edərkən qanunsuz qoşulmanın qarşısının alınması üçün tədbir görmüş, lakin cavabdeh yenidən qanunsuz xəttə dəfələrlə qoşulmuşdur. İddiaçının qeyd edilən mövqeyi ilə bağlı isə bildirilməlidir ki, kasasiya yoxlaması nəticəsində iş materiallarına əlavə edilmiş aktlarla qaz xəttinə cavabdeh tərəfindən qanunsuz qoşulma faktı aşkar edilsə də, həmin qoşulma faktının qarşısının alınması (xətti n kəsilməsi, dayandırılması və s.) tədbir görülməsi müəyyən edilməmişdir. Beləliklə, kasasiya yoxlaması nəticəsində işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsi zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tə rəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6462/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar