Məhkəmə qərarları › İş №2(102)-649/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-649/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-649/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Məmmədov Azər Oruc oğlu, cavabdehlərin vəkili Abbasov Elxan Saleh oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 və cavabdehlər x2 və x3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəm əsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, x4 miras qalmış ünvan 1saylı mənzillərinin; Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 53-cü km. 5 ünvanında yerləşən əmlak kompleksinin; ünvan 2, 3, 4 saylı bağ evlərinin açıq hərracdan satılaraq əldə edilən puldan x1nun x4 beh müqavilələri üzrə ödədiyi məbləğin iki mislini təşkil edən 1 195 238 ABŞ dollarının və 730 000 manatın, habelə əldən çıxmış fayda kimi 80 000 manatın x1na verilməsi, həmin daşınmaz əmlakların satışından əldə olunmuş pul vəsaiti tələbin ödənilməsinə yetərli olmadıqda qalan hissənin cavabdehlərdən ümumi qaydada tutulması, ilk iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid olunması qət edilm işdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)6290/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3757/2018 saylı iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, ilkin iddia tələbi (bir hissəsi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla) qismən təmin edilmiş, x2 və x3ndan (onun azyaşlılar x5 və x6 qanuni nümayəndəsi olduğu nəzərə alınmaqla) 992 500 (doqquz yüz doxsan iki min beş yüz) manat alınaraq x1na ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin olunmamış, x2, x3nın, x5 və x6 x1na qarşı “qalan borcun tutulması və alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair qarşılıqlı idd iası təmin edilməmiş, ilkin və qarşılıqlı iddialar, habelə apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid olunması qət edilmişdir. İşin halları x1 x2 və x4 qarşı iddia ərizəsi, sonradan isə x2, x3nı, x5 və x6 cavabdehlər qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, beh müqavilələri üzrə ödənilmiş behin iki mislini təşkil edən 1 890 474 (bir milyon səkkiz yüz doxsan min dörd yüz yetmiş dörd) ABŞ dollarının, icarə haqqını təşkil edən 260 000 (iki yüz altmış min) manatın və əldən çıxmış faydanı təşkil edən 80 000 (səksən min) manatın cavabdehlərdən tutulması, tutmanın x4 miras qalmış əmlaklara, yəni ünvan 1 saylı mənzillərinə, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 53 -cü km. ünvanında yerləşən əmlak kompleksinə (87 saylı yanacaqdoldurma məntəqəsinə) və ünvan 2, 3, 4 bağ evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, tələb tam təmin olunmadıqda göstərilən məbləğin qalan hissəsinin ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. x2, x3, x5 və x6 isə x1na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (qarşılıqlı iddia azyaşlıların adından onların qanuni nümayəndələri tərəfindən verilmişdir), ilkin iddia ərizəsinin təmin edilməməsi, x1 107 500 manat qalıq borcun tutularaq mübahisəli əmlaka dair alqı-satqı müqaviləsinin bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehlər x2 və x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Or uc oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Abbasov Elxan Saleh oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı x1nun cavabdehlər x2, x3na, x5na və x6na qarşı “müqavilə üzrə ödənilmiş behin iki mislinin qaytarılması, icarə haqqının ödənilməsi, əldən çıxmış faydanın tutulması, tələbin miras əmlaka yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması” barədə ilkin iddiasını qismən təmin edərək, x4 miras qalmış ünvan 1saylı mənzillərinin; Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 53-cü km. 5 ünvanında yerləşən əmlak kompleksinin; ünvan 2, 3, 4 saylı bağ evlərinin açıq hərracdan satılaraq əldə edilən puldan x1nun x4 beh müqavilələri üzrə ödədiyi məbləğin iki mislini təşkil edən 1 195 238 ABŞ dollarının və 730 000 manatın, habelə əldən çıxmış fayda kimi 80 000 manatın x1na verilməsi, həmin daşınmaz əmlakların satışından əldə olunmuş pul vəsaitinə tələbin ödənilməsinə yetərli olmadıqda qalan hissənin cavabdehlərdən ümumi qaydada tutulması, ilk iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə çıxardaraq ilk iddia tələbini qismən təmin edərək x2ndan və x3ndan 992.500 manat alınaraq x1na ödənilməsi ilk iddia tələbinin qalan hissədə təmin olunmaması, x2nun, x3nın və qeyrilərinin x1na qarşı “qalan pulun tutulması və alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair qarşılıqlı iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, tərəfl ər arasında bağlanmış ilk beh müqaviləsi əsasında ödənilən pul məbləği istisna olmaqla, “beh müqaviləsi” adı altında rəsmiləşdirilən sonrakı müqavilələr əsasında aparılan ödənişlərin beh kimi verilmiş olduğu ağlabatan mühakimə əsasında inandırıcı olmamaqla yanaşı, behin anlayışı ilə də ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, beh, öhdəliyin icrasının təmin edilməsi üsulu qismində çıxış edir (Mülki Məcəllənin 460.1-ci maddəsi) və müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə həyata keçirilir (maddə 491.1). Bu mənada kollegiyanın qənaətinə görə, x1 20 avqust 2015-ci il tarixli ilk beh müqaviləsi əsasında mərhum x4 kifayət qədər yüksək məbləğdə beh verməklə hər bir halda alqı-satqı müqaviləsini bağlayacaqlarını təsdiq etmiş və icrasını təmin etmişdir, “beh müqav iləsi” adı altında rəsmiləşdirilən sonrakı müqavilələrlə öhdəliyin icrasının təkrarən təmin edilməsi isə məntiqli olmamaqla bərabər, ölkədə təşəkkül tapmış işgüzar adətlərə də uyğun deyildir; əksinə həmin ödənişlərin avans kimi ödənilmiş olduğu qənaətinə gəlmək daha məntiqlidir və belə yanaşma Mülki Məcəllənin 491.3-cü maddəsinin tələbinə də tamamilə uyğundur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hətta sözügedən müqavilələr əsasında aparılan ödənişlərin beh kimi verilmiş olduğu qəbul edilsə belə, yenə də fərqli nəticəyə gəlmək mümkün olmayacaqdı. Belə ki, ilkin iddiaçının hazırkı apellyasiya baxışının predmeti olan tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 492.2-ci maddəsinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər t ərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə beh verən sübut etməlidir ki, müqavilə beh alanın təqsirindən icra edilməmişdir. Beh verən bu halısübut etdikdən sonra hər bir halda ödəmiş olduğu behin iki mislini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, işin hallarından alqı-satqı müqaviləsinin bağlanmasının mərhum x4 və onun vərəsələrinin təqsiri üzündən baş tutmadığı qənaətinə gəlmək mümkün deyildir; əvvəla “beh müqaviləsi” adı altında rəsmiləşdirilən 01 aprel 2016-cı il tarixli sonuncu müqavilədə x1un mərhum x4 107 500 manat borcunun qaldığı göstərilmiş, bununla belə onun həmin borcu ödəməyə hazır olduğunu göstərməklə alqı-satqı müqaviləs inin bağlanmasını nə mərhum x4, nə də mərhumun vərəsələrinə təklif etmiş olduğu müəyyən edilməmiş, iş materiallarına bununla bağlı hər hansı sübut əlavə olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İkincisi, işin materiallarından görünür ki, x4 vəfatı ilə əlaqədar Bakı şəhəri 9 saylı notariat kontorunda vərəsəlik işi açılmış, x2 (oğlu), x3 (arvadı), sonuncunun təmsil etdiyi azyaşlılar x5 (oğlu) və x6 (qızı) mərhumun qanun üzrə vərəsələri kimi tanınmış, bununla belə miras əmlaka dair mülkiyyəti təsdiq edən hüquqmüəyyən edən sən ədlər təqdim olunmadığından, o cümlədən x7 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 53-cü km. ünvanında yerləşən əmlak kompleksinə (87 saylı yanacaqdoldurma məntəqəsinə) dair hüquq müəyyənedən sənədlər verilmədiyindən vərəsəlik şəhadətnaməsi verilməmişdir. Digər tərəfdən, hazırkı işə baxılarkən də məhkəmənin müvafiq qərardadı ilə ilkin iddiaçının iddianı təmin tədbirinə dair ərizəsi təmin olunaraq mübahisə mövzusu olan əmlak kompleksi (87 saylı yanacaqdoldurma məntəqəsi) üzərinə həbs qoyulmuş, qərardad icra olunması ƏMDK yanında DƏDRX-nə göndərilməklə yanaşı, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə də ünvanlanmış, bununla əlaqədar Respublikada fəaliyyət göstərən notariuslara müvafiq tapşırıqlar verilmişdir. İş materiallarından həmçinin aydı n olur ki, ilkin iddia üzrə cavabdehlər istər məhkəmə baxışları zamanı, istərsə də məhkəmədən kənar qaydada dəfələrlə mübahisəli əmlak kompleksi barədə alqı-satqı müqaviləsi bağlamağa hazır olduqlarını göstərməklə işin barışıqla yekunlaşdırılmasını qarşı tərəfə təklif etmiş, hətta qarşılıqlı iddia tələbi də bu məqsədə yönəldilmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin məhz mərhum x4 və onun vərəsələrinin təqsiri üzündən, habelə onlardan asılı olan səbəblərə görə bağlanmamış olması, bununla bağlı onların qərəzli hərəkətlərə yol verdikləri, xüsusilə müqavilənin bağlanmasına maneçilik törətməyə yönəlmiş hərəkətlər etdikləri sübuta yetirilməməkdədir; bütün bunlar isə ilkin iddiaçının mübahisəli əmlak ompleksinə (87 saylı yanacaqdoldurma məntəqəsinə) dair alqı-satqı müqaviləsinin bağlanma sı üçün beh olaraq ödənildiyini iddia etdiyi pul vəsaitinin iki misli miqdarının qaytarılmasını mümkünsüz edir. Bununla belə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, x1un ilkin iddia tələbi “1 890 474 (bir milyon səkkiz yüz doxsan min dörd yüz yetmiş dörd) ABŞ dolları pulun cavabdehlərdən tutulması” hissəsində qismən əsaslıdır; işdən görünür ki, tərəflər arasında mübahisəli əmlak kompleksinə (87 saylı yanacaqdoldurma məntəqəsinə) dair alqı-satqı müqaviləsinin bağlanması onlardan asılı olmayan səbəblərdən baş tutmamış, x1 həmin müqavilənin bağlanmasına marağını itirdiyini göstərməklə müvafiq ilkin iddia tələblərini irəli sürmüş, ilkin iddia üzrə cavabdehlərin istər məhkəmə baxışları zamanı, istərsə də məhkəmədən kənar qaydada dəfələrlə mübahisəli əmlak kompleksi barədə alqı-sat qı müqaviləsi bağlamağa hazır olduqlarını göstərməklə işin barışıqla yekunlaşdırılması barədə təkliflərini və eyni məqsədə yönələn qarşılıqlı iddia tələblərini israrla qəbul etməmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 20 avqust 2015-ci il tarixdə x1la x4rasında bağlanmış beh müqaviləsi rəsmiləşdirilmiş, bu müqavilə ilə x4 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 320,3 kv metr olan əmlak kompleksini (87 saylı yanacaqdoldurma məntəqəsini) 01 iyul 2016-cı il tarixinədək 1 047 619 (bir milyon qırx yeddi min altı yüz on doqquz) ABŞ dollarına (manat ekvivalentində 1 100 000 (bir milyon bir yüz min) manat) x1a satmaq barədə müqaviləni, x1 isə həmin əmlakı qeyd edilən məbləğ ə almaq üçün alqı-satqı müqaviləsini bağlamağa razılaşmış, müqavilənin 2-ci bəndində x1un sözügedən qeyriyaşayış sahəsini almaq məqsədilə qabaqcadan x4 400 000 (dörd yüz min) ABŞ dolları (manat ekvivalentində 420 000 (dörd yüz iyimi min) manat) məbləğində beh verdiyi, alqı-satqı müqaviləsi bağlandıqda əlavə olaraq 647 619 (altı yüz qırx yeddi min altı yüz on doqquz) ABŞ dolları (manat ekvivalentində 680 000 (altı yüz səkkən min) manat) ödəyəcəyi nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsinin qənaətinə görə, belə olan halda x1un ilkin iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sözügedən müqavilələr əsasında apardığı ödənişlər məhz həmin miqdarda qaytarılmalıdır. Cavabdehlərdən (azyaşlılar x5 və x6lərə münasibətdə iş üzrə icraata xitam verilməsi nəzərə alınmaqla) ilkin iddiaçının xey rinə tutulmalı pul vəsaitinin məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etmişdir. Tərəflər mübahisələndirmirlər ki, x1 20 avqust 2015-ci il, 05 oktyabr 2015-ci il, 15 yanvar 2016-cı il və 01 aprel 2016-cı il tarixli müqavilələr əsasında mərhum x4 müvafiq ödənişlər etmişdir (hərçənd həmin ödənişlər notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməmişdir). Mübahisə həmin müqavilələr əsasında verilən ödənişlərin ABŞ dolları, yoxsa manatla həyata keçirilməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən müqavilələr əsasında aparılan ödənişlərin manatla həyata keçirilmiş olduğu mübahisənin faktiki hallarına və tərəflər arasında yaranmış münasibətlərə daha uyğundur; belə ki, ilkin iddia tələbinin faktiki əsası kimi istinad olunan sözügedən müqaviləl ərdən ilk üçündə ödənilən pul vəsaitinin ABŞ dollarında, yoxsa Azərbaycan manatında verildiyi aydın şəkildə göstərilməsə də, dördüncü müqavilədə həmin müqavilənin əvvəlki 3 müqavilənin davamı olaraq bağlandığı xüsusi olaraq vurğulanmış, həmçinin açıq-aydın şəkildə x1un əvvəlki müqavilələr üzrə müvafiq olaraq 420 000 (dörd yüz iyimi min) manat, 207 500 (iki yüz yeddi min beş yüz) manat və 125 000 (yüz iyirmi beş min) manat ödəniş etdiyi, qalan 347 500 (üç yüz qırx yeddi min beş yüz) məbləğində borcunun 240 000 (iki yüz qırx min) manatını isə sonuncu müqavilə ilə ödədiyi və x4 107 500 (bir yüz yeddi min beş yüz) manat məbləğində borcunun qaldığı göstərilmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə belə mövqenin tutulması, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə də uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməli, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, x1un sözügedən qeyri-yaşayış sahəsini almaq məqsədilə qabaqcadan x4 400 000 (dörd yüz min) ABŞ dolları (manat ekvivalentində 420 000 (dörd yüz iyimi min) manat) məbləğində beh verdiyi, alqı-satqı müqaviləsi bağlandıqda əlavə olaraq 647 619 (altı y üz qırx yeddi min altı yüz on doqquz) ABŞ dolları (manat ekvivalentində 680 000 (altı yüz səkkən min) manat) ödəyəcəyi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, həmin notariat kontorunda tərəflər arasında yuxarıda qeyd edilən müqavilədən sonra da – 05 oktyabr 2015-ci il, 15 yanvar 2016-cı il və 01 aprel 2016-cı il tarixlərində məzmunu və mahiyyəti eyni olan “beh müqaviləsi-2”, “beh müqaviləsi-3” və “beh müqaviləsi4” adlı müqavilələr bağlanmış, ikinci müqavilədə x1un sözügedən qeyri-yaşayış sahəsini almaq məqsədilə x4 qalan məbləğdən əlavə olaraq 197 619 (yüz doxsan yeddi min altı yüz on doqquz) ABŞ dolları (manat ekvivalentində 207 500 (iki yüz yeddi min beş yüz) manat) beh verdiyi və alqı-satqı müqaviləsi bağlandıqda əlavə olaraq 450 000 (dörd yüz əlli min) ABŞ dolları (mana t ekvivalentində 472 500 (dörd yüz yetmiş iki min beş yüz) manat) ödəyəcəyi, üçüncü müqavilədə x1un qalan məbləğə əlavə olaraq 125 000 (yüz iyirmi beş min) manat məbləğində ödəniş apardığı və x4 347 500 (üç yüz qırx yeddi min beş yüz) manat məbləğində borcunun qaldığı, dördüncü müqavilədə isə həmin müqavilənin müxtəlif vaxtlarda 3 dəfə bağlanmış beh müqavilələrinin davamı olaraq bağlandığı, x1un müqavilələr üzrə müvafiq olaraq 420 000 (dörd yüz iyimi min) manat, 207 500 (iki yüz yeddi min beş yüz) manat və 125 000 (yüz iyirmi beş min) manat beh ödədiyi, qalan 347 500 (üç yüz qırx yeddi min beş yüz) məbləğində borcunun 240 000 (iki yüz qırx min) manatını isə hazırkı müqavilə ilə ödədiyi və x4 107 500 (bir yüz yeddi min beş yüz) manat məbləğində borcunun qaldığı göstərilmişdir. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, x4 22.12.2016-cı il tarixdə vəfat etmiş, onun vəfatı ilə əlaqədar Bakı şəhəri 9 saylı notariat kontorunda vərəsəlik işi açılmış, x2 (oğlu), x3 (arvadı), sonuncunun təmsil etdiyi azyaşlılar x5 (oğlu) və x6 (qızı) mərhumun qanun üzrə vərəsələri kimi tanınmış, bununla belə miras əmlaka dair mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından, o cümlədən x7 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 53-cü km. ünvanında yerləşən əmlak kompleksinə (87 saylı yanacaqdoldurma məntəqəsinə) dair hüquqmüəyyənedən sənədlər verilmədiyindən vərəsəlik şəhadətnaməsi verilməmişdir. İş materiallarından aydın olur ki, x8 və x4 arasında bağlanmış 25 iyun 2013-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 320,3 kv metr olan əmlak kompleksi (87 saylı yanacaqdoldurma məntəqəsi) adı çəkilən QSC-yə icarəyə verilmiş, 07 avqust 2014- cü il tarixdə sözügedən icarə müqaviləsinə dəyişiklik edilərək aylıq icarə haqqı 13 000 manat müəyyən edilmiş, 17 aprel 2017-ci il tarixdə isə icarəyə verənin (x4) ölümü ilə əlaqədar sözügedən müqaviləyə xitam verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, x8 ilə x2, x3 və azyaşlılar x5 və x6 arasında 16 aprel 2017-ci il tarixdə notarial qaydada ilkin icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən mərhum x4 adı çəkilən vərəsələri vərəsəlik şəhadətnaməsi əsasında müvafiq çıxarış aldıqdan sonra ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 320,3 kv metr olan əmlak kompleksini (87 saylı yanacaqdoldurma məntəqəsini) əsas icarə müqaviləsi bağlamaqla həmin QSC-yə icarəyə verməyi öhdələrinə götürmüş, ilkin müqavilə üzrə aylıq icarə haqqının 5000 (beş min) manat məbləğində müəyyənləşdirildiyi və hər növbəti ayın 15-dək icarəyə verənin hesabına köçürülmə yolu ilə ödəniləcəyi nəzərdə tutulmuşdur. İlkin iddiaçı, hazırkı apellyasiya baxışının predmetini təşkil edən iddia tələblərinin faktiki əsası kimi onunla mərhum x4 arasında bağlanmış 20 avqust 2015-ci il, 05 oktyabr 2015-ci il, 15 yanvar 2016-cı il və 01 aprel 2016-cı il tarixli beh müqavilələrinə əsaslanmış, dəfələrlə müraciət etməsinə baxmayaraq x4 alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etməklə müqavilə öhdəliyinə əməl etmədiyini, onun vəfatından sonra isə vərəsələrinin təqsiri ucbatından alqı-satqı müqaviləsinin bağlanmamasını mübahisələndirmiş və iş üzrə toplanmış sübutlarla cava bdehlərin təqsiri üzündən alqısatqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Belə olan halda iddiaçının müqavilələr üzrə ödədiyi pulu tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “beh müqaviləsi” adı altında rəsmiləşdirilən müqavilə üzrə ödənilən pulların “beh” kimi yox, avansı kimi ödənilmiş olduğu qənaətinə gəlməkdə haqlı və əsaslı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, “sözügedən”müqavilələr əsasında aparılan ödənişlərin manatla həyata keçirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Belə ki, iddiaçıya ödəniləcək pulun manatla tutulması nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, müqavilələrdən ilk üçündə ödənilən pul vəsa itinin ABŞ dollarında, yoxsa Azərbaycan manatında verildiyi aydın şəkildə göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin işin bu halı üzrə gəldiyi nəticə əsaslı deyildir. İş materiallarından göründüyü kimi 20 avqust 2015-ci il tarixdə 1-ci Beh müqaviləsi bağlanmışdır. Həmin zaman ABŞ dollarının kursu kəskin surətdə dəyişdiyi üçün müqavilə bağlanan günün kursu (1 manat=1,05 ABŞ dolları) əsas götürülərək beh müqaviləsi üzrə tərəflər yanacaqdoldurma məntəqəsinin satış qiymətini 1 047 619 ABŞ dollara-manat ekvivalentinə 1 100 000 manata razılaşdırmışlar və bu hal “müqavilənin predmeti” adlanan 1-ci maddədə öz əksini tapmışdır. Həmin beh müqaviləsinin 2.1-ci maddəsində tam anlaşılan şəkildə aşağıdakılaq qeyd olunmuşdur: “x1 87 saylı yanacaqdoldurma məntəqəsini x4 almaq məqsədilə qabaqcadan ona 400000 AB$ dolları-manat ekvivalentində 420000 manat məbləğində pulu beh verdi”. 05 oktyabr 2015-ci il tarixdə bağlanmış 2-ci Beh müqaviləsinin predmeti 1-ci beh müqaviləsində olan məzmunda qeyd olunmuş, 2.1-ci maddəsində isə x4 400000 ABŞ dollarının verilməsi yenidən təkrar olunur, satış qiymətindən qalan məbləğdən 197619 ABŞ dollarının - 207 500 manat ekvivalentində manat məbləğində pulun beh verilməsi göstərilmişdir. 15 yanvar 2016-cı ildə bağlanmış 3-cü beh müqaviləsindən də görünür ki, iddiaçı x4 197.619 ABŞ dolları 207 500 manat ekvivalentində manat məbləğində beh verir. 01 aprel 2016-cı il tarixli beh müqaviləsindən isə görünür ki, iddiaçı x4 qalmış borcundan 240.000 manat ödəmiş, onun x4 107.500 manat borcu qalmışdır. İş materiallarından görünür ki, x1 x4 arasında bağlanmış 20 avqust 2015-ci il, 05 oktyabr 2015-ci il və 15 yanvar 2016-cı il tarixli müqavilələr ABŞ dollarına uyğun olaraq bağlanmış və həmin müqavilələr üzrə x4 pullar ABŞ dolları ilə verilmişdir. Yalnız 01 aprel 2016-cı il tarixli müqavilə 240.000 manatlıq müqavilə manatla bağlanmış və həmin müqavilə üzrə pul manatla verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 20 avqust 2015-ci il tarixli müqavilə üzrə 400.000 ABŞ dolları, 05 oktyabr 2015-ci il tarixli müqavilə ilə 197.619 ABŞ dolları, 15 yanvar 2016-cı il tarixli müqavilə üzrə 197.619 ABŞ dolları, cəmi 795.238 ABŞ dolları(manata məzənnəsi ilə) və 01 aprel 2016-cı il tarixli müqavilə ilə 240.000 manat pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası cavabdehlər x3 və x2 kassasi ya şikayətinin dəlillərini müzakirə edərək belə hesab edir ki, onların qarşılıqlı iddiasının təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Ona görə də onların kassasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının icarə haqqını təşkil edən 260.000 manat və əldən çıxmış fayda 80.000 manat pulun cavabdehlərdən tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır və apellyasiya məhkəməsi sübut olunmadığı əsası ilə iddianın bu hissəsini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilm əli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yenidən apellyasiya baxışı zamanı qərarda gösətərilənlərə əməl edilməklə iş üzrə qanuni nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər x2 və x3nın kassasiya şikayətləri təmin edilməsin. İddiaçı x1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddia hissəsində dəyişdirilsin. x2ndan və x3ndan 795.238 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və 240.000 manat alınaraq x1na ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar